Tramp: Demokratlar qələbəmizi oğurlamağa çalışır04 Noyabr 2020, 11:10 (GMT +4) Bakı, 4 noyabr, SalamNews. ABŞ-ın hazırkı prezidenti Donald Tramp 3 noyabr prezident seçkilərinin ilkin nəticələrini şərh edib.
“Bizim böyük bir üstünlüyümüz var, lakin onlar (demokratlar) seçkiləri bizdən oğurlamağa çalışırlar. Buna imkan vermərik. Seçki məntəqələri bağlandıqdan sonra səs verə bilməzsiniz”, deyə Respublikaçı namizəd "Twitter" səhifəsində yazıb.
SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, başqa bir tvitlə Tramp yaxın saatlarda daha bir neçə açıqlama verəcəyini qeyd edib.
Trampın tvitlərinin Demokrat namizədi Cozef Baydenin tvitləri ilə zamanlamasının üst-üstə düşməsi diqqət çəkib.
|