Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Dövlət Miqrasiya Xidməti ilə ölkəmizdəki işəgötürənlər arasında onlayn görüş keçirilib

13 Noyabr 2020, 16:17 (GMT +4)

Bakı, 13 noyabr, SalamNews. Dövlət Miqrasiya Xidməti (DMX) işəgötürənlərin məlumatlandırılması ilə bağlı videokonfrans formatında tədbir keçirib.

DMX-dən SalamNews-a bildiriblər ki, müəssisə rəhbərlərinin, yerli və xarici fərdi sahibkarların və onların nümayəndələrinin qatıldığı tədbirdə çıxış edən Xidmətin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəisi İsmayıl Abdullayev iştirakçılara Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 124 nömrəli qərarı ilə “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”, kvota proqnozlarının verilməsinin zərurəti, proqnoz-məlumat formasının düzgün doldurulması və əməkçi miqrantlara olan tələblər barədə geniş məlumat verib.

Bildirib ki, əcnəbi işçi qüvvəsini işə cəlb etmək niyyətində olan işəgötürənlər növbəti il üçün Məşğulluq Təsnifatı üzrə peşələr göstərilməklə xarici işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumat formasını tam dolduraraq imza və möhürlə təsdiqlədikdən sonra Dövlət Miqrasiya Xidmətinə təqdim etməlidirlər.

Baş idarə rəisi həmin anket formasının Xidmətin rəsmi internet saytında (www.migration.gov.az) yerləşdirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, məşğulluq təsnifatı üzrə peşələrin kodları haqqında məlumatları Dövlət Miqrasiya Xidmətinin internet səhifəsindən və ya www.azstat.org/təsnifat linkinə keçid edərək öyrənmək mümkündür.

İ.Abdullayev iş icazəsinin alınmasında (uzadılmasında) işəgötürənlərin qarşısına qoyulan öhdəlikləri diqqətə çatdırıb. Pandemiya dövründə DMX tərəfindən olunan güzəştlər haqqında məlumat verib.

Sonra yeni yaradılmış elektron müraciət formasının təqdimatı olub. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

25 İyul 2021, 14:00 (GMT +4)
"Qalatasaray" rumıniyalı futbolçu transfer edib

25 İyul 2021, 12:51 (GMT +4)
"Mançester Yunayted" baş məşqçisi ilə yeni müqavilə imzalayıb

25 İyul 2021, 10:22 (GMT +4)
Tokio-2020: Daha 4 idmançımız mübarizəyə başlayır

25 İyul 2021, 10:00 (GMT +4)
Tokio-2020: Cavid Çələbiyev inamlı qələbə qazanıb

25 İyul 2021, 09:42 (GMT +4)
Tokio-2020: Cüdoçumuz Orxan Səfərov 1/16 finalı adlaya bilməyib

25 İyul 2021, 09:09 (GMT +4)
Məhəmməd Abdullayev: İnanıram ki, Olimpiadadan medalsız qayıtmayacağıq

25 İyul 2021, 08:54 (GMT +4)
Tokio-2020: Çin liderliyi ələ alıb

25 İyul 2021, 01:30 (GMT +4)
Polşa çempionatı: Mahir Əmrəlinin oynadığı "Legiya" qələbə qazanıb

25 İyul 2021, 00:12 (GMT +4)
Əlcəzairli idmançı israilli cüdoçu ilə qarşılaşmamaq üçün Tokio-2020-dən imtina edib

24 İyul 2021, 18:01 (GMT +4)
Tokio-2020: Gimnastımız final mərhələsindən kənarda qalıb

24 İyul 2021, 17:40 (GMT +4)
Su polosu üzrə qadınlardan ibarət ABŞ yığması yeni olimpiya rekorduna imza atıb

24 İyul 2021, 17:15 (GMT +4)
Daha iki idmançımız Yay Olimpiya Oyunları ilə vidalaşıb

24 İyul 2021, 17:02 (GMT +4)
Şənlik mərasimlərində karantin şərtlərinə əməl olunması vəziyyəti araşdırılıb

24 İyul 2021, 17:00 (GMT +4)
Olimpiadada fırtınaya görə bəzi yarışlar təxirə salınıb

24 İyul 2021, 16:50 (GMT +4)
Türkiyədə COVID-19-a yoluxmaların artması fonuda ciddi tədbirlərin tətbiqinə çağırış edilib 

24 İyul 2021, 16:50 (GMT +4)
Tacikistan 100 min əfqanıstanlı qaçqına sığınacaq verə biləcəyini bəyan edib

24 İyul 2021, 16:35 (GMT +4)
Tokio -2020: Boksçularımız Lorenso Sotomayorla Tayfur Əliyev mübarizəni dayandırıb

24 İyul 2021, 16:34 (GMT +4)
Bulvarda özünü dənizə atan gənc qızın meyiti çıxarılıb

24 İyul 2021, 16:31 (GMT +4)
Filippinlərdə 13,2 min insan təxliyyə edilib

24 İyul 2021, 16:20 (GMT +4)
Azercell Milli Olimpiya Komandasına uğurlar arzulayır

24 İyul 2021, 16:10 (GMT +4)
AQTA 6 müəssisədə nöqsanlar aşkarlayıb

24 İyul 2021, 15:57 (GMT +4)
Hindistanda daşqınlar zamanı ölənlərin sayı 110-a yüksəlib

24 İyul 2021, 15:53 (GMT +4)
Ağcabədidə restoran sahibi barəsində cinayət işi başlanılıb

24 İyul 2021, 15:43 (GMT +4)
İranın cənub-şərqində silahlıların hücumu nəticəsində dörd hərbçi həyatını itirib

24 İyul 2021, 15:32 (GMT +4)
Ötən gün toylarda xüsusi karantin qaydalarını pozan 83 nəfər cərimələnib

24 İyul 2021, 15:20 (GMT +4)
Çin ABŞ-ın 7 fikizi şəxs və təşkilatına qarşı sanksiya tətbiq edib

24 İyul 2021, 15:05 (GMT +4)
Bərdədə ev sahibinə 4000 manatlıq ziyan vuran oğru tutulub

24 İyul 2021, 14:55 (GMT +4)
İraqın şimalında ABŞ bazasına PUA ilə hücum edilib

24 İyul 2021, 14:45 (GMT +4)
Rusiyada son sutkada 23.947 koronavirusa yoluxma aşkar edilib

24 İyul 2021, 14:36 (GMT +4)
Serbiya xarici işlər naziri Azərbaycana səfərə gələcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66