Co Bayden Trampın məğlubiyyətini etiraf etməməsini utancverici addım adlandırıb11 Noyabr 2020, 08:53 (GMT +4) Bakı 11 noyabr, SalamNews. B.Samid. ABŞ president seçkilərində qalib gələn demokratların namizədi Cozef Bayden Donald Trampın, məğlub olmasını etiraf etməməsini utancverici olduğunu bildirib.
SalamNews Sputnik-ə istinadla xəbər verir ki, Cozef Bayden ötən günkü çıxışında yenidən Trampı tənqid edib.
O deyib:
“Səmimi danışacağam, onun bu addımı utancverici və xəcalətə səbəb olan hərəkətdir. Onun bu kimi addımları prezidentliyi irsə aparmağa kömək etməyəcək.”
Cozef Bayden əlavə edib ki, onun andiçmə mərasimi və iş başına keçməsi 20 yanvara təsadüf edəcək.
Qeyd edək ki, Donald Trampın seçki kompaniyası bir neçə əyalətdə saxtakarlıqla bağlı yenidən şikayət qaldırıblar. ABŞ dövlət katibi Mayk Pompeo bu şikayətlərə baxılacağı təqdirdə Trampın ikinci dəfə prezident olacağını deyib.
|