Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Ramin Quluzadə: “Erməni təxribatları İKT-nin inkişafına əngəl törədir”

23 Oktyabr 2020, 16:46 (GMT +4)

Bakı, 23 oktyar, SalamNews. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Vyetnamın birgə təşkilatçılığı ilə “ITU Virtual Digital World 2020” beynəlxalq tədbiri çərçivəsində nazirlər səviyyəsində “dəyirmi masa” keçirilib.

SalamNews-un Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən verdiyi xəbərə görə, BTİ-yə üzv olan çoxsaylı ölkənin İKT üzrə rəsmilərinin qatıldığı videotədbir “COVID-19” pandemiyası zamanı və sonrakı dövrdə rəqəmsal texnologiyaların rolu mövzusunu ehtiva edib.

Tədbir BTİ-nin Baş katibi Houlin Zao, Vyetnamın İnformasiya və Kommunikasiya naziri Nquyen Man Hunq və BTİ-nin Radiorabitə Bürosunun direktoru Mario Manieviçin açılış nitqləri ilə başlayıb.

“COVID-19” pandemiyasının qlobal və milli səviyyədə rəqəmli inkişafa təsirinə dair müzakirələrin aparıldığı “dəyirmi masa”da Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə çıxış edib.

Nazir çıxışında ölkəmizdə “COVID-19”la mübarizə və pandemiyanın təsirini minimuma endirmək üçün görülmüş işlər barədə müfəssəl məlumat verib.

Ramin Quluzadə bildirib ki, pandemiya zamanında da vətəndaşlar yüksək keyfiyyətli nəqliyyat, poçt və telekommunikasiya xidmətləri, o cümlədən internet və mobil rabitə xidmətləri ilə təmin edilib. Telekommunikasiya infrastrukturunun davamlılığı tələbata uyğun olaraq artırılıb.

Nazir dövlət qurumları tərəfindən yeni informasiya sistemlərinin yaradıldığını, xüsusi veb-saytlarla yanaşı, vətəndaşlar üçün məlumat-bildiriş sistemi və yoluxmuş insanlar üçün izləmə sistemi olaraq istifadə olunan mobil tətbiqetmənin hazırlandığını diqqətə çatdırıb.

“Pandemiya dövründə təhsil üzrə “Connected schools” və qurumlar üçün videokonfrans xidmətlərinin təmin edilməsi məqsədilə “Connected Government” layihələrinin tətbiqinə başladıq”, – deyə Ramin Quluzadə qeyd edib.

Nazir Azərbaycanın hazırda iki cəbhədə mübarizə apardığını söyləyib: “Pandemiya ilə yanaşı, bütün regionda İKT-nin inkişafına əngəl törədən erməni təxribatlarına və təcavüzlərinə cavab olaraq lazımi addımlar atırıq”.

Ramin Quluzadə əlavə edib ki, Ermənistanın son hərbi təxribatları səbəbindən Azərbaycanın bir neçə bölgəsində İKT və telekommunikasiya infrastrukturu ya tamamilə məhv edilib, ya da ciddi şəkildə ziyan görüb. Son günlər bu təcavüz nəticəsində uşaqlar da daxil olmaqla, Azərbaycanın 63 dinc sakini həlak olub və 293 mülki şəxsi yaralanıb.

Nazir çıxışının sonunda qeyd edib ki, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan hökuməti inkişaf strategiyalarını genişləndirmək üçün səylərini davam etdirəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Ramin Quluzadə: “Şəhərdaxili nəqliyyatdan istifadə edənlərin sayı azalıb”

Ramin Quluzadə İsrailə dəvət olunub

Nazir Ramin Quluzadə ABŞ-ın nümayəndə heyətini qəbul edib

Ramin Quluzadə Gürcüstanda "3-cü Tbilisi İpək Yolu Forumu"nda iştirak edir

Nazir Ramin Quluzadə Rusiyada səfərdədir

Ramin Quluzadə Əfqanıstanın maliyyə naziri ilə görüşüb

Ramin Quluzadə Gəncədə vətəndaşları qəbul edib

Ramin Quluzadə Gəncədə vətəndaşlarla görüşəcək

Nazir Ramin Quluzadə Rusiyada səfərdə olub

Nazir Ramin Quluzadə İraq hökümətinə başsağlığı verib

Nazir Ramin Quluzadənin Şabranda vətəndaş qəbulunun vaxtı dəyişib

Ramin Quluzadə “Huawei” və “China Telecom” şirkətlərinin rəhbərliyi ilə görüşüb

Nazir Ramin Quluzadə Hacıqabulda vətəndaşları qəbul edib

Nazir Ramin Quluzadə Hacıqabulda vətəndaşlarla görüşəcək

Nazir Ramin Quluzadənin Xızıda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Nazir Ramin Quluzadə Xızı şəhərində vətəndaşlarla görüşəcək

Nazir Ramin Quluzadə Biləsuvarda vətəndaşlarla görüşüb

Ramin Quluzadə Biləsuvarda vətəndaşlarla görüşəcək

Ramin Quluzadə Bərdədə vətəndaşlarla görüşəcək

Ramin Quluzadə Beyləqanda vətəndaşlarla görüşüb

28 Noyabr 2020, 14:40 (GMT +4)
Prezidentin köməkçisi: Ermənistan tərəfindən Tərtər şəhərinə qarşı genosid siyasəti həyata keçirilib

28 Noyabr 2020, 14:25 (GMT +4)
Gürcüstanda 24 saat ərzində 4.472 nəfərdə koronavirusa yoluxma aşkar edilib

28 Noyabr 2020, 14:12 (GMT +4)
Ermənilərin Tərtəri vurduğu “Smerç” meriyanın muzeyində saxlanılır

28 Noyabr 2020, 13:55 (GMT +4)
Kürdəmirdə oğurluq edən şəxslər saxlanılıb

28 Noyabr 2020, 13:46 (GMT +4)
Ayətullah Xamenei nüvə aliminin intiqamı ilə bağlı göstəriş verib

28 Noyabr 2020, 13:40 (GMT +4)
DİN: Gəncəyə polis rəisi təyin edilməsi xəbəri həqiqəti əks etdirmir

28 Noyabr 2020, 13:21 (GMT +4)
Azərbaycan neftinin orta qiyməti həftə ərzində 8% artıb

28 Noyabr 2020, 13:09 (GMT +4)
Ermənistan prezidenti Moskvaya səfər edib

28 Noyabr 2020, 13:00 (GMT +4)
Hikmət Hacıyev: Elə günlər olurdu ki, Tərtər şəhərinə 2 400-dən artıq mərmilər düşürdü

28 Noyabr 2020, 12:45 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

28 Noyabr 2020, 12:42 (GMT +4)
Ərdoğan: Müsəlmanlar İslama düşmənçilik virusu ilə mübarizə aparmaq məcburiyyətindədirlər

28 Noyabr 2020, 12:30 (GMT +4)
Şəhid ailələri və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün tədbirlər planı hazırlanıb

28 Noyabr 2020, 12:17 (GMT +4)
Bir sıra dünya siyasətçiləri iranlı nüvə aliminin terrora məruz qalmasına münasibət bildiriblər

28 Noyabr 2020, 12:15 (GMT +4)
Oğuzda qiymətli ağac növlərini qanunsuz kəsən dəstə üzvlərinə qarşı əməliyyat keçirilib (VİDEO)

28 Noyabr 2020, 12:11 (GMT +4)
Pompeo, Rusiya şirkətlərinə qarşı sanksiya tətbiq edilməsinin səbəblərindən danışıb

28 Noyabr 2020, 12:00 (GMT +4)
AQTA yanında İctimai Şuranın üzvlərini müəyyənləşdirmək üçün səsvermə keçirilib

28 Noyabr 2020, 11:45 (GMT +4)
Bu il Azərbaycanda 678616 hektar sahədə payızlıq taxıl səpini həyata keçirilib

28 Noyabr 2020, 11:30 (GMT +4)
Məlahət Mürşüdlü vəfat edib

28 Noyabr 2020, 11:21 (GMT +4)
Ruhani nüvə aliminin terrora məruz qalmasına münasibət bildirib: İranda elmin inkişafının qarşısını ala bilməyəcəklər

28 Noyabr 2020, 11:18 (GMT +4)
Tramp: Bayden qələbəsinin həqiqiliyini sübut etməlidir

28 Noyabr 2020, 11:15 (GMT +4)
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun İstisu qəsəbəsindən videogörünütlər yayıb (VİDEO)

28 Noyabr 2020, 11:00 (GMT +4)
Diplomatik korpusun nümayəndələri Tərtər və Ağdama səfər edir

28 Noyabr 2020, 10:49 (GMT +4)
Türkiyə Parlamenti Fransa Senatının Qarabağla bağlı qətnaməsini pisləyib

28 Noyabr 2020, 10:45 (GMT +4)
Bakı polisinə yeni rəis təyin edilib

28 Noyabr 2020, 10:36 (GMT +4)
İran BMT Təhlükəsizlik Şurasına müraciət edib

28 Noyabr 2020, 10:30 (GMT +4)
Azərbaycan neftinin qiyməti cüzi artıb

28 Noyabr 2020, 10:23 (GMT +4)
ABŞ-da koronavirusa yoluxma hallarının sayı 13 milyonu keçib

28 Noyabr 2020, 10:15 (GMT +4)
Bakı küçələri növbəti dəfə dezinfeksiya edilir

28 Noyabr 2020, 10:00 (GMT +4)
İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb (VİDEO)

28 Noyabr 2020, 09:23 (GMT +4)
İran terrora məruz qalan nüvə aliminə görə intiqam alacağını bildirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66