Çavuşoğlu: Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanın istənilən addımını dəstəkləyəcək12 Noyabr 2020, 10:42 (GMT +4) Bakı, 12 noyabr, SalamNews. Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanın istənilən addımını dəstəkləyib, dəstəkləyəcək. SalamNews-un məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Çavuşoğlunun sözlərinə görə, Ermənistan Cənubi Qafqazdakı son hadisələrdən dərs almalı və artıq xarici torpaqları işğal etməyə çalışmamalıdır.
“Ermənistan yenidən Qarabağla bağlı razılaşmaları pozmağa çalışsa, daha bir zərbə və dərs alacaq. Ermənilər ya razılığa əsasən işğal altındakı torpaqları könüllü tərk edəcək, ya da Azərbaycan ordusunun qətiyyətli mövqeyi ilə qarşılaşacaq. Seçim İrəvanındır!", nazir bildirib.
|