ABŞ senatoru Trampı təslim olmamağa çağırıb09 Noyabr 2020, 12:15 (GMT +4) Bakı, 9 noyabr, SalamNews. Cənubi Karolinadan olan senator Lindsi Qrem bildirib ki, əgər hazırkı prezident Donald Tramp və respublikaçılar seçkilərin nəticələrinə etiraz etməzsə, seçki sistemində islahat tələb etməzsə, daha heç bir respublikaçı Ağ Evin başçısı vəzifəsinə seçilə bilməyəcək.
SalamNews xəbər verir ki, Qrem bunu Amerikanın "Fox News" telekanalının efirində bildirib.
Senator hesab edir ki, Tramp 3 noyabr 2020-ci il seçkilərindəki məğlubiyyətini etiraf etməməlidir.
"Corciada səs fərqi 10 mindən azdır. Şimali Karolinada Tramp qalib gələcək. Arizonada 93 min səs fərqi 20 minə düşüb. Hələ bütün səslər hesablanmayıb", o bildirib.
|