Ərdoğan Pompeonun Türkiyəyə səfəri zamanı onunla görüşə vaxt ayırmayıb17 Noyabr 2020, 09:54 (GMT +4) Bakı, 17 noyabr, SalamNews. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyəyə son səfəri zamanı ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşməyə vaxt tapa bilməyib.
SalamNews -un məlumatına görə, bunu Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi bildirib.
"Xarici İşlər Naziri Çavuşoğlu da daxil olmaqla, həm dövlət katibi, həm də Türkiyə rəsmiləri və düşünürəm ki, prezident Ərdoğan da bunun baş tutmasını istərdi. Amma nəticədə alınmadı", o qeyd edib.
Onun sözlərinə görə, Türkiyə rəhbərinin prezidentinin yeni iş qrafiki Amerika tərəfinin Dövlət katibinin səfəri əsasında qoyduğu parametrlərə uyğun gəlməyib.
|