Tramp Vyanadakı terror hücumuna münasibət bildirib03 Noyabr 2020, 13:10 (GMT +4) Bakı, 3 noyabr, SalamNews. ABŞ prezidenti Donald Tramp Avstriyadakı terror aktına münasibət bildirib.
SalamNews xəbər verir ki, "Twitter" səhifəsində hadisəni şərh edən Tramp bunu "çirkin terror aktı" adlandırıb.
“Dualarımız Avropada baş verən dəhşətli terror hücumundan sonra Vyana xalqı ilə birlikdədir. Günahsız insanlara qarşı bu cür alçaq hücumlar dayanmalıdır", o yazıb.
Tramp, ABŞ-ın Avstriyanı, Fransanı və bütün Avropanı terrorla mübarizədə dəstəklədiyini təkrarlayıb.
|