Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyev: Müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır

20 Oktyabr 2020, 15:11 (GMT +4)

Bakı, 20 oktyabr, SalamNews. Müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır. Bu qələbələr hər bir Azərbaycan vətəndaşını sevindirir. 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür. Biz öz torpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq və işğalçıları bundan sonra da öz torpaqlarımızdan qovacağıq.

SalamNews xəbər verir ki, Prezident İlham Əliyev bu barədə xalqa növbəti müraciətində bildirib.

Dövlətimizin başçısı deyib: “Xalqımız döyüş meydanından, cəbhə bölgəsində səbirsizliklə yeni xəbərlər gözləyir. Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram. Hər bir kəndin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işğalçılardan azad edilməsi böyük peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edir. Bizim hərbçilərimiz şəhid olurlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimiz həmişə bizim qəlbimizdə yaşayacaq. Bizim hərbçilərimiz döyüş meydanında yaralanırlar. Allah bütün yaralı hərbçilərimizə şəfa versin”.

Prezident qeyd edib ki, eyni zamanda, mənfur düşmən bizim yaşayış məntəqələrimizi daim atəşə tutur, hər gün cəbhə boyu şəhərlərimiz, kəndlərimiz mənfur düşmənin atəşinə məruz qalır. “Bu namərd atəşə ən çox məruz qalan Tərtər rayonudur, eyni zamanda, Ağdam, Goranboy, Ağcabədi, Bərdə, digər şəhər və rayonlarımız düşmən tərəfindən atəşə tutulur. Gəncə şəhərinə namərd zərbələr nəticəsində dinc əhali həlak olur - uşaqlar, qadınlar, qocalar. Düşmən üçün bunun fərqi yoxdur. Belə bir fərq onlar üçün mövcud deyil. Onlar döyüş meydanında məğlubiyyətə uğrayır, Azərbaycan Ordusu qarşısında duruş gətirə bilmir və bizi durdurmaq üçün, bizə zərbə vurmaq üçün mülki əhaliyə qarşı cinayət törədir, bütün dünyanın gözü qarşısında və bütün dünya görür ki, Azərbaycan öz doğma torpaqlarını hansı mənfur, vəhşi düşməndən azad edir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

27 Noyabr 2020, 20:19 (GMT +4)
İranda tanınmış nüvə alimi terrora məruz qalıb (FOTO)

27 Noyabr 2020, 19:37 (GMT +4)
Malik Həsənov: Azərbaycan döyüş meydanında, informasiya məkanında və siyasi müstəvidə qələbə qazandı

27 Noyabr 2020, 18:03 (GMT +4)
Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib

27 Noyabr 2020, 18:00 (GMT +4)
Naftalanda itkin düşən şəxs tapılıb

27 Noyabr 2020, 17:49 (GMT +4)
Türkiyə xarici işlər naziri ərəb dövlətlərinin İsraillə yeni anlaşmasını qınayıb

27 Noyabr 2020, 17:45 (GMT +4)
Dövlət Vergi Xidməti “ƏDV geri al” layihəsi ilə bağlı açıqlama yayıb

27 Noyabr 2020, 17:34 (GMT +4)
ADA Universiteti Pakistanın Strateji Araşdırmalar Mərkəzi ilə birgə onlayn beynəlxalq konfrans təşkil edib

27 Noyabr 2020, 17:09 (GMT +4)
Vasif Talıbov yaralı hərbçilərlə görüşüb

27 Noyabr 2020, 16:57 (GMT +4)
XİN başçısı: “Münaqişənin həllində dinc birgəyaşayışın bərpası mərhələsinə qədəm qoymuşuq”

27 Noyabr 2020, 16:50 (GMT +4)
Avstraliya Əfqanıstanda mülki şəxsləri qətlə yetirən hərbçilərdən 10-nu kənarlaşdırıb

27 Noyabr 2020, 16:38 (GMT +4)
Bakı-Xırdalan-Sumqayıt qatarı yenidən xəttə buraxılır

27 Noyabr 2020, 16:25 (GMT +4)
DİM distant tədrisin inkişafı üçün beynəlxalq assosiasiyanın üzvlüyünə qəbul edilib

27 Noyabr 2020, 16:16 (GMT +4)
Lənkəran sakinindən tapança götürülüb

27 Noyabr 2020, 15:58 (GMT +4)
Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb

27 Noyabr 2020, 15:46 (GMT +4)
Rusiya XİN: Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdayıq

27 Noyabr 2020, 15:30 (GMT +4)
İranda bir günə 406 koronavirus xəstəsi dünyasını dəyişib

27 Noyabr 2020, 15:20 (GMT +4)
Paşinyan: Hazırda Ermənistan üçün ən vacibi Azərbaycanla sülhdür

27 Noyabr 2020, 15:10 (GMT +4)
“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planı” təsdiqlənib

27 Noyabr 2020, 14:55 (GMT +4)
Azərbaycanda son sutkada 3 712 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib

27 Noyabr 2020, 14:43 (GMT +4)
Neft yenidən ucuzlaşıb

27 Noyabr 2020, 14:27 (GMT +4)
Xaçmazda COVID-19 xəstəsi saxlanılıb

27 Noyabr 2020, 14:10 (GMT +4)
Azərbaycan və İspaniya gömrük orqanları anlaşma memorandumu imzalayıb

27 Noyabr 2020, 13:50 (GMT +4)
Rəsmi Moskva Pompeonun İsrailin işğal etdiyi Colana səfərini tənqid edib

27 Noyabr 2020, 13:40 (GMT +4)
Noyabrın 29-dan hava şəraiti qeyri-sabit keçəcək, yağış, qar yağacaq

27 Noyabr 2020, 13:30 (GMT +4)
Qadın sahibkarlığının inkişafına dair forum keçirilib

27 Noyabr 2020, 13:21 (GMT +4)
Masallıda karantin postundan keçmək istəyən koronavirus xəstələri saxlanılıb

27 Noyabr 2020, 13:07 (GMT +4)
Səudiyyə Ərəbistanı koalisiyası Yəmən paytaxtına 10-dan çox hava zərbəsi endirib

27 Noyabr 2020, 13:00 (GMT +4)
Bakıda növbəti dəfə dezinfeksiya işləri aparılacaq

27 Noyabr 2020, 12:57 (GMT +4)
Rusiyada son sutkada 27.543 nəfərdə koronavirusa yoluxma aşkar edilib

27 Noyabr 2020, 12:45 (GMT +4)
Anar Kərimov beynəlxalq təşkilatlara çağırış edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66