Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Xaricdəki aztəminatlı azərbaycanlılara sosial yardım ediləcək

05 Noyabr 2020, 11:15 (GMT +4)

Bakı, 5 noyabr, SalamNews. “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi Qaydası” təsdiq edilib.

Nazirlər Kabinetindən SalamNews-a verilən məlumata görə, qaydada xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi nəzərdə tutulur.

Belə ki, 2021-ci il yanvarın 1-dən qüvvəyə minəcək Qərara əsasən, xarici ölkədə 182 gündən çox müddətdə yaşayan, ortaaylıq gəliri yaşadığı ölkənin ortaaylıq əməkhaqqından az olan aztəminatlı azərbaycanlılar aşağıdakı hallarda birdəfəlik pul yardımı ala biləcəklər:

1. qəyyumluğunda (himayəsində) hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan azərbaycanlı şəxslər olduqda.

2. fövqəladə hallar, müharibə və hərbi əməliyyatlar zamanı zərər çəkdikdə və yaşadığı ölkədə dəymiş zərərin ödənilməsi ilə bağlı sığorta və digər vasitələrdən zəruri yardım almadıqda.

3. vəfat etmiş yaxın qohumunun cənazəsinin Azərbaycan Respublikasına gətirilməsi zərurəti yarandıqda.

Sosial yardım almaq üçün müraciət “Elektron hökumət” portalından və ya Azərbaycan Diasporuna Dəstək Fondunun rəsmi internet səhifəsindən istifadə etməklə elektron formada həyata keçiriləcək.

Müraciətə sosial yardım almaq üçün əsas yaradan hallar və müraciət edən şəxs barədə təsdiqedici sənədlərin və yaşayış yeri üzrə qeydiyyatı təsdiq edən sənədin əlavə edilməsi zəruridir.

Tərtib edilmiş sənədlərin həqiqiliyi apostil və ya leqallaşdırma qaydasında təsdiq olunmalıdır. Sənədlər xarici dildə tərtib edildikdə, onların Azərbaycan dilinə tərcüməsi də əlavə olunmalıdır.

Müraciət dərhal qeydiyyata alınacaq və 1 iş günü müddətində müraciət edən şəxsin elektron poçt ünvanına və mobil telefonuna bu barədə məlumat göndəriləcək.

Qəyyumluğunda (himayəsində) hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan azərbaycanlı şəxslər olan aztəminatlı azərbaycanlının 25 iş günü;

fövqəladə hallar, müharibə və hərbi əməliyyatlar zamanı zərər çəkdikdə və yaşadığı ölkədə dəymiş zərərin ödənilməsi ilə bağlı sığorta və digər vasitələrdən zəruri yardım almayan aztəminatlı azərbaycanlının 5 iş günü;

vəfat etmiş yaxın qohumunun cənazəsinin Azərbaycan Respublikasına gətirilməsi zərurəti yaranan aztəminatlı azərbaycanlının 3 iş günü müddətində qərar qəbul ediləcəkdir və qərar qəbul edildiyi gün bu barədə məlumat müraciət edən şəxsin əlaqə vasitələrinə göndərilir.

Sosial yardımın təyin olunması barədə qərar qəbul edildiyi gündən 3 iş günü müddətində sosial yardımın ödənilməsi həyata keçirilir.

Sosial yardımın yuxarı həddi 3000 (üç min) manat müəyyən edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Avtomobillərdə pərdə, jalüz və plyonka çəkilməsi qaydasını Nazirlər Kabineti müəyyənləşdirəcək

Nazirlər Kabinetinin şöbə müdirinin müavini vəfat edib

Nazirlər Kabineti 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında qərar qəbul edib

Nazirlər Kabineti Göyçay şəhərinin Baş planını təsdiq edib

Nazirlər Kabineti kafe və restoranların fəaliyyəti ilə bağlı açıqlama yayıb

Nazirlər Kabineti: Erməni təcavüzü nəticəsində cəbhədən kənarda həlak olmuş şəxslər şəhid sayılır

Nazirlər Kabineti xüsusi karantin rejimində dəyişikliklər edib

Nazirlər Kabineti aqrar sığorta qaydalarını açıqlayıb

Nazirlər Kabineti xüsusi karantin rejimində təhsilin təşkili barədə qərar qəbul edib

Nazirlər Kabineti COVID-19-la bağlı sahibkarlara müraciət edib

İsrail Nazirlər Kabineti iki həftəlik sərt karantin rejiminin tətbiqini təsdiləyib

Nazirlər Kabineti büdcə məsələlərini müzakirə edib

Almaniya Nazirlər Kabineti Lukaşenkonun Navalnı ilə bağlı açıqlamasını təkzib edib

Nazirlər Kabineti kənd təsərrüfatı ilə bağlı bir neçə qərarı ləğv edib

Nazirlər Kabineti dərslərin başlaması barədə qərar verib

Nazirlər Kabineti Tovuz Rayon İcra Hakimiyyətinə vəsait ayırıb

Nazirlər Kabineti icbari tibbi sığorta ilə bağlı qərarın izahını verib

Nazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib

Nazirlər Kabinetində yeni təyinat olub

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

26 Yanvar 2021, 12:47 (GMT +4)
Gürcüstanda son sutkada 25 nəfər koronavirusdan ölüb

26 Yanvar 2021, 12:45 (GMT +4)
Hikmət Hacıyev: Azərbaycan təqribən 1200 erməni hərbi qulluqçusunun cəsədini erməni tərəfinə qaytarıb

26 Yanvar 2021, 12:30 (GMT +4)
Cəbrayıl, Füzuli və Ağdam rayonlarında 2200 hektardan çox ərazi minalardan təmizlənib

26 Yanvar 2021, 12:21 (GMT +4)
Yeni ABŞ hökuməti Yəmənin Ənsarulla hərəkatı ilə müamilələlərin həyata keçirilməsinə icazə verib

26 Yanvar 2021, 12:15 (GMT +4)
Energetika Nazirliyinin Çağrı Mərkəzinə ötən il 2 566 müraciət daxil olub

26 Yanvar 2021, 12:06 (GMT +4)
Hollandiyada iğtişaşlar zamanı 150-dən çox adam saxlanılıb

26 Yanvar 2021, 12:00 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

26 Yanvar 2021, 11:49 (GMT +4)
Taliban nümayəndə heyətini Tehrana göndərib

26 Yanvar 2021, 11:45 (GMT +4)
DİM xarici dil üzrə fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat elan edib

26 Yanvar 2021, 11:36 (GMT +4)
MN Cəbrayıl rayonunun Karxulu kəndinin videogörüntülərini yayıb

26 Yanvar 2021, 11:30 (GMT +4)
BMT Baş katibi COVID-19 peyvəndinin istehsalını artırmağa çağırıb

26 Yanvar 2021, 11:26 (GMT +4)
Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev təltif edilib

26 Yanvar 2021, 11:12 (GMT +4)
Xırdalanda partlayışda xəsarət alanlardan 5-i evə buraxılıb

26 Yanvar 2021, 11:06 (GMT +4)
Vətən müharibəsinin qəhrəman tankçılarından bir qrupu general Həzi Aslanovun ata ocağını ziyarət edib (FOTO)

26 Yanvar 2021, 10:57 (GMT +4)
Rusiya, Azərbaycan və Ermənistan Baş nazir müavinləri Moskvada görüş keçirəcək

26 Yanvar 2021, 10:48 (GMT +4)
Cavad Zərif Bakı səfərinin nəticələri barədə paylaşım edib

26 Yanvar 2021, 10:48 (GMT +4)
Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru barəsində cinayət işi başlanıb

26 Yanvar 2021, 10:38 (GMT +4)
FHN: Xırdalanda xilasetmə əməliyyatına xüsusi təlim keçmiş itlər də cəlb olunub (VİDEO)

26 Yanvar 2021, 10:28 (GMT +4)
Azərbaycanın Avropa Şurasında üzvlüyünün 20 illiyi qeyd olunub 

26 Yanvar 2021, 10:18 (GMT +4)
Bayden Şengen bölgəsi və İngiltərədən ABŞ-a səyahət məhdudiyyətlərini qüvvədə saxlayıb

26 Yanvar 2021, 10:03 (GMT +4)
Tunisdə etiraz aksiyaları getdikcə artır, mindən çox saxlanılan var

26 Yanvar 2021, 10:00 (GMT +4)
Xırdalanda dağıntılar altında bir uşaq qalıb

26 Yanvar 2021, 09:56 (GMT +4)
Trampa impiçmentlə bağlı qətnamə Senata təqdim edilib

26 Yanvar 2021, 09:45 (GMT +4)
Köçkünlərin yurdlarına qaytarılması üçün xüsusi proqram hazırlanacaq

26 Yanvar 2021, 09:30 (GMT +4)
Nazir: “İndiyədək 12 min şəhid və müharibə əlilinin ailəsi sosial qayğı ilə əhatə olunub”

26 Yanvar 2021, 09:20 (GMT +4)
İranın xarici işlər naziri Bakıdan sonra Moskvaya gedir

26 Yanvar 2021, 09:17 (GMT +4)
İtaliyanın Baş naziri istefa etməyi planlaşdırır

26 Yanvar 2021, 09:15 (GMT +4)
Xırdalandakı partlayış zamanı xəsarət alanların adları məlum olub

26 Yanvar 2021, 09:00 (GMT +4)
ARDNF AÇG və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb

26 Yanvar 2021, 00:47 (GMT +4)
FHN: Xırdalanda dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66