Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

ƏƏSMN: Daha 4 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verilib

30 Oktyabr 2020, 14:00 (GMT +4)

Bakı, 30 oktyabr, SalamNews. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm zəfərlərlə şanlı tarix yazdığı bu günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzil və fərdi evlə təminat proqramı da davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu dəfə Zərdab, İmişli, Göyçay və Kürdəmir rayonlarında yeni inşa olunmuş 22 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Bu barədə SalamNews-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Zərdabın Çallı kəndində keçirilən tədbirdə Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov qeyd edib ki, son bir ay ərzində Silahlı Qüvvələrimizin böyük Qələbələr əldə etməsi, qısa müddətdə artıq bir sıra yurd yerlərimizin işğaldan azad edilməsi Ordumuzun gücünü, qüdrətini bir daha nümayiş etdirir. İşğaldan azad edilən ərazilərimizdə Azərbaycan bayrağı qaldırılır və bu, bütün xalqımızda sonsuz qürur hissləri oyadır.

Bildirilib ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının ailələrinin, bu döyüşlərdə sağlamlıqlarını itirmiş vətəndaşların sosial müdafiəsi də daim dövlətin diqqətindədir. 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, bu gün təqdim edilən 22 fərdi ev (o cümlədən Zərdabda 7, İmişlidə 4, Kürdəmirdə 7, Göyçayda 4 ev) də daxil olmaqla, onlardan artıq 710 mənzil və fərdi ev artıq verilib. Digər evlər, mənzillər də ilin sonunadək veriləcək. Ümumilikdə ötən dövrdə 8 298 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim edilib.

Çıxış edən şəhid ailələri və müharibə əlilləri göstərilən yüksək diqqət və qayğıya, bu gün isə fərdi evlərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Onlar Ordumuzun Qələbələrindən, torpaqlarımızın işğaldan azad edilməsindən, düşmənə sarsıdıcı zərbələr vurulmasından fərəh hissi keçirdiklərini, şəhidlərimizin qisasının düşməndən layiqincə alındığını vurğulayıblar. İşğal altında olan digər torpaqlarımızın azad ediləcəyi günün də uzaqda olmadığına əminliklərini ifadə ediblər.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ƏƏSMN əlilliyin təkrar təyin olunması ilə bağlı qanuna edilən dəyişikliyi şərh edib

ƏƏSMN: 50 qazinin protezlərlə təminatı prosesi yekunlaşır

Bu il ƏƏSMN-in fəaliyyət sahələri üzrə 220 min elektron arayış verilib

Sabah ƏƏSMN tərəfindən şəhid ailələri və müharibə əlillərinə mənzillər təqdim ediləcək 

ƏƏSMN: Aprel ayının pensiyaları tam ödənilib

ƏƏSMN: Son 3 ildə Azərbaycanda orta aylıq pensiya 60% artıb

ƏƏSMN: 250-dən çox hərbçiyə əlillik təyinatı aparılıb

ƏƏSMN: Daha bir Vətən müharibəsi qazisi yüksək texnologiyalı protezlə təmin olunacaq

ƏƏSMN: Son 3 ildə Azərbaycanda minimum əməkhaqqı 116% artıb

ƏƏSMN: Ötən ay sosial təminat üzrə əhaliyə 486,9 milyon manat vəsait ödənilib

ƏƏSMN: 2500 şəhid ailəsi üzvü və qazi aktiv məşğulluq proqramlarına cəlb olunub

ƏƏSMN: Ötən il əmək qanunvericiliyi 955 dəfə pozulub

ƏƏSMN: 2 783 şəhidin ailə üzvünə sosial ödənişlər təyin olunub

ƏƏSMN tərəfindən qaziyə yeni mənzilin açarları təqdim edilib (FOTO)

ƏƏSMN: Daha bir qazi yüksək texnologiyalı protezlə təmin ediləcək

ƏƏSMN nazir Sahil Babayevin anasının əlilliyinin əsassız olması barədə iddialara münasibət bildirib

ƏƏSMN: 1100-dən çox şəhidin ailə üzvlərinə sosial ödənişlər təyin edilib

ƏƏSMN: 2300 şəhid ailəsi və qaziyə təqaüd, müavinət və pensiya təyin edilib

ƏƏSMN: Qazinin özü və qardaşı üçün kiçik təsərrüfatlar yaradılacaq

Məcburi köçkünlər üçün inşa edilmiş 4700-ə yaxın mənzil ƏƏSMN-nin balansına verilib

30 İyul 2021, 11:50 (GMT +4)
Müdafiə naziri zabit heyətinin ixtisasartırma və təkmilləşdirmə kurslarının gedişi ilə maraqlanıb

30 İyul 2021, 11:43 (GMT +4)
Millimizin üzvü Portuqaliya klubuna transfer olunub

30 İyul 2021, 11:42 (GMT +4)
Fars Körfəzi yaxınlığında Britaniya gəmisi hücuma məruz qalıb - KİV

30 İyul 2021, 11:40 (GMT +4)
Hikmət Hacıyev: Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyəyə yardım dəstələri göndəriləcək

30 İyul 2021, 11:30 (GMT +4)
Tərtərdə qəbristanlıqdan oğurluq edənlər tutulub

30 İyul 2021, 11:25 (GMT +4)
Tokio Olimpiadasında COVID-19-a yoluxanların sayı 220-yə yüksəlib 

30 İyul 2021, 11:16 (GMT +4)
Azərbaycanda 101 nəfərə saxta koronavirus sənədi satan vəzifəli şəxslər həbs olunub

30 İyul 2021, 11:06 (GMT +4)
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

30 İyul 2021, 11:04 (GMT +4)
Tokio-2020: Daha bir cüdoçumuz medalsız qalıb

30 İyul 2021, 11:00 (GMT +4)
Ərdoğan: Türkiyə meşə yanğınlarının qarşısını almaq üçün bütün imkanları səfərbər edib

30 İyul 2021, 11:00 (GMT +4)
Azərbaycan neftinin qiyməti 75 dolları keçib

30 İyul 2021, 10:56 (GMT +4)
İraq hökuməti oğurlanmış tarixi eksponatlardan 17 minini ABŞ-dan geri gətizdirib

30 İyul 2021, 10:50 (GMT +4)
Qeyri-ərzaq mallarının təhlükəsizliyini təmin edəcək qaydalar təsdiq olunub

30 İyul 2021, 10:45 (GMT +4)
Azərbaycanın UEFA reytinqində xalı artıb

30 İyul 2021, 10:40 (GMT +4)
Xətaidə qanunsuz işləyən heyvan kəsimi məntəqələrində reydlər keçirilib

30 İyul 2021, 10:30 (GMT +4)
İyunda güzəştli şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

30 İyul 2021, 10:24 (GMT +4)
İqtisadiyyat naziri Mikayıl Cabbarov "Qarabağ"ın oyununu izləyib - (FOTOLAR)

30 İyul 2021, 10:22 (GMT +4)
Türkiyədə meşə yanğınları törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb

30 İyul 2021, 10:20 (GMT +4)
Azərbaycanda toylara görə 1 nəfər həbs edilib, 90 nəfər cərimələnib

30 İyul 2021, 10:18 (GMT +4)
ABŞ Ordusu ilə əməkdaşlıq etmiş 2,500 Əfqanıstan vətəndaşı bu ölkədən çıxarılıb

30 İyul 2021, 10:10 (GMT +4)
Zaqatalada restoran icarədarları cərimələnib

30 İyul 2021, 10:00 (GMT +4)
Naftalan sakinləri “patı” ilə tutulub

30 İyul 2021, 09:50 (GMT +4)
Tokio-2020: Qadın cüdoçumuz yarımfinala yüksəlib

30 İyul 2021, 09:49 (GMT +4)
Misirdə “İxvan əl-Muslimin” hərəkatı üzvlərindən 24-ü barədə edam hökmü çıxarılıb

30 İyul 2021, 09:45 (GMT +4)
Bakı metrosunda qatarlar tuneldə qalıb

30 İyul 2021, 09:45 (GMT +4)
"THY" yanğın ərazilərinə uçuşu olanlara güzəşt edəcək

30 İyul 2021, 09:35 (GMT +4)
Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlara müraciət edib

30 İyul 2021, 09:30 (GMT +4)
Bəkir Pakdemirli: Türkiyədə 42 meşə yanğını nəzarət altına alınıb

30 İyul 2021, 09:25 (GMT +4)
Samuxda toy qaydalarını pozanlar məsuliyyətə cəlb olunub

30 İyul 2021, 09:23 (GMT +4)
Konfrans Liqası: "Qarabağ" mərhələ adlayıb, "Sumqayıt" fürsəti əldən verib və "Keşlə" uduzub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66