Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Politoloq: Türkiyə və Azərbaycan regionda sülhün bərqərar olunmasında əsas iştirakçılardır

23 Oktyabr 2020, 15:11 (GMT +4)

Bakı, 23 oktyar, SalamNews. “Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və həmvətənlərlə əlaqələr Komitəsi sədrinin müavini Konstantin Zatulinin guya Türkiyə və Azərbaycanın regionda sülhü təhdid etməsi ilə bağlı açıqlamaları dolayısı yolla Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Rusiyanın mövqeyini özündə əks etdirir”. Bunu Salamnews-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

Onun sözlərinə görə, hazırda Türkiyə ilə Rusiyanın Qafqazdakı maraqları üst-üstə düşmür. Baxmayaraq ki, bu maraqlar bir sıra regionlarda müsbət mənada özünü biruzə verir, lakin Qafqaz regionunda biz bunun şahidi olmuruq.

“Hazırda davam edən prosesə Türkiyənin fəal şəkildə müdaxiləsi və Azərbaycana dəstək verməsi istənilən halda şimal qonşumuz Rusiyanı qıcıqlandırır. Bununla belə Rusiya hazırda MDB-nin ən güclü ordusuna və ən güclü iqtisadiyyatına sahib bir ölkədir. Rusiya istənilən münaqişəyə müdaxil edə biləcək potensiala sahibdir. Biz bu potensialı digər MDB ölkələrində görə bilmirik. Lakin Türkiyənin bölgədə sülhü təhdid etmə məsələsinə gəldikdə onu deyə bilərəm ki, regionada 30 ildən artıqdır davam edən bir yox, bir neçə münaqişə ocağı var. Abxaziya, Cənubi Osetiya, Krım böhranı, Moldovada Dnestryanı bölgədə süni yaradılmış münaqişə ocaqları var. Bu münaqişələrin hamısı birbaşa Rusiyanın iştirakı ilə yaradılıb. Baxmayaraq ki, adı çəkilən münaqişə ocaqlarının təməli SSRİ-nin dağılması ərəfəsində atılıb, ancaq hazırda bu prosseslər Rusiyanın iştirakı ilə davam etdirilməkdədir. Yəni bu mənada Rusiya həqiqətən də regionda təhlükəsizliyin qarantıdırsa bu problemli məsələlər indiyə qədər öz həllini tapmalı idi”, Rzayev bildirib.

Politoloq həmçinin əlavə edib ki, Türkiyənin hazırda gedən prosseslərdə iştirakı sülhə doğru gedən yolda ən uğurlu addımdır: “Çünki Türkiyə sözdə danışıqların və sənəd üzərində qalan boş bürokratik danışıqların tərəfdarı deyil. Qardaş ölkə Dağlıq Qarabağ münaqişəsinin həllində birbaşa aktiv rol oynayır. İstənilən diplomatik vəziyyətdə və iqtisadi sferada Türkiyənin rolu danılmazdır. Ona görə də bu münaqişənin həllində Türkiyənin vasitəçi kimi iştirakı çox müsbət haldır. Hazırda Türkiyə və Azərbaycan regionda sülhə heç bir təhlükə törətmir, əksinə burada sülhün bərqərar edilməsində əsas faktor və iştirakçılardır”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

28 Noyabr 2020, 15:43 (GMT +4)
Avropa Birliyi İranda nüvə aliminə qarşı terror aktını pisləyib

28 Noyabr 2020, 15:30 (GMT +4)
Yaşayış yerini tərk edən COVID-19 daşıyıcılarına cinayət işi başlanılıb

28 Noyabr 2020, 15:11 (GMT +4)
Diplomatik korpusun nümayəndələri Ağdam şəhərindədir

28 Noyabr 2020, 14:53 (GMT +4)
Tovuzda yaşadığı evi tərk edən koronavirus xəstəsi saxlanılıb

28 Noyabr 2020, 14:40 (GMT +4)
Prezidentin köməkçisi: Ermənistan tərəfindən Tərtər şəhərinə qarşı genosid siyasəti həyata keçirilib

28 Noyabr 2020, 14:25 (GMT +4)
Gürcüstanda 24 saat ərzində 4.472 nəfərdə koronavirusa yoluxma aşkar edilib

28 Noyabr 2020, 14:12 (GMT +4)
Ermənilərin Tərtəri vurduğu “Smerç” meriyanın muzeyində saxlanılır

28 Noyabr 2020, 13:55 (GMT +4)
Kürdəmirdə oğurluq edən şəxslər saxlanılıb

28 Noyabr 2020, 13:46 (GMT +4)
Ayətullah Xamenei nüvə aliminin intiqamı ilə bağlı göstəriş verib

28 Noyabr 2020, 13:40 (GMT +4)
DİN: Gəncəyə polis rəisi təyin edilməsi xəbəri həqiqəti əks etdirmir

28 Noyabr 2020, 13:21 (GMT +4)
Azərbaycan neftinin orta qiyməti həftə ərzində 8% artıb

28 Noyabr 2020, 13:09 (GMT +4)
Ermənistan prezidenti Moskvaya səfər edib

28 Noyabr 2020, 13:00 (GMT +4)
Hikmət Hacıyev: Elə günlər olurdu ki, Tərtər şəhərinə 2 400-dən artıq mərmilər düşürdü

28 Noyabr 2020, 12:45 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

28 Noyabr 2020, 12:42 (GMT +4)
Ərdoğan: Müsəlmanlar İslama düşmənçilik virusu ilə mübarizə aparmaq məcburiyyətindədirlər

28 Noyabr 2020, 12:30 (GMT +4)
Şəhid ailələri və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün tədbirlər planı hazırlanıb

28 Noyabr 2020, 12:17 (GMT +4)
Bir sıra dünya siyasətçiləri iranlı nüvə aliminin terrora məruz qalmasına münasibət bildiriblər

28 Noyabr 2020, 12:15 (GMT +4)
Oğuzda qiymətli ağac növlərini qanunsuz kəsən dəstə üzvlərinə qarşı əməliyyat keçirilib (VİDEO)

28 Noyabr 2020, 12:11 (GMT +4)
Pompeo, Rusiya şirkətlərinə qarşı sanksiya tətbiq edilməsinin səbəblərindən danışıb

28 Noyabr 2020, 12:00 (GMT +4)
AQTA yanında İctimai Şuranın üzvlərini müəyyənləşdirmək üçün səsvermə keçirilib

28 Noyabr 2020, 11:45 (GMT +4)
Bu il Azərbaycanda 678616 hektar sahədə payızlıq taxıl səpini həyata keçirilib

28 Noyabr 2020, 11:30 (GMT +4)
Məlahət Mürşüdlü vəfat edib

28 Noyabr 2020, 11:21 (GMT +4)
Ruhani nüvə aliminin terrora məruz qalmasına münasibət bildirib: İranda elmin inkişafının qarşısını ala bilməyəcəklər

28 Noyabr 2020, 11:18 (GMT +4)
Tramp: Bayden qələbəsinin həqiqiliyini sübut etməlidir

28 Noyabr 2020, 11:15 (GMT +4)
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun İstisu qəsəbəsindən videogörünütlər yayıb (VİDEO)

28 Noyabr 2020, 11:00 (GMT +4)
Diplomatik korpusun nümayəndələri Tərtər və Ağdama səfər edir

28 Noyabr 2020, 10:49 (GMT +4)
Türkiyə Parlamenti Fransa Senatının Qarabağla bağlı qətnaməsini pisləyib

28 Noyabr 2020, 10:45 (GMT +4)
Bakı polisinə yeni rəis təyin edilib

28 Noyabr 2020, 10:36 (GMT +4)
İran BMT Təhlükəsizlik Şurasına müraciət edib

28 Noyabr 2020, 10:30 (GMT +4)
Azərbaycan neftinin qiyməti cüzi artıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66