Twitter Trampın daha bir paylaşımı barədə xəbərdarlıq edib04 Noyabr 2020, 11:28 (GMT +4) Bakı 4 noyabr, SalamNews. B.Samid. Twitter ABŞ prezidenti Donald Trampın seçkilər fonunda paylaşdığı daha bir məlumatın yayımına məhdidiyyət qoyub.
SalamNews xəbər verir ki, ABŞ prezidenti Donald Trampın “seçkilərin nəticələrinin oğurlanması” ilə bağlı paylaşımı Twitter tərəfindən məhdudlaşdırılıb.
Twitter bundan öncə də Trampın bir neçə paylaşımını irqçilik, saxta məlumat və sair adlarla məhdudlaşdırıb.
Qeyd eədk ki, Tramp son paylaşımda iddia edib ki, demokratlar seçkilərin nəticələrini oğurlamaq istəyirlər. ABŞ prezidenti son dönəmlərdə koronavirusa görə səslərin elektron poçta ilə verilməsi mexanizmini bəyənməmiş və bu metodun saxtakarlığa yol açacağı barədə iddialar səsləndirmişdi.
|