Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Yaponiyanın NHK telekanalı Dağlıq Qarabağda davam edən müharibə barədə xüsusi veriliş yayımlayıb

26 Oktyabr 2020, 17:30 (GMT +4)

Bakı, 26 oktyabr, SalamNews. Yaponiyanın NHK telekanalı Dağlıq Qarabağda davam edən müharibə barədə xüsusi veriliş yayımlayıb.

SalamNews AZERTAC-a istinadən xəbər verir ki, verilişin aparıcıları kanalın beynəlxalq xəbərlər departamentinin baş redaktoru İçiyo İşikava və xüsusi şərhçi Nobuhisa Deqava tamaşaçılara münaqişənin tarixi, səbəbləri, iştirakçı tərəflər barədə ətraflı məlumat veriblər.

Verilişin aparıcıları 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun fəaliyyətinə də toxunublar. Qeyd ediblər ki, ABŞ, Rusiya və Fransanın həmsədrlik etdiyi həmin qrup çərçivəsində aparılan danışıqlar heç bir nəticə verməyib.

Bildirilib ki, ötən dövrdə atəşkəs rejimi saxlanılsa da, tərəflər arasında cəbhə xəttində qarşıdurma halları təkrarlanıb. Sentyabrın 27-də baş verən növbəti belə qarşıdurma de-fakto müharibənin başlamasına səbəb olub. Artıq bir aya yaxındır davam edən döyüşlər ərzində Rusiyanın vasitəçiliyi ilə iki dəfə humanitar atəşkəs elan olunsa da, bu, uzun sürməyib.

Qafqaz regionunun geosiyasi mövqeyinə diqqət çəkən aparıcılar bu bölgənin Avropa ilə Asiya arasında körpü rolunu oynadığını xüsusi qeyd ediblər. Bildiriblər ki, məhz buna görə həmin region daim böyük güclərin diqqət mərkəzində olub.

Azərbaycan rəhbərliyinin işğal altında olan torpaqları tamamilə azad etmək üçün böyük siyasi iradə nümayiş etdirdiyi də yapon tamaşaçıların diqqətinə çatdırılıb. Azərbaycan Prezidenti İlham Əliyevə istinadla “Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpağıdır və Ermənistan ordusu bu əraziləri tərk etməyincə hərbi əməliyyatlar davam edəcək” sözləri də verilişdə yer alıb. Diqqətə çatdırılıb ki, Azərbaycan Ordusu ən müasir silahlarla təchiz edilib. Bildirilib ki, son 10 ildə Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi büdcəsini üstələyib. Məhz bunun nəticəsidir ki, Azərbaycan Ordusu işğal altında olan əraziləri bir-birinin ardınca azad edir.

Verilişdə Azərbaycanın karbohidrogen ehtiyatları ilə zəngin ölkə olmasına da diqqət yetirilib. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri barədə danışan aparıcılar ölkəmizin Avropanın enerji təminatında mühüm rolundan da danışıblar. Bu yaxınlarda fəaliyyətə başlayacaq TAP və TANAP layihələrinə də toxunulub.

Məsələ ilə bağlı Ermənistanın mövqeyinə toxunan aparıcılar hazırkı ölkə rəhbərliyinin müharibəyə əhalinin diqqətini daxili problemlərdən, COVID-19 pandemiyası ilə əlaqədar yaranan böhrandan yayındırmaq məqsədi kimi baxmasına çəkiblər. Qeyd ediblər ki, Birinci Dünya müharibəsi illərində Osmanlıda baş verənlərə görə müasir Türkiyəni günahlandıran Ermənistan bu gün suriyalı silahlıların məhz Türkiyə vasitəsilə Azərbaycana gətirildiyini bildirərək, bundan münaqişəni beynəlxalq müstəviyə keçirmək üçün istifadə etməyə çalışır.

Digər tərəfdən 2018-ci ildə hakimiyyətə gələn baş nazir N.Paşinyanın Avropa və ABŞ-a istiqamətlənmiş siyasi xətt tutmasının Rusiyada birmənalı qarşılanmadığı da qeyd edilib. Bildirilib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olsa da, Moskvanın Minsk qrupu çərçivəsində vasitəçilik missiyası və döyüşlərin Azərbaycan ərazisində getməsi bu məsələdə Rusiyanın əl-qolunu bağlayıb.

Verilişdə Türkiyənin baş verənlərə münasibəti məsələsinə də toxunulub. Qeyd edilib ki, çox güman bu ölkə Azərbaycana mənəvi və siyasi dəstək verməklə kifayətlənəcək.

Azərbaycanın ən müasir silahlarla təchiz edilmiş ordusundan bəhs edən aparıcılar bu sırada İsrail və Türkiyə istehsalı olan PUA-lara xüsusi diqqət çəkiblər. Qeyd ediblər ki, məhz bu silahlar və digər müasir texnologiya 1990-cı illər səviyyəsində qalmış Ermənistanın işğal altındakı torpaqları tezliklə tərk edəcəyini deməyə əsas verir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

16 İyun 2021, 18:02 (GMT +4)
Azərbaycanda dini ibadət, ayin və mərasimlərə dair tələblər müəyyənləşib

16 İyun 2021, 17:56 (GMT +4)
ADPU-nun Quba filialı 30 yaşında (VİDEO)

16 İyun 2021, 17:51 (GMT +4)
Putin və Bayden arasında məhdud formatda danışıqlar başa çatıb

16 İyun 2021, 17:39 (GMT +4)
Azərbaycanda son sutkada 162 nəfər COVID-19-dan sağalıb, 27 nəfər yoluxub

16 İyun 2021, 17:30 (GMT +4)
Daha yeddi ölkənin vətəndaşlarının Azərbaycana səfərinə icazə verilib

16 İyun 2021, 17:27 (GMT +4)
İranda daha bir siyasətçi seçki öncəsi namizədliyini geri götürüb

16 İyun 2021, 17:20 (GMT +4)
İsveçrə Prezidenti Rusiya-ABŞ sammitinin təşkilatçılarına təşəkkür edib

16 İyun 2021, 17:10 (GMT +4)
Ərdoğan Heydər Əliyevin məzarını ziyarət edib

16 İyun 2021, 16:57 (GMT +4)
Dövlət başçısı: Türkiyə, Pakistan və Əfqanıstana minnətdarlığımı bildirmək istəyirəm

16 İyun 2021, 16:47 (GMT +4)
Ukraynada son sutkada 1000-dən çox yoluxma qeydə alınıb

16 İyun 2021, 16:40 (GMT +4)
Ərdoğan: Altılıq platformasının yaradılması ilə bölgədə bir sükut meydana gəlsin, düşmənliklər ortadan qalxsın

16 İyun 2021, 16:25 (GMT +4)
Rusiyalı mütəxəssislər COVID-19 ilə bağlı vəziyyəti dəyərləndirmək üçün Türkiyəyə səfər edəcək

16 İyun 2021, 16:18 (GMT +4)
Ərdoğan: “Zəngəzur dəhlizinin Ermənistan üçün faydalarını saymaqla bitməz”

16 İyun 2021, 16:08 (GMT +4)
Konfrans Liqası: “Qarabağ”, “Keşlə” və “Sumqayıt”ın rəqibi müəyyənləşib

16 İyun 2021, 16:03 (GMT +4)
Türkiyə - Uels oyununa 25 mindən artıq bilet satılıb

16 İyun 2021, 16:00 (GMT +4)
Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

16 İyun 2021, 15:59 (GMT +4)
Cenevrədə Putin və Bayden arasında görüş başlayıb

16 İyun 2021, 15:56 (GMT +4)
İranın "Əhli-sünnə camaatı" seçkilərdə mühafizəkarların namizədini dəstəkləyəcəyini bildirib

16 İyun 2021, 15:49 (GMT +4)
Rəcəb Tayyib Ərdoğan Azərbaycan parlamentində çıxış edir - CANLI

16 İyun 2021, 15:46 (GMT +4)
"Kayserispor"un prezidenti "Qarabağ"ı ziyarət edib

16 İyun 2021, 15:45 (GMT +4)
Prezident İlham Əliyev İƏT-in Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısında çıxış edib

16 İyun 2021, 15:37 (GMT +4)
"Neftçi" mərhələni keçsə, Yunanıstanın "Olimpiakos" klubu ilə qarşılaşacaq

16 İyun 2021, 15:35 (GMT +4)
Rusiyada son sutkada daha 13.397 nəfər koronavirusa yoluxub

16 İyun 2021, 15:25 (GMT +4)
Azərbaycan ət idxalını 35 % azaldıb

16 İyun 2021, 15:13 (GMT +4)
Azərbaycan Olimpiadaya daha bir lisenziya qazanıb

16 İyun 2021, 15:10 (GMT +4)
Beynəlxalq Atom Agentliyi nüvə sazişinin bərpasının İran seçkilərindən sonraya qalacağını bildirib

16 İyun 2021, 15:00 (GMT +4)
DİM ali məktəblərə imtahansız qəbul olunmaq hüququna malik şəxslərə müraciət edib

16 İyun 2021, 14:51 (GMT +4)
Elxan Məmmədov: Azərbaycanlı azarkeşlər Türkiyəyə böyük dəstək verəcək

16 İyun 2021, 14:46 (GMT +4)
Dövlət qurumları meşə yanğınları ilə bağlı müraciət yayıb

16 İyun 2021, 14:34 (GMT +4)
12 gün öncə komaya düşən qazimiz bu gün şəhid olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66