Müdafiə Nazirliyi: Düşmənin əlahiddə zirehli tank taborunun komandiri məhv edilib03 Noyabr 2020, 17:08 (GMT +4) Bakı, 3 noyabr, SalamNews. Cəbhənin Ağdərə istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının müdafiə zolağında düşmənin bir neçə tankı sıradan çıxarılıb.
Bu barədə SalamNews-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində 77-ci əlahiddə zirehli tank taborunun komandiri polkovnik-leytenant Nelson Akopcanyan məhv edilib.
|