Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Ombudsman UNICEF-in icraçı direktoruna müraciət edib

29 Oktyabr 2020, 13:30 (GMT +4)

Bakı, 29 oktyabr, SalamNews. UNICEF-in 28 oktyabr 2020-ci il tarixli, Dağlıq Qarabağ və ətraf ərazilərdə davam edən döyüşlərlə bağlı verdiyi bəyanatında ikili standartlara yol verilərək qətlə yetirilmiş uşaqlarla əlaqədar həqiqətlərin gizlədildiyi müşahidə olunub.

Ombudsman Aparatının Mətbuat Xidmətindən SalamNews-a verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva qətlə yetirilmiş Azərbaycanlı uşaqların sayının, soyadlarının və həlak olduqları rayonların adlarının məqsədli şəkildə bəyanatda göstərilmədiyini əsas götürməklə qəti etirazını bildirib və UNICEF-in icraçı direktoru xanım Henrietta Holsman Foreya həmin faktlarla bağlı müraciət edib

Ombudsman bildirib ki, uşaqlar döyüş zonasına yaxınlığı olmayan, həmin zonalardan uzaq məsafədə yerləşən mülki yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin Ermənsitan ərazisindən atdıqları raket atəşləri nəticəsində qətlə yetiriliblər:

"Bu faktların bəyanatda göstərilməməsi UNICEF-in bitərəf mövqedən çıxış etməməsi və ikili standartlara yol verməsi ilə yanaşı, baş vermiş insan təlafatlarının döyüş zonası ilə bağlamaq məqsədi daşıdığını deməyə əsas verir.

Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqla cəbhə bölgəsi və cəbhə bölgəsindən uzaq ərazilərdəki mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini intensiv şəkildə atəşə tutması nəticəsində mülki əhali arasında 90 nəfər həlak olmuşdur ki, onlardan 11-i uşaqdır. Yaralanan 395 nəfərdən isə 48-i uşaqdır.

Bu isə Ermənistanın mülki əhaliyə qarşı davam etdirdiyi terror aktlarına göz yumulması beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən Cenevrə Konvensiyalarının, xüsusilə də BMT-nin Uşaq Hüquqları Konvensiyasının müddəalarının kobud şəkildə pozulmasına şərait yaradılması deməkdir.

Yuxarıdakı faktlara və apardığı faktaraşdırıcı missiyanın nəticələrinə əsaslanmaqla Ombudsman Səbinə Əliyeva Ermənistanın Azərbaycan ərazilərinə və mülki əhaliyə hərbi təcavüzü ilə bağlı UNICEF-in regional direktoruna çağırış edərək baş vermiş insan təlafatına, o cümlədən uşaqların qətlə yetirilməsinə və yaralanmasına BMT səviyyəsində münasibət bildirilməsini tələb etməklə yanaşı, birgə faktaraşdırıcı missiyanın keçirilməsini təklif etmişdi. Bu günədək isə UNICEF tərəfindən hər hansı bir fakaraşdırıcı fəaliyyət həyata keçirilməmişdir.

Qeyd olunanları nəzərə alaraq, Ombudsman Səbinə Əliyeva UNICEF-in 28 oktyabr 2020-ci il tarixli, Dağlıq Qarabağ və ətraf ərazilərdə davam edən döyüşlərlə bağlı bəyanatına etirazını bildirir, həlak olan uşaqlarla bağlı yuxarıda qeyd olunan faktlara münasibətdə UNICEF tərəfindən mövqe nümayiş etdirilməsini, Ermənistanın müharibə cinayətlərinin qarşısının alınması ilə bağlı təsirli tədbirlər görülməsini, uşaqların ən ümdə maraqlarının təminini ədalət və insanlıq naminə tələb edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ASAN könüllüləri UNICEF-lə birgə sosial yardımları davam etdirirlər

UNICEF və RİİB koronavirus pandemiyası ilə bağlı televiziyalarda müzakirələr təşkil edəcək

UNICEF və ASAN könüllülərin həssas ailələrə dəstək verib

UNICEF: Uşaqların gələcəyini qorumaq üçün hərtərəfli tədbirlər görülməlidir

UNICEF-in təşəbbüsü ilə valideynlər üçün yeni platforma təqdim edilib

UNICEF Azərbaycan COVİD-19-a qarşı mübarizə aparan ailələr üçün praktiki təlimatları açıqlayıb

Azərbaycan Tibb Universitetində UNICEF məsləhətçiləri ilə görüş keçirilib

AQTA-da UNİCEF-in Səhiyyə üzrə Regional müşaviri ilə görüş keçirilib

UNICEF “Vaxtdır” şüarı altında sosial aksiyaya start verib

UNICEF: Azərbaycanda məktəbəqədər təhsil sahəsində müsbət irəliləyişlər müşahidə olunur

Milli Paralimpiya Komitəsi və UNICEF arasında anlaşma memorandum imzalanıb

UNICEF: 2018 suriyalı uşaqlar üçün ən qanlı il oldu

ƏƏSMN: Sosial sahədə UNİCEF-lə əməkdaşlıq genişləndiriləcək

Tahir Budaqov UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri ilə görüşüb

Dövlət Agentliyi UNICEF-lə anlaşma memorandumu imzalayıb

Azərbaycanın UNICEF-lə tərəfdaşlığının 25 illiyinə həsr olunmuş xüsusi poçt markası nəşr edilib

Təhsil Nazirliyi, UNICEF və IDEA tərəfindən şagirdlər üçün layihə həyata keçirilir

Yəməndəki azı 2.2 milyon uşaq aclıqdan əziyyət çəkir -UNICEF

Müharibəyə görə 16 milyon yəmənli içməli sudan məhrumdur - UNİCEF

Təhsil Nazirliyində UNICEF-in nümayəndələri ilə görüş keçirilib

25 Noyabr 2020, 17:09 (GMT +4)
Vəkillər Kollegiyasının onlarla əməkdaşı koronavirusa yoluxub

25 Noyabr 2020, 16:55 (GMT +4)
Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı, Zəngilan və Şuşada qələbə tədbirləri keçirilib

25 Noyabr 2020, 16:48 (GMT +4)
BƏƏ Türkiyə və İran da daxil olmaqla 13 ölkənin vətəndaşlarına viza verməyi dayandırıb

25 Noyabr 2020, 16:40 (GMT +4)
Astarada çayda batan şəxsin meyiti tapılıb

25 Noyabr 2020, 16:25 (GMT +4)
Qubada postda saxlanılan şəxsdən narkotik götürülüb

25 Noyabr 2020, 16:17 (GMT +4)
Qubada karantin rejimini pozaraq fəaliyyət avtomobil təmiri sexləri aşkarlanıb

25 Noyabr 2020, 15:57 (GMT +4)
Bölmələrimizin Kəlbəcər rayonuna daxil olmasının növbəti görüntüləri yayılıb (VIDEO)

25 Noyabr 2020, 15:47 (GMT +4)
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihəsi hazırlanıb

25 Noyabr 2020, 15:40 (GMT +4)
Səfərbərliyə cəlb edilən tələbələrə akademik məzuniyyət veriləcək

25 Noyabr 2020, 15:24 (GMT +4)
Bərdədən Ağdama dəmir yolu xətti çəkiləcək

25 Noyabr 2020, 15:24 (GMT +4)
İranda koronavirusa yoluxmada rekord rəqəm qeydə alınıb

25 Noyabr 2020, 15:11 (GMT +4)
Türkiyə istehsalı koronavirus peyvəndi aprel ayında istifadəyə verilə bilər

25 Noyabr 2020, 14:50 (GMT +4)
“AzerGold” QSC-nin fəaliyyəti nəticəsində indiyədək ölkə iqtisadiyyatına 527 milyon manatdan çox vəsait cəlb edilib

25 Noyabr 2020, 14:30 (GMT +4)
Sabah yağış yağacaq

25 Noyabr 2020, 14:11 (GMT +4)
Mehriban Əliyeva Kəlbəcərin azad olunması münasibətilə xalqı təbrik edib

25 Noyabr 2020, 14:01 (GMT +4)
İran ABŞ-ın növbəti hökumətinə nikbin deyil – Mahmud Vaizi

25 Noyabr 2020, 13:58 (GMT +4)
Ərdoğan: “Kəlbəcər də işğaldan azad edilib, artıq Qarabağda Azərbaycan bayrağı dalğalanır”

25 Noyabr 2020, 13:43 (GMT +4)
Naxçıvanda yeni bank hesablarının sayı 30 % artıb

25 Noyabr 2020, 13:28 (GMT +4)
İlham Əliyev: Şuşaya gedən yol Xocavənd rayonunun bir hissəsindən keçəcək

25 Noyabr 2020, 13:16 (GMT +4)
XİN başçısı: Evlərimizə qayıdacaq, dağılan yurdumuzun hər qarışını dirçəldəcəyik

25 Noyabr 2020, 13:13 (GMT +4)
Azərbaycan millisinin daha 2 güləşçisi koronavirusa yoluxub

25 Noyabr 2020, 13:00 (GMT +4)
“AzerGold” indiyədək ölkə iqtisadiyyatına 527 milyon manat vəsait cəlb edib

25 Noyabr 2020, 12:57 (GMT +4)
Fransada koronavirusdan ölənlərin sayı 50 mini keçib

25 Noyabr 2020, 12:50 (GMT +4)
İlham Əliyev: Paşinyana dedim ki, sənin 7 şərtini zibil yeşiyinə atıram

25 Noyabr 2020, 12:45 (GMT +4)
Prezident: Naxçıvana gedən dəmir yolunun bərpası ilə əlaqədar göstərişlər verilib

25 Noyabr 2020, 12:30 (GMT +4)
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransanın “Le Point” jurnalına müsahibə verib

25 Noyabr 2020, 12:22 (GMT +4)
FSB Moskva bölgəsində planlaşdırılan terror hücumlarının qarşısını alıb

25 Noyabr 2020, 12:15 (GMT +4)
Prezident Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqı təbrik edib (VİDEO)

25 Noyabr 2020, 12:03 (GMT +4)
Gürcüstanda 3 mindən çox koronavirusa yoluxma qeydə alınıb 

25 Noyabr 2020, 12:01 (GMT +4)
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66