Müdafiə Nazirliyi: Yaylım atəşli reaktiv sistemlərimizin hamısı tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir29 Oktyabr 2020, 13:20 (GMT +4) Bakı, 29 oktyabr, SalamNews. Oktyabrın 29-da Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycana məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin vurulması barədə videogörüntülər yayıb.
Bu barədə SalamNews-a Müdafiə Nazirliyindən bildirilib.
"Bildiririk ki, təqdim edilən video saxtadır və harada çəkildiyi məlum deyil. Azərbaycana məxsus “Smerç” yaylım atəşli reaktiv sistemlərinin hamısı tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir", - məlumatda vurğulanıb.
|