Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

İctimai Nəzarət qrupları paytaxt və regionlarda fəaliyyətinə davam edir

29 Oktyabr 2020, 18:25 (GMT +4)

Bakı, 29 oktyabr, SalamNews. Azərbaycan Respublikasının Gənclər Fondunin maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə “Gənclər təşkilatlarından ibarət ictimai nəzarət qruplarının vətənpərvərlik  istiqamətində fəaliyyəti” layihəsi həyata keçirilir.

SalamNews-un verdiyi məlumata görə, İctimai Nəzarət Qruplarında fəaliyyət göstərən gənclər təşkilatları nümayəndələri Bakı şəhəri və 15 rayonda fəaliyyət göstərərək insanlar arasında maarifləndirmə işləri aparırlar. Qeyd edək ki,  İctimai Nəzarət qrupları Azərbaycan Respublikasının Prezidentinin ictimai nəzarətin gücləndirilməsi barədə çağırışına dəstək olaraq yaradılmışdır.

Mərhələli şəkildə fəaliyyət göstərən İctimai nəzarət qruplarının fəaliyyətində pandemiya ilə əlaqədar təyin edilmiş qaydalara əməl edilməsi və əhalinin maarifləndirilməsi istiqamətində işlərin aparılması nəzərdə tutulsa da hazırki vəziyyətlə əlaqədar olaraq fəaliyyət istiqamətində müvafiq dəyişikliklər edilmişdir.

Son günlər Ermənistanın ölkəmizə qarşı cəbhədə törətdiyi təxribatlar, mülki insanların hədəf alınması və  qismən səfərbərliyin elan olunduğu bu vaxtda ən böyük çətinlik cəmiyyət arasında dezinformasiyanın yayılmasıdır. Bununla yanaşı cəbhədən ordumuzun aparığı əməliyyətlarla bağlı videoların yayılması və bunun yaratığı təhlükələr olduqca aktualdır. 

Bu səbəblə də, İctimai Nəzarət qrupları cəmiyyət arasında təkcə koronavirusdan qorunma üsulları deyil, eyni zamanda vətənpərvərlik, dezinformasiyanın və düşmən təxribatlarının yayılmasının qarşısının alınması, hərbi sirlərin yayılmasının ordumuz üçün törədə biləcəyi təhlükələr barəsində də maarifləndirmə tədbirləri həyata keçirirlər. 

Qeyd edək ki, İctimai Nəzarət qrupları tərəfindən insanlar arasında ruh yüksəkliyinin daha da artırılması məqsədilə Azərbaycan Respublikasının rəsmi atributu olan dövlət bayraqları təqdim olunur.

İctimai Nəzarət qrupları müvafiq rayonlar üzrə fəaliyyət göstərməkdə davam edəcək. 

Regionlarda fəaliyyət göstərən təşkilatlar:

Avropa Gənclər Parlamenti Azərbaycan (EYP) - Bakı

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı İB - Bakı

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası – Mingəçevir

Azəri Gənclər Alyansi İB - Bakı

Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı İB – Beyləqan

Biləsuvar Yeniyetmə və Gəncləri İB – Biləsuvar

Əlilliyi Olan Uşaq və Gənclərin İdmana İnteqrasiyasi İB - Bakı

Gələcəyə Körpü GİB – Gəncə

Gənc Vətənpərvərlər İctimai Birliyi - Bakı

Gənclərin Həmrəyliyi İB – Sumqayıt

Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək İB - Hacıqabul

Gənclərin Maarifləndirilməsinə Dəstək – Mingəçevir

Gənclərin Sosial İnkişafına Dəstək İB - Astara

Gənclərin Töhfəsi İctimai Birliyi - Bakı

Gəncliyə Dəstək İctimai Birliyi- Zərdab

Göyçay İnkişaf Mərkəzi Gənclər İB - Göyçay

İrəli İctimai Birliyi- Bakı

İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyi - İsmayıllı

İşıqlı Gələcək Gənclər İctimai Birliyi – Mingəçevir

Qazax gəncləri - Qazax

Maarifpərvərlik Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası İB – Lənkəran

Odlar Yurdu Gənclər İB – Gəncə

Şəmkir gəncləri – Şəmkir

Tovuz gəncləri - Tovuz

Türkiyə Universitetləri Məzunları İ.B - Bakı

Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyi - Bakı

Yeni Yazarlar və Sənətçilər İB - Bakı

 

Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

04 Dekabr 2020, 15:51 (GMT +4)
BƏƏ F35 hərbi təyyarələrini ala bilməyəcəyi təqdirdə digər dövlətlərə üz tutacağını bəyan edib

04 Dekabr 2020, 15:51 (GMT +4)
Bakıda daha bir COVID-19 xəstəsinə cinayət işi başlanılıb

04 Dekabr 2020, 15:21 (GMT +4)
İlham Əliyev: "ÜST Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırıb"

04 Dekabr 2020, 15:10 (GMT +4)
Azərbaycan Ordusunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

04 Dekabr 2020, 14:58 (GMT +4)
Azərbaycan məscidlərində Vətən müharibəsi şəhidləri anılıb

04 Dekabr 2020, 14:50 (GMT +4)
AQTA 43 obyektdə pozuntu aşkarlanıb

04 Dekabr 2020, 14:37 (GMT +4)
Məşədi Dadaş məscidində Vətən müharibəsi şəhidləri anılıb

04 Dekabr 2020, 14:24 (GMT +4)
İranın Bakıdakı səfirliyi Azərbaycan xalqı və hökumətinə başsağlığı verib

04 Dekabr 2020, 14:18 (GMT +4)
DİN: 17 nəfər koronavirus xəstəsinə cinayət işi başlanılıb

04 Dekabr 2020, 14:07 (GMT +4)
QMİ sədri: Bu gün Türkiyənin 90 min məscidində şəhidlərimizin ruhu yad edilir

04 Dekabr 2020, 13:57 (GMT +4)
DİN: Ötən gün yol qəzalarında 4 nəfər ölüb

04 Dekabr 2020, 13:45 (GMT +4)
Şəhid Xudayar Yusifzadənin ailəsi üçün ev tikiləcək

04 Dekabr 2020, 13:24 (GMT +4)
Təzəpir məscidində Vətən müharibəsi şəhidləri anılıb

04 Dekabr 2020, 13:17 (GMT +4)
Heydər məscidində şəhidlərin anım mərasimi keçirilib, Vəhdət namazı qılınıb

04 Dekabr 2020, 13:14 (GMT +4)
Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq

04 Dekabr 2020, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

04 Dekabr 2020, 12:57 (GMT +4)
Səfir: Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır

04 Dekabr 2020, 12:45 (GMT +4)
Türkiyənin Bakıdakı diplomatları Vətən müharibəsi şəhidlərinin xatirəsini anıb (FOTO)

04 Dekabr 2020, 12:30 (GMT +4)
Bakıda COVID-19 xəstəsinə cinayət işi açılıb

04 Dekabr 2020, 12:26 (GMT +4)
İranlı alimə qarşı terrordan sonra İsrail yerli nüvə alimlərinə xəbərdarlıq edib

04 Dekabr 2020, 12:23 (GMT +4)
Gürcüstanda son sutkada 5 mindən çox insan COVID-19-a yoluxub

04 Dekabr 2020, 12:10 (GMT +4)
Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edir

04 Dekabr 2020, 12:04 (GMT +4)
Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

04 Dekabr 2020, 12:00 (GMT +4)
Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib (VİDEO)

04 Dekabr 2020, 11:58 (GMT +4)
Bayden: Trampın andiçmə mərasimində iştirakı ölkə üçün vacib olardı

04 Dekabr 2020, 11:45 (GMT +4)
Prezident: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilib”

04 Dekabr 2020, 11:37 (GMT +4)
BMT: Fransada təhlükəsizlik qanunları insan haqlarını pozur

04 Dekabr 2020, 11:30 (GMT +4)
Azərbaycan Prezidenti: Qazanılmış Qələbə işğalçını təslim olmağa məcbur edib

04 Dekabr 2020, 11:15 (GMT +4)
Prezident İlham Əliyev Vətən müharibəsində şəhid olanlarla bağlı paylaşım edib

04 Dekabr 2020, 11:04 (GMT +4)
Budapeşt NATO-nun Ukrayna ilə dialoqunu əngəlləməyə davam edəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66