İlham Əliyev: Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim08 Noyabr 2020, 13:28 (GMT +4) Bakı, 8 noyabr, SalamNews. “Mən bu gün eyni zamanda Ulu Öndər Heydər Əliyevin qəbrini ziyarət etdim”.
SalamNews xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində deyib.
“Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim ki, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik”, -deyə ölkə başçısı əlavə edib.
|