BMT Moskva, Bakı və İrəvan arasında əldə edilən Qarabağla bağlı razılaşmanı dəstəkləyib11 Noyabr 2020, 10:22 (GMT +4) Bakı, 11 noyabr, SalamNews. BMT Moskva, İrəvan və Bakı arasındakı razılaşmanı alqışlayır və razılaşmaların həyata keçirilməsində tərəflərə kömək etmək üçün əlindən gələni edəcək.
SalamNews -un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu təşkilatın baş katibi Stefan Dujarrick brifinqdə açıqlayıb.
"Rusiya rəhbərliyinə gördüyü işlər üçün çox minnətdarıq" deyən Dujarrik, BMT Baş katibi Antonio Quterreşin əldə edilən razılaşmaya görə çox məmnun olduğunu qeyd edib.
"Rahatlıq hissimiz bunun mülki əhalinin əzablarına son qoyacağı ümidlə əlaqədərdir. Bu razılaşmaların həyata keçirilməsində tərəflərə dəstək olmaq üçün əlimizdən gələni edəcəyik", o deyib.
|