Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Səhiyyə Nazirliyinin nümayəndəsi COVID-19 ilə mübarizənin epidemioloji aspektlərindən danışıb

29 Oktyabr 2020, 16:03 (GMT +4)

Bakı, 29 oktyabr, SalamNewsSəhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) baş direktorunun müavini Vaqif Abdullayev onlayn müsahibə verərək, Azərbaycanda COVID-19 ilə mübarizənin epidemioloji aspektləri barədə məlumat verib.

Bu barədə SalamNews-a nazirliyin mətbuat xidmətindən bildirilib.

Vaqif Abdullayev qeyd edib ki, son yüzilliyin ən geniş yayılmış pandemiyalarından biri özünün hələ tam öyrənilməyən virusoloji, epidemioloji, immunoloji, kliniki, patogenetik və digər aspektləri sayəsində dünya ölkələrini bir sıra sosial-iqtisadi problemlərlə üzləşdirib. Onun sözlərinə görə, ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri əsasən “Sanitariya-Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası qanununun tələbləri nəzərə alınmaqla, ölkə rəhbərliyinin çox ciddi və əhəmiyyətli tapşırıqlarının icrası və Azərbaycan hökuməti tərəfindən məqsədyönlü təşkili, Mərkəzi icra hakimiyyəti orqanlarının və onların yerli qurumlarının, yerli icra hakimiyyətlərinin qarşılıqlı fəaliyyəti şəraitində həyata keçirilir: “Hazırda ölkəmizdə COVID-19 infeksiyası ilə əlaqədar epidemik prosesin idarə olunması müasir üsulların tətbiqi və kompleks əksepidemik tədbirlərin təşkili vasitəsilə həyata keçirilir. Belə ki, xəstəlik hadisələrinin ilkin qeydiyyata alınması, onlar barədə bütün idarəetmə səviyyələrində məlumatların ötürülməsi, məlumatların toplanması Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə tam uyğun olan elektron sistem vasitəsilə həyata keçirilməsi təmin olunub”.

RGEM-in baş direktorunun müavini COVID-19 virusunun ölkəmizdə geniş yayılmasının qarşısının alınmasına yönəldilmiş əksepidemik tədbirlərin operativ və məqsədyönlü şəkildə həyata keçirilməsində Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji xidmətinin əhəmiyyətli rolunu vurğulayıb: “Hər bir “pozitiv” nəticəli şəxs barədə məlumat alındığı andan etibarən ölkənin istənilən şəhər və bölgəsində fəaliyyət göstərən Gigiyena və Epidemiologiya Mərkəzləri tərəfindən dərhal epidemioloji təhqiqatın aparılmasına və əksepidemik tədbirlərin təşkilinə başlanılır. Bu tədbirlərin əsas məqsədi - epidemik prosesin inkişafını dayandırmaq üçün xəstəliyin yoluxma mənbəyinin müəyyənləşdirilməsi və lokallaşdırılması, digər şəxslərin yoluxmasının qarşısını almaq üçün xəstənin təcili təcrid olunması, xəstə ilə təmasda olmuş şəxslərin karantin nəzarətinə götürülməsi və karantin nəzarətində qalmaları üzərində nəzarətin təmin olunmasından ibarətdir.

Pandemiyanın başlanmasından keçən 8 aydan artıq bir müddətdə göstərilən istiqamətlərdə Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji xidmətinin xəstəlik aşkar olunan yaşayış və iş yerlərində, kollektivlərdə səmərəli fəaliyyəti də xəstəliyin geniş yayılmasının qarşısının alınması istiqamətində aparılan tədbirlərinə öz töhfələrini verib. Xəstəlik ocaqlarında və insanı əhatə edən mühitdə virusların məhv edilməsi məqsədilə effektiv dezinfeksiya tədbirlərinin vaxtında həyata keçirilməsi də çox vacib əhəmiyyət kəsb edir. Bu sahəyə də Səhiyyə Nazirliyinin xüsusi diqqəti sayəsində lazımi avadanlıq və vasitələr, habelə kifayət qədər işçi potensialı ilə təmin edilən dezinfeksiya xidməti tərəfindən mütəmadi həyata keçirilir”.

Müsahibə zamanı koronavirus infeksiyasının yayıldıqca epidemik prosesin idarə olunması üçün həyata keçirilən tədbirlərin intensivliyi və miqyasının artırılması mövzusuna da toxunuldu: “Səhiyyə Nazirliyinin Sanitariya Epidemioloji Xidmətinin vahid strukturuna daxil olan qurumlarının COVID-19 infeksiyası ilə mübarizədə digər müvafiq qurumlarla əlaqəli fəaliyyətinin təmin olunması ən vacib fəaliyyət istiqamətlərindən biridir. Belə ki, müalicə-profilaktika və təhsil müəssisələrində, xidmət, ictimai-iaşə, mehmanxana və turizm xidməti obyektlərində infeksiyanın yayılmasının qarşısının alınması üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Təhsil Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Turizm Nazirliyi, yerli icra hakimiyyətləri, Daxili İşlər, Fövqəladə Hallar, Müdafiə, Ədliyyə nazirliklərinin tibb xidmətləri ilə birlikdə həyata keçirilən tədbirlər mühüm rol oynayır”.

Vaqif Abdullayev müsahibəsinin sonunda hər bir fəaliyyətin qanuni əsaslarını müəyyənləşdirən normativ hüquqi aktların mövcudluğunun olduqca vacib olduğunu qeyd edib. O, Səhiyyə Nazirliyinin karantin rejimi dövründə inzibati xətalar üzrə səlahiyyətlərinin artırılması, sanitariya-epidemioloji və karantin qaydalarına nəzarət üzrə çoxsaylı sənədlərin təsdiq olunmasının da mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

03 Dekabr 2020, 17:56 (GMT +4)
BirBank istifadəçiləri onlayn ödənişlər zamanı hədiyyələr qazanacaqlar

03 Dekabr 2020, 17:50 (GMT +4)
Mövlud Çavuşoğlu və Ceyhun Bayramov arasında telefon danışığı olub

03 Dekabr 2020, 17:44 (GMT +4)
Azərbaycanın XİN başçısı Rusiya və Türkiyəyə təşəkkür edib

03 Dekabr 2020, 17:35 (GMT +4)
BANM-də Cenevrə Biznes Məktəbi ikili diplomlu MBA proqramı davam edir

03 Dekabr 2020, 17:20 (GMT +4)
Rusiya Qarabağda ikinci hərbi hospital yaradır

03 Dekabr 2020, 17:08 (GMT +4)
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Avropa Şurası İşçi qrupunun iclasında iştirak edib

03 Dekabr 2020, 16:55 (GMT +4)
Şabranda karantin qaydalarını pozan şəxs aşkarlanıb

03 Dekabr 2020, 16:40 (GMT +4)
Çavuşoğlu: Qarabağ razılaşması regional sabitliyə müsbət təsir edəcək

03 Dekabr 2020, 16:26 (GMT +4)
Kəlbəcər və Laçına komendantlar təyin edilib

03 Dekabr 2020, 16:16 (GMT +4)
İranda koronavirusa yoluxanların sayı bir milyonu keçib, 700 min sağalıb

03 Dekabr 2020, 16:10 (GMT +4)
Əlilliyi olan şəxslərin biznesə başlamasına və sahibkarlıq fəaliyyətinin inkişafına dəstək göstərilir

03 Dekabr 2020, 15:57 (GMT +4)
Azərbaycanda daha 4 189 nəfər COVID-19-a yoluxub

03 Dekabr 2020, 15:45 (GMT +4)
Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq

03 Dekabr 2020, 15:33 (GMT +4)
Sabah saat 12:00-da ölkə ərazisində bir dəqiqəlik sükut olacaq

03 Dekabr 2020, 15:32 (GMT +4)
MN: Şəhidlərin adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu açıqlanacaq

03 Dekabr 2020, 15:24 (GMT +4)
MN: 1 245 hərbi qulluqçumuzun müalicəsi davam etdirilir

03 Dekabr 2020, 15:17 (GMT +4)
MN: Vətən müharibəsində həlak olmuş 103 hərbçinin DNT yolu ilə şəxsiyyəti müəyyənləşdirilir

03 Dekabr 2020, 15:02 (GMT +4)
MN Vətən müharibəsində itkin düşmüş Azərbaycan hərbçilərinin sayını açıqlayıb

03 Dekabr 2020, 14:59 (GMT +4)
Prezident Zəfər Günü ilə bağlı yeni sərəncam imzalayıb

03 Dekabr 2020, 14:52 (GMT +4)
MN: Vətən müharibəsində Azərbaycanın 2 783 hərbi qulluqçusu şəhid olub

03 Dekabr 2020, 14:46 (GMT +4)
İsrailin Bəhreyndə səfirlik açması islam dünyası üçün matəm günü deməkdir – Ayətullah Nuri Həmədani

03 Dekabr 2020, 14:36 (GMT +4)
BNA: Paytaxtda 160-dan çox küçə və prospektdə 2 200-dən artıq pandus var

03 Dekabr 2020, 14:25 (GMT +4)
Suqovuşan və Talış kəndlərində sahə inspektorları təyin edilib, xidməti post qurulub

03 Dekabr 2020, 14:13 (GMT +4)
Bərdədə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi müəyyən edilib

03 Dekabr 2020, 13:54 (GMT +4)
Caspian Energy Club Yusif Abdullayevin iştirakı ilə onlayn B2G FORUM təşkil edib

03 Dekabr 2020, 13:46 (GMT +4)
Azərbaycanda Zəfər Günü noyabrın 8-də qeyd ediləcək

03 Dekabr 2020, 13:28 (GMT +4)
Zəngilanda yol qəzası olub, ölən var

03 Dekabr 2020, 13:10 (GMT +4)
Rusiyada son sutkada 28 mindən çox COVID-19-a yoluxma qeydə alınıb

03 Dekabr 2020, 13:01 (GMT +4)
Trampın müşaviri ərəbləri barışdırmaq üçün regionda səfərdədir

03 Dekabr 2020, 13:00 (GMT +4)
Müdafiə Nazirliyi Laçın rayonunun Hüsülü və Malıbəy kəndlərinin videogörüntülərini yayıb (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66