Əfqanıstanda əhalinin üçdə bir hissəsi koronavirusa yoluxub - Mənbə06 Noyabr 2020, 13:10 (GMT +4) Bakı 6 noyabr, SalamNews. B.Samid. Koronavirus pandemiyasından daha çox səhiyyə sistemi zəif olan ölkələr zərər çəkir. Əfqanıstan Səhiyyə Nazirliyinin Araşdırma mərkəzinin hesabatına görə ölkə əhalisinin təqribən üçdə bir hissəsi koronavirusa yoluxub və onlardan çoxu artıq sağalıb.
SalamNews BBC.Farsi-ə istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın Səhiyyə Nazirliyinin nəzdində olan bir araşdırma mərkəzinin hesabatında məlumat verilir.
Bildirilib ki, ölkənin 33 milyonluq əhalisinin təqribən 10 milyonu koronavirusa yoluxub və onlardan çoxu artıq sağalıb.
Lakin bu hesabata baxmayaraq ölkədə koronavirusla bağlı rəsmi statistika elə Səhiyyə nazirliyi tərəfindən və başqa meyarlarla aparılır.
Rəsmi statistikaya görə Əfqanıstanda koronavirusdan 1,554 nəfər ölən var, yoluxanların sayı isə 42 mini keçib.
|