Türkiyədə zəlzələ baş verib18 Noyabr 2020, 09:44 (GMT +4) Bakı, 18 noyabr, SalamNews. Türkiyədə 4.2 bal gücündə zəlzələ qeydə alınıb.
SalamNews xəbər verir ki, bu barədə məlumatı Türkiyə Fövqəladə Hallar İdarəsi (AFAD) yayıb.
Yeraltı təkanlar Türkiyənin Çorum vilayətinin Uğurludağ bölgəsində yerli vaxtla 02:05-də qeydə alınıb. Zəlzələnin ocağı 10.77 km dərinlikdə yerləşib.
Hələlik xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.
|