Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Hikmət Hacıyev: Minsk formatını ləğv etmək və ya dayandırmaq niyyətimiz yoxdur 

27 Oktyabr 2020, 17:58 (GMT +4)

Bakı, 27 oktyabr, SalamNews. Minsk formatı qalır, onu ləğv etmək və ya dayandırmaq niyyətimiz yoxdur. 

SalamNews xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Al Jazeera” kanalına müsahibəsində münaqişənin həllində Rusiya-Türkiyə-İran vasitəçiliyi formatında danışıqlara dair təkliflə bağlı suala cavab verərkən deyib.

"Minsk formatı qalır, onu ləğv etmək və ya dayandırmaq niyyətimiz yoxdur. Lakin biz bu prosesi daha da inkişaf etdirmək istəyirik. Bütün müharibələrdə görünüb ki, region ölkələrinin prosesdə iştirakı faydalıdır. Başa düşürük ki, İran, Rusiya, Türkiyə baş verən hadisələrin ölkələrinə təsirindən çəkinirlər. Ona görə də Minsk qrupu ilə paralel olaraq, bizimlə yaxşı əlaqələri olan İran, Rusiya və Türkiyənin iştirakı ilə başqa qrupların fəaliyyəti faydalı ola və Cənubi Qafqazda möhkəm sülhün yaranmasına gətirib çıxara bilər", o deyib.

Hikmət Hacıyev qeyd edib ki, Ermənistan Azərbaycan torpaqlarını hərbi yolla, beynəlxalq hüquqa və qanunlara məhəl qoymadan ələ keçirib. Ermənistan işğal etdiyi ərazilərdə bəşəri cinayətlər və qırğınlar, eləcə də etnik təmizləmə törədib. Bu azmış kimi, işğal etdikləri ərazilərdə Azərbaycan xalqının mədəni və dini abidələrini dağıdıb. Onlar məscidlərimizi dağıdıblar. İslama aid dəyərli nə varsa, hamısını hədəfə alıblar. Azərbaycan torpağı olan Dağlıq Qarabağla yanaşı, ətraf 7 rayon da Ermənistan tərəfindən işğal edilib. Ermənilər 700 min azərbaycanlını bu rayonlardan didərgin salıblar. Həmçinin Dağlıq Qarabağdan da azərbaycanlılar qovulublar. Bu köçkünlərin sayına Ermənistandan qovulan azərbaycanlı qaçqınların sayını da əlavə etsək 1 milyon nəfər edir. Bütün danışıqlarımızda ilk olaraq Dağlıq Qarabağın ətrafındakı rayonlarımızın işğaldan dərhal azad edilməsini tələb etmişik. Lakin Ermənistan bunu rədd edib. Otuz ildir ki, Ermənistan Azərbaycanın bu rayonlarını qaytarmamaq üçün prosesi uzadıb. Razı idik ki, işğal addım-addım bitsin, məcburi köçkünlər geri qayıtsın. Lakin Ermənistan qəti şəkildə bununla razı olmadı. Çünki o, bu ərazilərin ilhaqına cəhd edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

04 Dekabr 2020, 14:07 (GMT +4)
QMİ sədri: Bu gün Türkiyənin 90 min məscidində şəhidlərimizin ruhu yad edilir

04 Dekabr 2020, 13:57 (GMT +4)
Ötən gün yol qəzalarında 4 nəfər ölüb

04 Dekabr 2020, 13:45 (GMT +4)
Şəhid Xudayar Yusifzadənin ailəsi üçün ev tikiləcək

04 Dekabr 2020, 13:24 (GMT +4)
Təzəpir məscidində Vətən müharibəsi şəhidləri anılıb

04 Dekabr 2020, 13:17 (GMT +4)
Heydər məscidində şəhidlərin anım mərasimi keçirilib, Vəhdət namazı qılınıb

04 Dekabr 2020, 13:14 (GMT +4)
Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq

04 Dekabr 2020, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

04 Dekabr 2020, 12:57 (GMT +4)
Səfir: Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır

04 Dekabr 2020, 12:45 (GMT +4)
Türkiyənin Bakıdakı diplomatları Vətən müharibəsi şəhidlərinin xatirəsini anıb (FOTO)

04 Dekabr 2020, 12:30 (GMT +4)
Bakıda COVID-19 xəstəsinə cinayət işi açılıb

04 Dekabr 2020, 12:26 (GMT +4)
İranlı alimə qarşı terrordan sonra İsrail yerli nüvə alimlərinə xəbərdarlıq edib

04 Dekabr 2020, 12:23 (GMT +4)
Gürcüstanda son sutkada 5 mindən çox insan COVID-19-a yoluxub

04 Dekabr 2020, 12:10 (GMT +4)
Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edir

04 Dekabr 2020, 12:04 (GMT +4)
Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

04 Dekabr 2020, 12:00 (GMT +4)
Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib (VİDEO)

04 Dekabr 2020, 11:58 (GMT +4)
Bayden: Trampın andiçmə mərasimində iştirakı ölkə üçün vacib olardı

04 Dekabr 2020, 11:45 (GMT +4)
Prezident: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilib”

04 Dekabr 2020, 11:37 (GMT +4)
BMT: Fransada təhlükəsizlik qanunları insan haqlarını pozur

04 Dekabr 2020, 11:30 (GMT +4)
Azərbaycan Prezidenti: Qazanılmış Qələbə işğalçını təslim olmağa məcbur edib

04 Dekabr 2020, 11:15 (GMT +4)
Prezident İlham Əliyev Vətən müharibəsində şəhid olanlarla bağlı paylaşım edib

04 Dekabr 2020, 11:04 (GMT +4)
Budapeşt NATO-nun Ukrayna ilə dialoqunu əngəlləməyə davam edəcək

04 Dekabr 2020, 11:00 (GMT +4)
Azərbaycan neftinin qiyməti 50 dollara yaxınlaşıb

04 Dekabr 2020, 10:45 (GMT +4)
Vüsal Qasımlı almanlara Qarabağın inkişaf strategiyasından danışıb

04 Dekabr 2020, 10:43 (GMT +4)
Co Bayden iranlı nüvə aliminə qarşı terrora münasibət bildirib

04 Dekabr 2020, 10:30 (GMT +4)
XİN: Fransa parlamentinin bu addımı vasitəçilik mandatına zərbə vurur

04 Dekabr 2020, 10:28 (GMT +4)
ABŞ Müdafiə büdcə layihəsi S-400-ə görə Türkiyəyə qarşı sanksiyalar təklif edir

04 Dekabr 2020, 10:15 (GMT +4)
Prezidentin BMT Baş Assambleyasının xüsusi sessiyasındakı çıxışının tam mətni

04 Dekabr 2020, 10:12 (GMT +4)
Livan İsrail tərəfindən ölkənin hava məkanının intensiv pozulmasına görə BMT-ə çağırış edib

04 Dekabr 2020, 10:00 (GMT +4)
ƏƏSMN: Bu il sosial təminat üzrə 5 milyard manatdan çox ödəmə edilib

04 Dekabr 2020, 09:45 (GMT +4)
Azərbaycan “OPEC plus”un gündəlik hasilatın artırılması qərarını dəstəkləyib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66