Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

ETSN: Ermənilərin ekoloji terroru ilə bağlı 31 təşkilata müraciət edilib

17 Noyabr 2020, 11:15 (GMT +4)

Bakı, 17 noyabr, SalamNews. Ermənilər tərəfindən təbiətin vəhşicəsinə talan edilməsinə son qoyulması üçün Azərbaycanın haqlı tələbi beynəlxalq təşkilatların diqqətinə çatdırılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmiləri son günlər Qarabağda və Kəlbəcər rayonunda ermənilər tərəfindən meşələrin qəsdən yandırılması, ağacların kütləvi şəkildə qırılması kimi ekoloji cinayətlərə son qoyulması və bu cinayət faktlarının beynəlxalq ekoloji təşkilatlara çatdırılması məqsədilə beynəlxalq tərəfdaş təşkilatlarla onlayn görüşlər keçirib.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisi, BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycan üzrə ölkə nümayəndəsi ofisi və BMT-nin Ətraf Mühit Proqramının Avropa üzrə Regional Nümayəndəliyinin ofisi ilə ayrı-ayrılıqda keçirilən onlayn görüşlərdə Qarabağ bölgəsinin təbii sərvətlərinə, ətraf mühitinə, biomüxtəlifliyinə zərər dəyməsi, qiymətli ağac və kol növləri ilə zəngin meşələrimizin məqsədli şəkildə məhv edilməsi barədə bir daha xarici təmsilçilər məlumatlandırılıb.

Eyni zamanda erməni işğalçılarının törətdiyi ekoloji genosidin dayandırılması üçün ETSN tərəfindən ekologiya və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən ümumilikdə 31 beynəlxalq təşkilata müraciət ünvanlanıb.

Müraciətlərdə qeyd olunub ki, beynəlxalq təşkilatlar Ermənistanın Qarabağ ərazisində törətdikləri faktiki ekoloji cinayətlərin qarşısını almaq üçün heç bir ciddi tədbirlər görmür, əksinə, buna göz yumur.

Qarabağ ərazisində, Kəlbəcər rayonunda davam etdirilən ekoloji terror aktları, təbiətin vəhşicəsinə talan olunması və bunlara son qoyulması ilə bağlı Azərbaycan tərəfinin haqlı tələbi beynəlxalq təşkilatların diqqətinə çatdırılıb. Bütün bölgəyə təsir edən və qlobal miqyasda bərpaolunmaz ekoloji nəticələrə səbəb olacaq bu dəhşətli əməllərə təcili reaksiya və ədalətli qiymət verilməsi tələb edilib.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ETSN və “Azəriqaz” rəhbərləri perspektiv fəaliyyət planını müzakirə ediblər

ETSN: Hazırda havada tozun miqdarı normadan 2 dəfə çoxdur

ETSN: Qızılağac Milli Parkında yanğın başlayıb

ETSN: Sabah havanın temperaturu 4-6 dərəcə aşağı enəcək

FHN və ETSN tərəfindən meşə yanğınlarını yarada biləcək səbəblərin müəyyən edilməsi məqsədilə tədbir və monitorinq keçirilib

ETSN: Bakıda yaşıllıq ərazidə baş verən yanğınla bağlı sənədlər prokurorluğa göndərilib

ETSN: Xətai rayonunda baş verən yanğın zamanı 45 şam ağacı yanıb

ETSN: Ağsuda yanğının meşə ərazisinə keçməməsi üçün təxirəsalınmaz tədbirlər görülür

FHN və ETSN meşə yanğınları ilə bağlı birgə təlim keçirib

ETSN Xəzərdəki hadisə ilə bağlı rəsmi məlumatların gec verilməsinin səbəblərini açıqlayıb

ETSN: Yaxın 3 gün ərzində Bakıda mülayim şimal küləyi əsəcək

ETSN: Havada toz dumanı həftə sonuna qədər davam edəcək

ETSN-də Türkiyənin Azərbaycandakı səfiri ilə görüş keçirilib

ETSN: Gələcəkdə su çatışmazlığının qarşısını almaq üçün tədbirlər planlaşdırılır

ETSN: Axşam saatlarında küləyin tədricən zəifləyəcəyi gözlənilir

ETSN: Füzulidə 57 hektar meşə sahəsi və 11 təbiət abidəsi məhv edilib

ETSN: Külək gecəyə doğru səngiyəcək

ETSN Bakıda ağac kəsilməsi ilə bağlı prokurorluğa müraciət edəcək

ETSN: Havada toz dumanı müşahidə olunur

ETSN ərəb turistlərin görüntüləri ilə bağlı növbəti açıqlama yayıb

25 Sentyabr 2021, 15:46 (GMT +4)
Naxçıvanda Azərbaycan və Türkiyə hərbçilərinin birgə döyüş atışlı taktiki təlimi davam edir (VİDEO)

25 Sentyabr 2021, 15:34 (GMT +4)
İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının ekspertləri Gəncəyə səfər ediblər 

25 Sentyabr 2021, 15:25 (GMT +4)
Azərbaycan Ordusunda çağırışçıların hərbi hissələr üzrə bölgüsü prosesi keçirilib

25 Sentyabr 2021, 15:13 (GMT +4)
BMT Baş Assambleyasında Taliban hökumətinin deyil sabiq hökumətin nümayəndəsi danışacaq

25 Sentyabr 2021, 15:12 (GMT +4)
Sudanda etirazçılar hava limanını ələ keçirib

25 Sentyabr 2021, 14:57 (GMT +4)
İƏT nümayəndələri Azərbaycana səfərin nəticələri ilə bağlı bəyanat qəbul edib

25 Sentyabr 2021, 14:48 (GMT +4)
"Yeni Klinika": Elnur Əşrəfoğlunun vəziyyətində dəyişiklik yoxdur

25 Sentyabr 2021, 14:36 (GMT +4)
Rusiyada son sutkada COVID-19-dan 822 nəfər ölüb

25 Sentyabr 2021, 14:27 (GMT +4)
Somali paytaxtında minalanmış maşın partladılıb, ölənlər var

25 Sentyabr 2021, 14:20 (GMT +4)
Azərbaycanda hazırda 56 min insan ödənişli ictimai işlərdə çalışır

25 Sentyabr 2021, 14:06 (GMT +4)
Mədəniyyət naziri kinoteatrların açılması ilə bağlı qərara münasibət bildirib

25 Sentyabr 2021, 13:56 (GMT +4)
Bakıda təmir etdiyi evdən oğurluq edən şəxs saxlanılıb - VİDEO

25 Sentyabr 2021, 13:46 (GMT +4)
Konqresdə Əfqanıstanla bağlı Baydenin impiçment məsələsi gündəmə gətirilib

25 Sentyabr 2021, 13:39 (GMT +4)
Azərbaycanlı kikboksçu Aqşin Yusifzadə vəfat edib

25 Sentyabr 2021, 13:28 (GMT +4)
Şəki sakini qohumunun evindən 10 min manatlıq oğurluq edib

25 Sentyabr 2021, 13:18 (GMT +4)
Azərbaycanlı zəvvarlar Kərbəla yolunda Qarabağ şəhidlərinin fotoları ilə Ərbəin yürüşünü davam etdirirlər (VİDEO)

25 Sentyabr 2021, 13:13 (GMT +4)
"Kəpəz"in hücumçusu: Qələbədən başqa heç nə haqda düşünmürük

25 Sentyabr 2021, 13:10 (GMT +4)
Gürcüstanda son sutkada 38 nəfər COVID-19-un yaratdığı fəsadlardan ölüb

25 Sentyabr 2021, 13:00 (GMT +4)
Sabah yağış yağacaq, şimşək çaxacaq, güclü külək əsəcək

25 Sentyabr 2021, 12:50 (GMT +4)
DİN Bakıda məktəbin qarşısında baş verən insidentə münasibət bildirib

25 Sentyabr 2021, 12:40 (GMT +4)
Sahibkarlar elektron dövlət qeydiyyatından istifadə haqda məlumatlandırılıb

25 Sentyabr 2021, 12:30 (GMT +4)
Bakıda arıçılıq məhsullarının Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək

25 Sentyabr 2021, 12:29 (GMT +4)
Quterreş və Lavrov Rusiya ilə BMT arasında əməkdaşlığı müzakirə edib

25 Sentyabr 2021, 12:20 (GMT +4)
Sahibə Qafarova Qazaxıstana səfərə gedir

25 Sentyabr 2021, 12:20 (GMT +4)
İranla Səudiyyə Ərəbistanı arasında danışıqların beşinci turu keçirilir

25 Sentyabr 2021, 12:10 (GMT +4)
Prokurorluq orqanları əməkdaşları növbəti ağacəkmə aksiyası keçirib

25 Sentyabr 2021, 12:00 (GMT +4)
Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna dair məsələlər müzakirə olunub

25 Sentyabr 2021, 11:52 (GMT +4)
Avropa kuboku: "Vüqar Həşimov" komandası bürünc medal qazanıb

25 Sentyabr 2021, 11:50 (GMT +4)
Bakıda polisin "saxla” əmrinə tabe olmayan sürücü saxlanılıb

25 Sentyabr 2021, 11:43 (GMT +4)
ATƏT-də Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü alqışlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66