Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Səfərbərlik Xidməti müddətli hərbi xidmətə çağırışla bağlı məlumat yayıb

22 Oktyabr 2020, 17:11 (GMT +4)

Bakı, 22 oktyabr, SalamNews. Prezident İlham Əliyevin avqustun 26-da imzaladığı Sərəncama əsasən çağırışçıların müəyyən edilmiş plan əsasında xidmət yerlərinə göndərilməsi davam etdirilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən SalamNews-a verilən məlumata görə, qrafikə uyğun olaraq Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində çağırışçılar təyin olunduqları qoşun növləri üzrə xidmət edəcəkləri hərbi hissələrə yola salınırlar.

Gənclər müzəffər ordumuzun sıralarında xidmətə yola düşmələrindən şərəf duyduqlarını, hərbi xidmət dövründə nizam-intizamlı və ayıq-sayıq olacaqlarını, hərbi texnikanın sirlərinə mükəmməl yiyələnəcəklərini, Azərbaycan əsgəri adını uca tutacaqlarını qürurla ifadə edirlər.

Sumqayıt şəhərindən, Bakının Binəqədi və Nizami rayonlarından olan çağırışçılar cəmiyyətə müraciət edərək respublikamızda koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması üçün xüsusi karantin rejiminin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə və TƏBİB-in müvafiq təlimatlarına riayət edilməsinin vacibliyini bildiriblər. Onlar vətəndaşları arxa cəbhədə pandemiya dövrünün tələblərinə uyğun olaraq COVİD-19-a qarşı aparılan mübarizədə aktiv iştirak etməyə çağırdılar. Vurğulayıblar ki, bu gün Ermənistanın işğalına son qoymaq üçün şanlı Azərbaycan ordusu cəbhədə zəfərlər qazanır: "Biz cəmiyyət olaraq həmrəylik nümayiş etdirib, gözəgörünməz düşmən olan koronavirusla mübarizədən də qalib çıxmalıyıq".

Qeyd edək ki, oktyabr ayı ərzində xidmətə yollanan gənc əsgərlər cəbhəyə deyil, müvafiq qoşun növlərinin hərbi hissələrinə - təlim mərkəzlərinə göndərilir və qarşıdakı 3 ay müddətində orada təlimlər keçərək hərbin sirlərini öyrənəcək və sonra xidmətlərini təyin olunduqları yerlərdə davam etdirəcəklər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçılara hərbi xidmətlərində uğurlar arzulayır!


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

24 Noyabr 2020, 12:45 (GMT +4)
Şəhid polkovnik Babək Səmidli dəfn olunub

24 Noyabr 2020, 12:30 (GMT +4)
Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

24 Noyabr 2020, 12:15 (GMT +4)
Vilayət Eyvazov Suraxanının polis rəisini yüksək vəzifəyə təyin edib

24 Noyabr 2020, 12:15 (GMT +4)
Gürcüstanda son sutkada 39 nəfər koronavirusdan ölüb

24 Noyabr 2020, 12:00 (GMT +4)
Azərbaycanda evdə müalicə olunan COVİD xəstələrinin sayı açıqlanıb

24 Noyabr 2020, 11:45 (GMT +4)
Azərbaycan nefti kəskin bahalaşıb

24 Noyabr 2020, 11:30 (GMT +4)
Şəhid polkovnik Babək Səmidlinin dəfn mərasimi keçirilir

24 Noyabr 2020, 11:18 (GMT +4)
Miçiqan Baydenin ştat üzrə qələbəsini rəsmi olaraq təsdiqləyib

24 Noyabr 2020, 11:15 (GMT +4)
ÜST: Azərbaycanda antibiotiklərin apteklərdə sərbəst satışı qadağan olunmalıdır

24 Noyabr 2020, 11:00 (GMT +4)
Bu gün Azərbaycan Kubokunun püşkü atılacaq

24 Noyabr 2020, 10:52 (GMT +4)
Dünyada son sutkada 540 mindən çox COVID-19-a yoluxma qeydə alınıb

24 Noyabr 2020, 10:50 (GMT +4)
Azərbaycan Prezidenti Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışlayıb (FOTO)

24 Noyabr 2020, 10:40 (GMT +4)
İlham Əliyev: Bizə mənəvi və siyasi dəstək verən mənim qardaşım Rəcəb Tayyib Ərdoğan olub

24 Noyabr 2020, 10:35 (GMT +4)
Prezident: Siyasi müstəqillik olmadan torpaqlarımızı düşməndən azad edə bilməzdik

24 Noyabr 2020, 10:30 (GMT +4)
Hesablama Palatası uyğunluq auditi üzrə beynəlxalq tədbirə qatılıb

24 Noyabr 2020, 10:25 (GMT +4)
Ali Baş Komandan: “Ağdam əməliyyatı planlaşdırılırdı, biz Ağdamı onsuz da alacaqdıq”

24 Noyabr 2020, 10:20 (GMT +4)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində olublar

24 Noyabr 2020, 10:15 (GMT +4)
BQXK Qarabağdakı kontingentini 4 dəfə artıracaq

24 Noyabr 2020, 10:14 (GMT +4)
Tramp administrasiyasına səlahiyyəti Baydenə təhvil vermə prosesinə başlamağa dair təlimat verib

24 Noyabr 2020, 10:00 (GMT +4)
ANAMA 31 mina və partlamamış hərbi sursatı zərərsizləşdirib

24 Noyabr 2020, 09:53 (GMT +4)
AB liderləri Bayden ilə AB-ABŞ münasibətlərini müzakirə edib

24 Noyabr 2020, 09:45 (GMT +4)
Azərbaycanın XİN rəhbəri BMT Baş katibi ilə telefonla danışıb

24 Noyabr 2020, 09:32 (GMT +4)
Fələstinin Fəth hərəkatı Co Baydenin komandasının gəlişini gözlədiyini bildirib

24 Noyabr 2020, 09:30 (GMT +4)
Zaqatalada ferma və yük maşını yanıb

24 Noyabr 2020, 09:23 (GMT +4)
AB, İtaliya və Almaniya səfirləri Türkiyə XİN-ə çağırılıb

24 Noyabr 2020, 09:13 (GMT +4)
Səudiyyə Ərəbistanı neft təsisatlarının husilər tərəfindən hücuma məruz qaldığını etiraf edib

24 Noyabr 2020, 09:10 (GMT +4)
Mətbuat Şurası Semyon Peqovla bağlı Rusiya jurnalistlərinə müraciət edib

24 Noyabr 2020, 09:00 (GMT +4)
BMT Qarabağda minaların təmizlənməsində Azərbaycana kömək edəcək

24 Noyabr 2020, 08:29 (GMT +4)
Bu gün İmam Həsən Əskərinin (ə) mövlud günüdür

23 Noyabr 2020, 21:00 (GMT +4)
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Cümə məscidində olublar (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66