Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyev: Biz Böyük Qayıdışın astanasındayıq

20 Oktyabr 2020, 15:30 (GMT +4)

Bakı, 20 oktyabr, SalamNews. Öz doğma dədə-baba torpaqlarını görməyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı bir arzu ilə yaşayıb ki, doğma dədə-baba torpaqlarına qayıtsın. Biz bunu Cocuq Mərcanlının timsalında gördük, işğaldan sonra doğulmuş gənclər, onların hər biri Cocuq Mərcanlıya qayıtmaq arzusu ilə yaşayıb və qayıdıb. Əminəm ki, bu gün işğalçılardan azad edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşları qayıdacaqlar. O torpaqlarda yaşayacaqlar, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqlar.

SalamNews xəbər verir ki, Prezident İlham Əliyev bunu xalqa növbəti müraciətində bildirib.

Mənfur düşmənin işğal edilmiş bütün torpaqlarımızda Azərbaycan xalqının mədəni irsini, məscidlərimizi dağıtdıqlarını vurğulayan dövlətimizin başçısı deyib: “Onlar məscidləri dağıda bilərlər, amma bu məscidləri biz öz qəlbimizdə yaşadırıq və gün gələcək bütün bizim dağıdılmış məscidlərimiz bərpa ediləcəkdir, bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləcəkdir. Biz Böyük Qayıdış astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, işğal edilmiş və azad edilmiş torpaqlara qayıdacaq Azərbaycan vətəndaşları rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar. Bu torpaqlarda həyat canlanacaqdır”.

Azərbaycan Prezidenti qeyd edib ki, məcburi köçkünlərimizin bir çoxu üçün gözəl şərait yaradılmasına baxmayaraq bütün bu illər ərzində onlar bir arzu ilə yaşayıblar. “Onlar bu qayğıya görə bizə minnətdardırlar və mənim onlarla çoxsaylı görüşlərimdə bunu ifadə edirdilər, ancaq eyni zamanda, mən bilirdim və onlar mənə deyirdilər ki, bizi qaytarın, öz torpağımıza qaytarın. Başa düşürdülər ki, bu, çətin məsələdir, başa düşürdülər ki, bunun üçün müəyyən geosiyasi şərtlər yetişməlidir, mənə inanırdılar. Mən onlara deyirdim ki, biz o torpaqlara qayıdacağıq. Mən deyirdim ki, mən bilirəm, nəyi nə vaxt və necə etmək lazımdır və xalq tərəfindən mənə verilən və göstərilən etimad imkan verdi ki, biz bu məsələni həll edək və bir daha mən bəyan edirəm ki, bütün verilmiş vədləri mən yerinə yetirirəm, bütün verilmiş vədlərə sadiqəm və mənim Prezident kimi fəaliyyətim üçün əsas məsələ mənim əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir və bu gün biz bunu döyüş meydanında edirik”, - deyə Prezident İlham Əliyev əlavə edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

27 Noyabr 2020, 20:19 (GMT +4)
İranda tanınmış nüvə alimi terrora məruz qalıb (FOTO)

27 Noyabr 2020, 19:37 (GMT +4)
Malik Həsənov: Azərbaycan döyüş meydanında, informasiya məkanında və siyasi müstəvidə qələbə qazandı

27 Noyabr 2020, 18:03 (GMT +4)
Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib

27 Noyabr 2020, 18:00 (GMT +4)
Naftalanda itkin düşən şəxs tapılıb

27 Noyabr 2020, 17:49 (GMT +4)
Türkiyə xarici işlər naziri ərəb dövlətlərinin İsraillə yeni anlaşmasını qınayıb

27 Noyabr 2020, 17:45 (GMT +4)
Dövlət Vergi Xidməti “ƏDV geri al” layihəsi ilə bağlı açıqlama yayıb

27 Noyabr 2020, 17:34 (GMT +4)
ADA Universiteti Pakistanın Strateji Araşdırmalar Mərkəzi ilə birgə onlayn beynəlxalq konfrans təşkil edib

27 Noyabr 2020, 17:09 (GMT +4)
Vasif Talıbov yaralı hərbçilərlə görüşüb

27 Noyabr 2020, 16:57 (GMT +4)
XİN başçısı: “Münaqişənin həllində dinc birgəyaşayışın bərpası mərhələsinə qədəm qoymuşuq”

27 Noyabr 2020, 16:50 (GMT +4)
Avstraliya Əfqanıstanda mülki şəxsləri qətlə yetirən hərbçilərdən 10-nu kənarlaşdırıb

27 Noyabr 2020, 16:38 (GMT +4)
Bakı-Xırdalan-Sumqayıt qatarı yenidən xəttə buraxılır

27 Noyabr 2020, 16:25 (GMT +4)
DİM distant tədrisin inkişafı üçün beynəlxalq assosiasiyanın üzvlüyünə qəbul edilib

27 Noyabr 2020, 16:16 (GMT +4)
Lənkəran sakinindən tapança götürülüb

27 Noyabr 2020, 15:58 (GMT +4)
Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb

27 Noyabr 2020, 15:46 (GMT +4)
Rusiya XİN: Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdayıq

27 Noyabr 2020, 15:30 (GMT +4)
İranda bir günə 406 koronavirus xəstəsi dünyasını dəyişib

27 Noyabr 2020, 15:20 (GMT +4)
Paşinyan: Hazırda Ermənistan üçün ən vacibi Azərbaycanla sülhdür

27 Noyabr 2020, 15:10 (GMT +4)
“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planı” təsdiqlənib

27 Noyabr 2020, 14:55 (GMT +4)
Azərbaycanda son sutkada 3 712 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib

27 Noyabr 2020, 14:43 (GMT +4)
Neft yenidən ucuzlaşıb

27 Noyabr 2020, 14:27 (GMT +4)
Xaçmazda COVID-19 xəstəsi saxlanılıb

27 Noyabr 2020, 14:10 (GMT +4)
Azərbaycan və İspaniya gömrük orqanları anlaşma memorandumu imzalayıb

27 Noyabr 2020, 13:50 (GMT +4)
Rəsmi Moskva Pompeonun İsrailin işğal etdiyi Colana səfərini tənqid edib

27 Noyabr 2020, 13:40 (GMT +4)
Noyabrın 29-dan hava şəraiti qeyri-sabit keçəcək, yağış, qar yağacaq

27 Noyabr 2020, 13:30 (GMT +4)
Qadın sahibkarlığının inkişafına dair forum keçirilib

27 Noyabr 2020, 13:21 (GMT +4)
Masallıda karantin postundan keçmək istəyən koronavirus xəstələri saxlanılıb

27 Noyabr 2020, 13:07 (GMT +4)
Səudiyyə Ərəbistanı koalisiyası Yəmən paytaxtına 10-dan çox hava zərbəsi endirib

27 Noyabr 2020, 13:00 (GMT +4)
Bakıda növbəti dəfə dezinfeksiya işləri aparılacaq

27 Noyabr 2020, 12:57 (GMT +4)
Rusiyada son sutkada 27.543 nəfərdə koronavirusa yoluxma aşkar edilib

27 Noyabr 2020, 12:45 (GMT +4)
Anar Kərimov beynəlxalq təşkilatlara çağırış edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66