Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyev: Bütün müsəlman dünyası bir daha görür ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik

02 Noyabr 2020, 15:14 (GMT +4)

Bakı, 2 noyabr, SalamNews. Bir aydan çoxdur ki, müharibə gedir. Biz işğalçılara dərs veririk, onları torpaqlarımızdan qovuruq. Artıq bir çox yaşayış məntəqəsi işğaldan azad edilib. Hər həftə onlarla yeni yaşayış məntəqəsi - şəhərlər, kəndlər, qəsəbələr işğalçılardan azad edilir və Müzəffər Azərbaycan Ordusu öz uğurlu əməliyyatlarını davam etdirir.

SalamNews xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti ilə görüşü zamanı danışıb.

İşğal edilmiş ərazilərdə vəziyyətin acınacaqlı olduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Bizim bütün tarixi, dini abidələrimiz dağıdılıb, təhqir edilib. Ermənilər Zəngilan rayonunda, işğal edilmiş ərazilərdəki məsciddə donuz saxlayırdılar, bu videogörüntülər internetdə var və bu, bütün müsəlman aləmini hiddətləndirir. Bu, bir daha onu göstərir ki, Ermənistan dövləti bütün müsəlman aləminə nifrətlə yanaşır, əks-təqdirdə belə alçaq hərəkətlər baş verməzdi. Əlbəttə ki, bütün müsəlman dünyası bir daha görür ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik”.

Prezident qeyd edib ki, döyüş meydanında bizim qabağımızda dayana bilməyən Ermənistan şəhələrimizi, kəndlərimizi hər gün atəşə tutur. “Bu gün səhər mənə verilən məlumata görə səhər saat 6-dan, - indi saat 9-a beş dəqiqə qalır, - bizim şəhər və kəndlərimizə 200-dən çox mərmi atılıbdır. Bu bir ay ərzində namərd atəş nəticəsində 91 mülki şəxs həlak olub, onlardan 10-u uşaqdır, 404 mülki şəxs yaralanıbdır və 2 mindən çox ev dağılıbdır. Ermənistan maksimum çox insanı öldürmək üçün qadağan olunmuş silahlardan istifadə edir. Bizim isə intiqamımız döyüş meydanındadır. Bunu mən dəfələrlə bildirmişdim, demişdim ki, biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq. Düşməni qovuruq və sona qədər qovacağıq”, - deyə Prezident İlham Əliyev bildirib.

Dövlətimizin başçısı sözünə davam edərək deyib: “Biz nəinki öz torpaqlarımızı düşməndən azad edirik, biz region üçün böyük təhlükə mənbəyi olan erməni faşizminin belini qırırıq və bunu davam etdirəcəyik. Heç kim bizim qabağımızda dura bilməz, heç kim bizi bu yoldan çəkindirə bilməz”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

23 Yanvar 2021, 18:19 (GMT +4)
ABŞ-da koronavirusdan ölənlərin sayı ikinci dünya müharibəsində ölənlərin sayından çoxdur

23 Yanvar 2021, 17:06 (GMT +4)
Rusiya DİN Moskvada keçirilən icazəsiz aksiyalarla bağlı açıqlama yayıb

23 Yanvar 2021, 17:00 (GMT +4)
Azərbaycanda neft hasilatı artacaq

23 Yanvar 2021, 16:58 (GMT +4)
Moskvada müxalifətçilərin həbsləri başlayıb (VİDEO)

23 Yanvar 2021, 16:50 (GMT +4)
Ukraynada ötən gün 5000-dək COVID-19 xəstəsi qeydə alınıb

23 Yanvar 2021, 16:50 (GMT +4)
MN: Vətən müharibəsindən qayıdanlarla bağlı komissiya 5 298 müraciətə baxıb

23 Yanvar 2021, 16:45 (GMT +4)
İsmayıl Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib

23 Yanvar 2021, 16:40 (GMT +4)
Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti sabah Strasburqa yola düşəcək

23 Yanvar 2021, 16:30 (GMT +4)
Rusiya fondu “Sputnik V” peyvəndinin Türkiyədə istehsalına dair razılığa gəlib

23 Yanvar 2021, 16:30 (GMT +4)
SOCAR-ın Müşahidə Şurasının tərkibi təsdiqlənib

23 Yanvar 2021, 16:26 (GMT +4)
Ballistik raketlər İranın müdafiə məsələsidir, heç vaxt müzakirə obyekti ola bilməz – Abbas Əraqçi

23 Yanvar 2021, 16:15 (GMT +4)
Prezident SOCAR-ın idarə edilməsinin təkmilləşdirilməsinə dair fərman imzalayıb

23 Yanvar 2021, 16:00 (GMT +4)
S&P: 2021-ci ildə manatın məzənnəsi sabit qalacaq

23 Yanvar 2021, 15:45 (GMT +4)
Abşeronda silsilə oğurluqlar edən şəxs saxlanılıb

23 Yanvar 2021, 15:40 (GMT +4)
Pekində ÜST normasından 8 dəfə artıq hava çirkliliyi qeydə alınıb

23 Yanvar 2021, 15:30 (GMT +4)
Azərbaycanda 22 kq-dan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

23 Yanvar 2021, 15:25 (GMT +4)
İran koronavirusa qarşı peyvəndlərin kütləvi şəkildə vurulmasına gələn həftələrdə başlayacaq - Ruhani

23 Yanvar 2021, 15:15 (GMT +4)
Salyan Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru həkimlərin maaşını mənimsəyib

23 Yanvar 2021, 15:09 (GMT +4)
Ermənistanda yol qəzasında rusiyalı əsgər ölüb

23 Yanvar 2021, 15:00 (GMT +4)
ƏƏSMN: 2 783 şəhidin ailə üzvünə sosial ödənişlər təyin olunub

23 Yanvar 2021, 14:45 (GMT +4)
Əli Abbasova AMEA-da yeni vəzifə verilib

23 Yanvar 2021, 14:30 (GMT +4)
Azərbaycan nefti 1%-ə yaxın ucuzlaşıb

23 Yanvar 2021, 14:15 (GMT +4)
MN Cəbrayıl rayonunun Aşağı Maralyan kəndindən videogörüntülər yayıb (VİDEO)

23 Yanvar 2021, 14:15 (GMT +4)
 Almaniyada son sutkada 16.417 yeni koronavirusa yoluxma aşkar edilib

23 Yanvar 2021, 14:02 (GMT +4)
Yəməndən Səudiyyə Ərəbistanın paytaxtına ballistik raket atılıb (VİDEO)

23 Yanvar 2021, 14:00 (GMT +4)
Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçusu Qubada dəfn olunub (FOTO)

23 Yanvar 2021, 13:56 (GMT +4)
Kanada Baş naziri və Bayden fevral ayında görüşməyi planlaşdırır

23 Yanvar 2021, 13:45 (GMT +4)
Azərbaycanda ötən il 183 ton yod istehsal edilib

23 Yanvar 2021, 13:30 (GMT +4)
İsmayıllıda Vətən müharibəsinin qəhrəmanları və ailələri ilə görüşlər davam edir (FOTO)

23 Yanvar 2021, 13:24 (GMT +4)
ÜST COVID-19-un yeni növündən ölüm sayının artmasına münasibət bildirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66