Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Ləğv olunmuş 4 bankın əmanətçilərinə 545,70 milyon manat kompensasiya ödənilib

22 Oktyabr 2020, 17:52 (GMT +4)

Bakı, 22 oktyabr, SalamNews. Oktyabrın 21-nə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış “AG Bank”, “Amrah Bank”, “NBC Bank” və “Ata Bank” üzrə 23 min 304 əmanətçiyə 545,70 milyon manat kompensasiya ödənişi həyata keçirilib.

SalamNews Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, bu il iyunun 16-dan oktyabrın 21-dək ləğv prosesində olan “AG Bank” və “NBC Bank”ın əmanətçilərinə “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən 195,41 milyon manatdan çox kompensasiya ödənilib. “AG Bank” üzrə 4301 əmanətçiyə 80,82 milyon manat, “NBC Bank” üzrə isə 4014 əmanətçiyə 114,58 milyon manatdan çox kompensasiya ödənilib. İyunun 1-dən oktyabrın 21-dək “Kapital Bank” tərəfindən “Amrah Bank” və “Ata Bank”ın əmanətçilərinə 350,28 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Hesabat dövründə “Amrah Bank” üzrə 5639 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 133,58 milyon manat, “Ata Bank” üzrə 9350 əmanətçiyə isə 216,69 milyon manat təşkil edib.

Fond tərəfindən son bağlanmış banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir. Tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşdırılacaq. Kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədiklərinə görə sığorta hadisəsi baş vermiş “Ata Bank” ASC, “Amrah Bank” ASC, “NBC Bank”ASC və “AG Bank”ASC-nin lisenziyaları Mərkəzi Bank tərəfindən ləğv edilib, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 28 aprel və 14 may tarixli qərarlarına əsasən sözügedən banklar müflis elan olunub və Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilib. Müflis olunmuş banklar üzrə öhdəliklərin reyestri fonda təqdim olunub və ADIF tərəfindən qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi prosesinə qısa zaman ərzində başlanılıb. Fondun Himayəçilik Şurasının qərarına əsasən, qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent bank qismində “Ata Bank” ASC və “Amrah Bank” ASC üzrə “Kapital Bank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC üzrə isə “Azərbaycan Beynəlxalq Bankı” ASC seçilib. Əmanətlərin Sığortalanması Fondu iyunun 1-dən “Ata Bank” ASC və “Amrah Bank” ASC-də, iyunun 16-dan isə “AG Bank” ASC və “NBC Bank” ASC-də əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlayıb.

Azərbaycan Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondunun birgə fəaliyyəti əsasında fondun hazırlanan yeni strateji modelinin bu ilin sonunadək formalaşdırılması nəzərdə tutulub. Qeyd edək ki, yeni strateji modelin hazırlanması ölkə iqtisadiyyatına, bank sektoruna və əmanətçilərə öz yüksək töhfəsini verməsi gözlənilir. Bağlanmış banklarda problemlərlə üzləşmiş əmanətçilərin nəzərinə çatdırırıq ki, sözügedən məsələ ilə əlaqədar vəsaitlərin qanunvericiliyə müvafiq qaydada və qısa müddətdə qaytarılmasının təmin edilməsi ilə bağlı Əmanətlərin Sığortalanması Fondu tərəfindən bütün lazımi tədbirlər görülür.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

24 Noyabr 2020, 13:52 (GMT +4)
Bakı Dövlət Universitetinin işçi heyətinə də smart Təhsil kartları verilib

24 Noyabr 2020, 13:34 (GMT +4)
Ukraynada son sutkada 12 mindən çox insan koronavirusa yoluxub

24 Noyabr 2020, 13:27 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

24 Noyabr 2020, 13:15 (GMT +4)
Yaqut Qarayeva: "Süni tənəffüs aparatına qoşulanların sayı çoxdur"

24 Noyabr 2020, 13:04 (GMT +4)
Rusiyada son sutkada 24 mindən çox insanda COVID-19-a yoluxma aşkar edilib 

24 Noyabr 2020, 13:02 (GMT +4)
Bəhreyn İsrail baş nazirini ölkəyə rəsmi səfərə dəvət edib

24 Noyabr 2020, 13:00 (GMT +4)
Dini konfessiyaların rəhbərləri Qarabağda dağıdılan dini abidələrimizlə bağlı birgə bəyanat veriblər

24 Noyabr 2020, 12:45 (GMT +4)
Şəhid polkovnik Babək Səmidli dəfn olunub

24 Noyabr 2020, 12:30 (GMT +4)
Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

24 Noyabr 2020, 12:15 (GMT +4)
Vilayət Eyvazov Suraxanının polis rəisini yüksək vəzifəyə təyin edib

24 Noyabr 2020, 12:15 (GMT +4)
Gürcüstanda son sutkada 39 nəfər koronavirusdan ölüb

24 Noyabr 2020, 12:00 (GMT +4)
Azərbaycanda evdə müalicə olunan COVİD xəstələrinin sayı açıqlanıb

24 Noyabr 2020, 11:45 (GMT +4)
Azərbaycan nefti kəskin bahalaşıb

24 Noyabr 2020, 11:30 (GMT +4)
Şəhid polkovnik Babək Səmidlinin dəfn mərasimi keçirilir

24 Noyabr 2020, 11:18 (GMT +4)
Miçiqan Baydenin ştat üzrə qələbəsini rəsmi olaraq təsdiqləyib

24 Noyabr 2020, 11:15 (GMT +4)
ÜST: Azərbaycanda antibiotiklərin apteklərdə sərbəst satışı qadağan olunmalıdır

24 Noyabr 2020, 11:00 (GMT +4)
Bu gün Azərbaycan Kubokunun püşkü atılacaq

24 Noyabr 2020, 10:52 (GMT +4)
Dünyada son sutkada 540 mindən çox COVID-19-a yoluxma qeydə alınıb

24 Noyabr 2020, 10:50 (GMT +4)
Azərbaycan Prezidenti Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışlayıb (FOTO)

24 Noyabr 2020, 10:40 (GMT +4)
İlham Əliyev: Bizə mənəvi və siyasi dəstək verən mənim qardaşım Rəcəb Tayyib Ərdoğan olub

24 Noyabr 2020, 10:35 (GMT +4)
Prezident: Siyasi müstəqillik olmadan torpaqlarımızı düşməndən azad edə bilməzdik

24 Noyabr 2020, 10:30 (GMT +4)
Hesablama Palatası uyğunluq auditi üzrə beynəlxalq tədbirə qatılıb

24 Noyabr 2020, 10:25 (GMT +4)
Ali Baş Komandan: “Ağdam əməliyyatı planlaşdırılırdı, biz Ağdamı onsuz da alacaqdıq”

24 Noyabr 2020, 10:20 (GMT +4)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində olublar

24 Noyabr 2020, 10:15 (GMT +4)
BQXK Qarabağdakı kontingentini 4 dəfə artıracaq

24 Noyabr 2020, 10:14 (GMT +4)
Tramp administrasiyasına səlahiyyəti Baydenə təhvil vermə prosesinə başlamağa dair təlimat verib

24 Noyabr 2020, 10:00 (GMT +4)
ANAMA 31 mina və partlamamış hərbi sursatı zərərsizləşdirib

24 Noyabr 2020, 09:53 (GMT +4)
AB liderləri Bayden ilə AB-ABŞ münasibətlərini müzakirə edib

24 Noyabr 2020, 09:45 (GMT +4)
Azərbaycanın XİN rəhbəri BMT Baş katibi ilə telefonla danışıb

24 Noyabr 2020, 09:32 (GMT +4)
Fələstinin Fəth hərəkatı Co Baydenin komandasının gəlişini gözlədiyini bildirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66