Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycanda Ukraynanın birinci Fəxri konsulluğu açılır

27 Oktyabr 2020, 12:30 (GMT +4)

Bakı, 27 oktyabr, SalamNews. Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin binasında Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulunun təyin edilməsi üzrə təntənəli mərasim baş tutub.

SalamNews xəbər verir ki, mərasim zamanı Ukraynanın Azərbaycandakı səfiri Vladyslav Kanevski Ukraynanın Şamaxı şəhərindəki yeni təyin olunmuş Fəxri konsulu Mehrəli Qasımova konsulluq patentini və xidməti vəsiqəsini təqdim edib. Tərəflər Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulunun vəzifələri və öhdəlikləri haqqında Sazişi imzalayıblar.

Qeyd olunub ki, Ukraynanın Azərbaycanda birinci Fəxri konsulluğunun açılması iki ölkə arasındakı əməkdaşlığın yüksək dinamikasının göstəricisidir və dövlətlərimiz arasında ticari-iqtisadi, mədəni-humanitar və regional əlaqələrin daha da genişlənməsinə uyğun şərtlər yaradır. Fəxri konsulluq öz dairəsində yaşayan Ukrayna vətəndaşlarına lazımi dəstək göstərməklə yanaşı, Azərbaycanda fəaliyyət göstərən Ukraynalı sahibkarlara, eləcə də Ukraynada fəaliyyət göstərən Azərbaycanlı sahibkarlara məlumatlandırma və təşkilati dəstək verəcək, eləcə də Azərbaycanda Ukrayna mədəniyyətinin tanıtım tədbirlərini, eləcə də milli bayramlarının qeyd olunmasını təşkil edəcək.

Ukraynanın Azərbaycan Respublikasındakı Fəxri konsulu vəzifəsinə təyin olunan Mehrəli Qasımov Taras Şevçenko adına Kiyev Dövlət İnstitutunun Beynəlxalq əlaqələr fakultəsində bakalavr və magistr təhsilini alıb. Daha sonra dünyaca məşhur SAP və DeGolyer & MacNaughton Corporation şirkətlərində müxtəlif vəzifələrdə çalışıb. Hazırda özəl sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulunun konsulluq dairəsi Azərbaycan Respublikasının Ağsu, Ağdaş, Qobustan, Göyçay, İsmayıllı və Şamaxı rayonlarını əhatə edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Ukraynada son sutkada 12 mindən çox insan koronavirusa yoluxub

Ukraynada son sutkada 10 mindən çox insan COVID-19-a yoluxub 

Azərbaycanın Ukraynadakı konsulluğuna silahlı hücum olub

Zelenski: Ukrayna Azərbaycanı dəstəkləyir

XİN: Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Ukrayna aviaşirkəti mövcud vəziyyətlə bağlı Ermənistana uçuşları ləğv edib

Ukraynada hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var

Ukrayna Lukaşenkonu Belarusun qanuni prezidenti kimi tanımayıb

Ukraynada son sutkada 2.9 min nəfərdə koronavirus aşkar edilib

Azərbaycanla Ukrayna arasında uçuşlara bilet satışı başlayıb

Azərbaycan və Ukrayna Prezidentləri arasında telefon danışığı olub

Tusk Lukaşenkanın Ukraynanı Belarusiya ilə birləşdirmək istədiyini açıqlayıb

Belarusda Ukraynadan gəlmiş 200-ə yaxın ekstremist var - Lavrov

Bakıda Ukraynanın Dövlət Bayrağı və Müstəqillik günü qeyd olunub

Azərbaycan XİN Ukraynanı təbrik edib

Belarus XİN-də Rusiya və Ukrayna diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşlər keçirilib

XİN: Azərbaycan Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir

Ukraynada avtobus sərnişinlərlə birlikdə girov götürülüb

Saakaşvili Ukrayna və Gürcüstanla bağlı "böyük planları" olduğunu açıqlayıb

İran vurulan təyyarənin kompensasiyası ilə bağlı Ukrayna ilə danışıqlar təklifini rədd edib

28 Noyabr 2020, 13:55 (GMT +4)
Kürdəmirdə oğurluq edən şəxslər saxlanılıb

28 Noyabr 2020, 13:46 (GMT +4)
Ayətullah Xamenei nüvə aliminin intiqamı ilə bağlı göstəriş verib

28 Noyabr 2020, 13:40 (GMT +4)
DİN: Gəncəyə polis rəisi təyin edilməsi xəbəri həqiqəti əks etdirmir

28 Noyabr 2020, 13:21 (GMT +4)
Azərbaycan neftinin orta qiyməti həftə ərzində 8% artıb

28 Noyabr 2020, 13:09 (GMT +4)
Ermənistan prezidenti Moskvaya səfər edib

28 Noyabr 2020, 13:00 (GMT +4)
Hikmət Hacıyev: Elə günlər olurdu ki, Tərtər şəhərinə 2 400-dən artıq mərmilər düşürdü

28 Noyabr 2020, 12:45 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

28 Noyabr 2020, 12:42 (GMT +4)
Ərdoğan: Müsəlmanlar İslama düşmənçilik virusu ilə mübarizə aparmaq məcburiyyətindədirlər

28 Noyabr 2020, 12:30 (GMT +4)
Şəhid ailələri və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün tədbirlər planı hazırlanıb

28 Noyabr 2020, 12:17 (GMT +4)
Bir sıra dünya siyasətçiləri iranlı nüvə aliminin terrora məruz qalmasına münasibət bildiriblər

28 Noyabr 2020, 12:15 (GMT +4)
Oğuzda qiymətli ağac növlərini qanunsuz kəsən dəstə üzvlərinə qarşı əməliyyat keçirilib (VİDEO)

28 Noyabr 2020, 12:11 (GMT +4)
Pompeo, Rusiya şirkətlərinə qarşı sanksiya tətbiq edilməsinin səbəblərindən danışıb

28 Noyabr 2020, 12:00 (GMT +4)
AQTA yanında İctimai Şuranın üzvlərini müəyyənləşdirmək üçün səsvermə keçirilib

28 Noyabr 2020, 11:45 (GMT +4)
Bu il Azərbaycanda 678616 hektar sahədə payızlıq taxıl səpini həyata keçirilib

28 Noyabr 2020, 11:30 (GMT +4)
Məlahət Mürşüdlü vəfat edib

28 Noyabr 2020, 11:21 (GMT +4)
Ruhani nüvə aliminin terrora məruz qalmasına münasibət bildirib: İranda elmin inkişafının qarşısını ala bilməyəcəklər

28 Noyabr 2020, 11:18 (GMT +4)
Tramp: Bayden qələbəsinin həqiqiliyini sübut etməlidir

28 Noyabr 2020, 11:15 (GMT +4)
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun İstisu qəsəbəsindən videogörünütlər yayıb (VİDEO)

28 Noyabr 2020, 11:00 (GMT +4)
Diplomatik korpusun nümayəndələri Tərtər və Ağdama səfər edir

28 Noyabr 2020, 10:49 (GMT +4)
Türkiyə Parlamenti Fransa Senatının Qarabağla bağlı qətnaməsini pisləyib

28 Noyabr 2020, 10:45 (GMT +4)
Bakı polisinə yeni rəis təyin edilib

28 Noyabr 2020, 10:36 (GMT +4)
İran BMT Təhlükəsizlik Şurasına müraciət edib

28 Noyabr 2020, 10:30 (GMT +4)
Azərbaycan neftinin qiyməti cüzi artıb

28 Noyabr 2020, 10:23 (GMT +4)
ABŞ-da koronavirusa yoluxma hallarının sayı 13 milyonu keçib

28 Noyabr 2020, 10:15 (GMT +4)
Bakı küçələri növbəti dəfə dezinfeksiya edilir

28 Noyabr 2020, 10:00 (GMT +4)
İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb (VİDEO)

28 Noyabr 2020, 09:23 (GMT +4)
İran terrora məruz qalan nüvə aliminə görə intiqam alacağını bildirib

27 Noyabr 2020, 20:19 (GMT +4)
İranda tanınmış nüvə alimi terrora məruz qalıb (FOTO)

27 Noyabr 2020, 19:37 (GMT +4)
Malik Həsənov: Azərbaycan döyüş meydanında, informasiya məkanında və siyasi müstəvidə qələbə qazandı

27 Noyabr 2020, 18:03 (GMT +4)
Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66