Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident: Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra Dağlıq Qarabağda erməni separatizmi baş qaldırdı

26 Oktyabr 2020, 14:45 (GMT +4)

Bakı, 26 oktyabr, SalamNews. Sovet vaxtında, münaqişəyə bir neçə il qalmış separatizm meyilləri geniş vüsət almışdı. Halbuki bunun üçün heç bir əsas yox idi. Dağlıq Qarabağ muxtar vilayətinin rəhbər orqanı olan büronun 9 üzvündən 8-i erməni idi, 1-i azərbaycanlı. Dağlıq Qarabağda bütün əsas rəhbər vəzifələrdə ermənilər idi. Nə istəyirdilər? Nə qədər Azərbaycan investisiya qoyub o bölgəyə, 1970-ci illərdə dəmir yolu çəkilib, Sərsəng su anbarı, Madagiz, – indi adını mən bərpa etmişəm, - Suqovuşan su anbarı tikilib. Bütün bunlar Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına edilən investisiyalardır.

SalamNews xəbər verir ki, Prezident İlham Əliyev bu barədə oktyabrın 26-da xalqa müraciətində bildirib.

Dövlətimizin başçısı bu mövzuda söhbətini davam etdirərək deyib ki, ermənilər nankorluq edərək, vəziyyətdən yararlandılar və Moskvada anti-Azərbaycan rəhbərliyinin mövcudluğundan istifadə etdilər. Bölgədə separatizm meyilləri baş qaldırdı.

Bundan əvvəl isə ermənilərin hazırlıq işləri gördüyünü diqqətə çatdıran Prezident deyib: “Əsas hazırlıq işlərinin hədəfində Heydər Əliyev dayanmışdı. Çünki yaxşı başa düşürdülər ki, Heydər Əliyevin varlığı, sovet rəhbərliyində onun böyük nüfuza malik olması onların planlarını alt-üst edirdi. Ona görə Ermənistandan, digər yerlərdən, əfsuslar olsun ki, milli satqınlar – Azərbaycandan kütləvi surətdə anonim məktublar Moskvaya göndərirdilər və şər-böhtan kampaniyası aparılırdı. O məqsədlə ki, Heydər Əliyev amili aradan qaldırılsın. Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra iki həftə keçməmiş erməni separatçıları baş qaldırıb məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılsın, Ermənistana verilsin”.

Prezident qeyd edib ki, bizim xalqımızın bəlaları o gündən başladı. Dağlıq Qarabağda qanunsuz xüsusi idarəetmə komitəsi yaradıldı, qatı ermənipərəst bir insan ora rəhbər təyin edildi və faktiki olaraq Dağlıq Qarabağın Azərbaycandan qopardılması üçün zəmin yaradıldı. “O vaxtkı Azərbaycan rəhbərliyi əfsuslar olsun ki, sadəcə olaraq bütün bu təhlükəli hadisələrə tamaşa edirdi. Səs qaldıra bilmədi, cəsarət göstərmədi, sadəcə olaraq başını aşağı salaraq Moskvadan nə deyirdilər onu da edirdi. Çünki o vaxt Azərbaycana rəhbərlik edən adamlarda bir qram Azərbaycan qanı yox idi. Azərbaycanlı sayılsalar da, bir qram milli ruh yox idi, kosmopolit insanlar idi, heç Azərbaycan dilində düz-əməlli danışa bilmirdilər. Dağlıq Qarabağın tarixi budur və ondan sonra Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlar başlamışdır, torpaqlarımız işğal altına düşmüşdür”, - deyə Prezident İlham Əliyev əlavə edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

16 İyun 2021, 18:02 (GMT +4)
Azərbaycanda dini ibadət, ayin və mərasimlərə dair tələblər müəyyənləşib

16 İyun 2021, 17:56 (GMT +4)
ADPU-nun Quba filialı 30 yaşında (VİDEO)

16 İyun 2021, 17:51 (GMT +4)
Putin və Bayden arasında məhdud formatda danışıqlar başa çatıb

16 İyun 2021, 17:39 (GMT +4)
Azərbaycanda son sutkada 162 nəfər COVID-19-dan sağalıb, 27 nəfər yoluxub

16 İyun 2021, 17:30 (GMT +4)
Daha yeddi ölkənin vətəndaşlarının Azərbaycana səfərinə icazə verilib

16 İyun 2021, 17:27 (GMT +4)
İranda daha bir siyasətçi seçki öncəsi namizədliyini geri götürüb

16 İyun 2021, 17:20 (GMT +4)
İsveçrə Prezidenti Rusiya-ABŞ sammitinin təşkilatçılarına təşəkkür edib

16 İyun 2021, 17:10 (GMT +4)
Ərdoğan Heydər Əliyevin məzarını ziyarət edib

16 İyun 2021, 16:57 (GMT +4)
Dövlət başçısı: Türkiyə, Pakistan və Əfqanıstana minnətdarlığımı bildirmək istəyirəm

16 İyun 2021, 16:47 (GMT +4)
Ukraynada son sutkada 1000-dən çox yoluxma qeydə alınıb

16 İyun 2021, 16:40 (GMT +4)
Ərdoğan: Altılıq platformasının yaradılması ilə bölgədə bir sükut meydana gəlsin, düşmənliklər ortadan qalxsın

16 İyun 2021, 16:25 (GMT +4)
Rusiyalı mütəxəssislər COVID-19 ilə bağlı vəziyyəti dəyərləndirmək üçün Türkiyəyə səfər edəcək

16 İyun 2021, 16:18 (GMT +4)
Ərdoğan: “Zəngəzur dəhlizinin Ermənistan üçün faydalarını saymaqla bitməz”

16 İyun 2021, 16:08 (GMT +4)
Konfrans Liqası: “Qarabağ”, “Keşlə” və “Sumqayıt”ın rəqibi müəyyənləşib

16 İyun 2021, 16:03 (GMT +4)
Türkiyə - Uels oyununa 25 mindən artıq bilet satılıb

16 İyun 2021, 16:00 (GMT +4)
Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

16 İyun 2021, 15:59 (GMT +4)
Cenevrədə Putin və Bayden arasında görüş başlayıb

16 İyun 2021, 15:56 (GMT +4)
İranın "Əhli-sünnə camaatı" seçkilərdə mühafizəkarların namizədini dəstəkləyəcəyini bildirib

16 İyun 2021, 15:49 (GMT +4)
Rəcəb Tayyib Ərdoğan Azərbaycan parlamentində çıxış edir - CANLI

16 İyun 2021, 15:46 (GMT +4)
"Kayserispor"un prezidenti "Qarabağ"ı ziyarət edib

16 İyun 2021, 15:45 (GMT +4)
Prezident İlham Əliyev İƏT-in Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısında çıxış edib

16 İyun 2021, 15:37 (GMT +4)
"Neftçi" mərhələni keçsə, Yunanıstanın "Olimpiakos" klubu ilə qarşılaşacaq

16 İyun 2021, 15:35 (GMT +4)
Rusiyada son sutkada daha 13.397 nəfər koronavirusa yoluxub

16 İyun 2021, 15:25 (GMT +4)
Azərbaycan ət idxalını 35 % azaldıb

16 İyun 2021, 15:13 (GMT +4)
Azərbaycan Olimpiadaya daha bir lisenziya qazanıb

16 İyun 2021, 15:10 (GMT +4)
Beynəlxalq Atom Agentliyi nüvə sazişinin bərpasının İran seçkilərindən sonraya qalacağını bildirib

16 İyun 2021, 15:00 (GMT +4)
DİM ali məktəblərə imtahansız qəbul olunmaq hüququna malik şəxslərə müraciət edib

16 İyun 2021, 14:51 (GMT +4)
Elxan Məmmədov: Azərbaycanlı azarkeşlər Türkiyəyə böyük dəstək verəcək

16 İyun 2021, 14:46 (GMT +4)
Dövlət qurumları meşə yanğınları ilə bağlı müraciət yayıb

16 İyun 2021, 14:34 (GMT +4)
12 gün öncə komaya düşən qazimiz bu gün şəhid olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66