Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Bişkekdə şəhidlərimizin xatirəsi anılıb

30 Oktyabr 2020, 15:38 (GMT +4)

Bakı, 30 oktyabr, SalamNews. Qırğızıstan Azərbaycanlılarının “AZƏRİ” İctimai Birliyinin təşəbbüsü ilə Bişkekdə şəhidlərimizi anma mərasimi keçirilib.

SalamNews AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə paytaxtda yaşayan soydaşlarımız, qardaş qırğız xalqının nümayəndələri iştirak ediblər.

İctimai Birliyin sədri, Əməkdar hüquqşünas Əzizağa Əliyev bildirib ki, Ana Vətən çətin sınaqlardan keçir. Rəşadətli və şanlı Ordumuz Azərbaycan tarixinə yeni səhifələr yazır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı ərazilərimiz düşmən tapdağından azad edilir. Artıq azad olunan doğma torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. Erməni terrorçularının müharibə zonasından uzaqda olan Gəncə, Mingəçevir, Bərdə şəhərlərini, digər rayon və kəndlərimizi atəşə tutması nəticəsində ölən və yaralananlar var.

Vurğulanıb ki, Qırğızıstanda yaşayan azərbaycanlılar hadisələri böyük həyəcanla izləyirlər. Soydaşlarımız müqəddəs torpaqlarımız uğrunda canlarını fəda edənlərin və erməni terrorunun qurbanı olan dinc vətəndaşlarımızın ruhuna dualar oxuyur, onlara Allahdan rəhmət diləyirlər.

Sonra Əzizağa Əliyev milli bayram münasibətilə hər zaman Azərbaycanın yanında olan qardaş Türkiyə xalqını təbrik edib.

Mərasim iştirakçıları tezliklə Azərbaycanın işğal altındakı bütün torpaqlarının düşmən tapdağından azad ediləcəyini və bayrağımızın Şuşada dalğalanacağına əmin olduqlarını bildiriblər.

Daha sonra Bişkekdəki Azərbaycan məscidinin imamı Mərifət Şirinov, Qazaxıstandakı Azərbaycan məscidinin axundu Saleh Həsənov şəhidlərin müqəddəs ruhuna dualar oxuyublar.

Anım mərasiminin sonunda ehsan verilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

28 Noyabr 2020, 14:40 (GMT +4)
Prezidentin köməkçisi: Ermənistan tərəfindən Tərtər şəhərinə qarşı genosid siyasəti həyata keçirilib

28 Noyabr 2020, 14:25 (GMT +4)
Gürcüstanda 24 saat ərzində 4.472 nəfərdə koronavirusa yoluxma aşkar edilib

28 Noyabr 2020, 14:12 (GMT +4)
Ermənilərin Tərtəri vurduğu “Smerç” meriyanın muzeyində saxlanılır

28 Noyabr 2020, 13:55 (GMT +4)
Kürdəmirdə oğurluq edən şəxslər saxlanılıb

28 Noyabr 2020, 13:46 (GMT +4)
Ayətullah Xamenei nüvə aliminin intiqamı ilə bağlı göstəriş verib

28 Noyabr 2020, 13:40 (GMT +4)
DİN: Gəncəyə polis rəisi təyin edilməsi xəbəri həqiqəti əks etdirmir

28 Noyabr 2020, 13:21 (GMT +4)
Azərbaycan neftinin orta qiyməti həftə ərzində 8% artıb

28 Noyabr 2020, 13:09 (GMT +4)
Ermənistan prezidenti Moskvaya səfər edib

28 Noyabr 2020, 13:00 (GMT +4)
Hikmət Hacıyev: Elə günlər olurdu ki, Tərtər şəhərinə 2 400-dən artıq mərmilər düşürdü

28 Noyabr 2020, 12:45 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

28 Noyabr 2020, 12:42 (GMT +4)
Ərdoğan: Müsəlmanlar İslama düşmənçilik virusu ilə mübarizə aparmaq məcburiyyətindədirlər

28 Noyabr 2020, 12:30 (GMT +4)
Şəhid ailələri və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün tədbirlər planı hazırlanıb

28 Noyabr 2020, 12:17 (GMT +4)
Bir sıra dünya siyasətçiləri iranlı nüvə aliminin terrora məruz qalmasına münasibət bildiriblər

28 Noyabr 2020, 12:15 (GMT +4)
Oğuzda qiymətli ağac növlərini qanunsuz kəsən dəstə üzvlərinə qarşı əməliyyat keçirilib (VİDEO)

28 Noyabr 2020, 12:11 (GMT +4)
Pompeo, Rusiya şirkətlərinə qarşı sanksiya tətbiq edilməsinin səbəblərindən danışıb

28 Noyabr 2020, 12:00 (GMT +4)
AQTA yanında İctimai Şuranın üzvlərini müəyyənləşdirmək üçün səsvermə keçirilib

28 Noyabr 2020, 11:45 (GMT +4)
Bu il Azərbaycanda 678616 hektar sahədə payızlıq taxıl səpini həyata keçirilib

28 Noyabr 2020, 11:30 (GMT +4)
Məlahət Mürşüdlü vəfat edib

28 Noyabr 2020, 11:21 (GMT +4)
Ruhani nüvə aliminin terrora məruz qalmasına münasibət bildirib: İranda elmin inkişafının qarşısını ala bilməyəcəklər

28 Noyabr 2020, 11:18 (GMT +4)
Tramp: Bayden qələbəsinin həqiqiliyini sübut etməlidir

28 Noyabr 2020, 11:15 (GMT +4)
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun İstisu qəsəbəsindən videogörünütlər yayıb (VİDEO)

28 Noyabr 2020, 11:00 (GMT +4)
Diplomatik korpusun nümayəndələri Tərtər və Ağdama səfər edir

28 Noyabr 2020, 10:49 (GMT +4)
Türkiyə Parlamenti Fransa Senatının Qarabağla bağlı qətnaməsini pisləyib

28 Noyabr 2020, 10:45 (GMT +4)
Bakı polisinə yeni rəis təyin edilib

28 Noyabr 2020, 10:36 (GMT +4)
İran BMT Təhlükəsizlik Şurasına müraciət edib

28 Noyabr 2020, 10:30 (GMT +4)
Azərbaycan neftinin qiyməti cüzi artıb

28 Noyabr 2020, 10:23 (GMT +4)
ABŞ-da koronavirusa yoluxma hallarının sayı 13 milyonu keçib

28 Noyabr 2020, 10:15 (GMT +4)
Bakı küçələri növbəti dəfə dezinfeksiya edilir

28 Noyabr 2020, 10:00 (GMT +4)
İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb (VİDEO)

28 Noyabr 2020, 09:23 (GMT +4)
İran terrora məruz qalan nüvə aliminə görə intiqam alacağını bildirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66