Tramp seçki nəticələri ilə bağlı mitinqlər keçirməyi planlaşdırır09 Noyabr 2020, 11:57 (GMT +4) Bakı, 9 noyabr, SalamNews. ABŞ prezidenti Donald Tramp bir neçə ştatda səslərin yenidən sayılması uğrunda mübarizəsi çərçivəsində bir neçə mitinq keçirməyi planlaşdırır.
SalamNews -un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə "Axios" portalı məlumat verir.
Məumata görə, Trampın qərargahı Corciya, Arizona və Pensilvaniya ştatlarında səslərin yenidən sayılması komandalarının yaradıldığını elan etməyə hazırdır.
Mitinqlərdə Tramp səs verdiyi iddia edilən, lakin səsvermə vaxtı artıq öldüyünü söyləyən seçicilərin ölüm sertifikatları göstərməyi planlaşdırır.
|