Bayden Trampa danışmaq istədiyini açıqlayıb11 Noyabr 2020, 09:44 (GMT +4) Bakı, 10 noyabr, SalamNews. ABŞ-dakı prezident seçkilərinə Demokratlardan olan namizəd Cozef Bayden hazırkı Amerika Prezidenti Donald Tramp ilə danışmaq istədiyini bildirib.
SalamNews -un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə "ABC News" telekanalı məlumat yayıb.
Jurnalistlər Baydenə prezident seçkilərindəki məğlubiyyətini qəbul etməyi rədd edən Trampa nə deyəcəyinə dair sual verib.
"Cənab Prezident, sizinlə danışmağı səbirsizliklə gözləyirəm", Bayden cavabında deyib.
3 noyabrda ABŞ-da prezident seçkiləri keçirilib, dövlət başçısı postuna əsas namizədlər demokrat Cozef Bayden və hazırkı prezident, respublikaçı Donald Trampdır.
|