Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Türkiyənin baş konsulu Gəncə terrorundan zərərçəkmişlərə baş çəkib

20 Oktyabr 2020, 14:16 (GMT +4)

Bakı, 20 oktyabr, SalamNews. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk Ermənistan tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində xəsarət alanlara baş çəkiblər.

SalamNews xəbər verir ki, yaralılarla müalicə aldıqları xəstəxanalarda görüşən şəhər rəhbəri və Baş konsul, onların səhhəti ilə maraqlanıb, söhbət ediblər. Söhbət zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın tezliklə tamamilə azad olunacağına əminlik ifadə edilib. Yaralılara şəfa, həlak olanlara isə Allahdan rəhmət dilənib.

Niyazi Bayramov raket zərbəsi nəticəsində dağılan ərazidə də olub, burada erməni terrorundan zərər görən sakinlərlə görüşüb. Şəhər rəhbəri bildirib ki, evləri tamamilə dağıdılmış ailələr müvəqqəti yaşayış sahəsi ilə təmin ediliblər. Bununla yanaşı, həmin sakinlər istəkləri üzrə gündəlik tələbat malları, eləcə də geyimlərlə təmin olunurlar.
Daha sonra Niyazi Bayramov və Zeki Öztürk zərərçəkənlərin müvəqqəti məskunlaşdıqları yataqxanaya gəlib, buradakı şəraitlə tanış olublar.

Şəhər rəhbəri bildirib ki, Erməni terroru nəticəsində zərər çəkənlərə dövlətimiz tərəfindən bütün lazımi köməkliklər göstərilir, onların qayğı və problemləri ilə maraqlanılır. O qeyd edib ki, bu məsələ ölkə başçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

Ermənistanın mülki vətəndaşların yaşayış məntəqələrinə endirdiyi raket zərbələrini qınadığını deyən Zəki Öztürk bildirib ki, Türkiyə haqlı davasında daim Azərbaycanın yanındadır.

Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk sakinlərlə birlikdə şam yeməyi yeyiblər, uşaqlara hədiyyələr verilib.

Xatırladaq ki, 17 oktyabr 2020-ci il tarixində saat 01:00 radələrində Gəncə Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket atəşinə tutulub. Nəticədə 5-i uşaq, 5-i qadın olmaqla, 14 nəfər həlak olub, 55 nəfər yaralanıb. 20 ev tamamilə dağılılıb, 4 uşaq bağçası-körpələr evi, 1 məktəb və 1 poliklinikaya ziyan dəyib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

27 Noyabr 2020, 20:19 (GMT +4)
İranda tanınmış nüvə alimi terrora məruz qalıb (FOTO)

27 Noyabr 2020, 19:37 (GMT +4)
Malik Həsənov: Azərbaycan döyüş meydanında, informasiya məkanında və siyasi müstəvidə qələbə qazandı

27 Noyabr 2020, 18:03 (GMT +4)
Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib

27 Noyabr 2020, 18:00 (GMT +4)
Naftalanda itkin düşən şəxs tapılıb

27 Noyabr 2020, 17:49 (GMT +4)
Türkiyə xarici işlər naziri ərəb dövlətlərinin İsraillə yeni anlaşmasını qınayıb

27 Noyabr 2020, 17:45 (GMT +4)
Dövlət Vergi Xidməti “ƏDV geri al” layihəsi ilə bağlı açıqlama yayıb

27 Noyabr 2020, 17:34 (GMT +4)
ADA Universiteti Pakistanın Strateji Araşdırmalar Mərkəzi ilə birgə onlayn beynəlxalq konfrans təşkil edib

27 Noyabr 2020, 17:09 (GMT +4)
Vasif Talıbov yaralı hərbçilərlə görüşüb

27 Noyabr 2020, 16:57 (GMT +4)
XİN başçısı: “Münaqişənin həllində dinc birgəyaşayışın bərpası mərhələsinə qədəm qoymuşuq”

27 Noyabr 2020, 16:50 (GMT +4)
Avstraliya Əfqanıstanda mülki şəxsləri qətlə yetirən hərbçilərdən 10-nu kənarlaşdırıb

27 Noyabr 2020, 16:38 (GMT +4)
Bakı-Xırdalan-Sumqayıt qatarı yenidən xəttə buraxılır

27 Noyabr 2020, 16:25 (GMT +4)
DİM distant tədrisin inkişafı üçün beynəlxalq assosiasiyanın üzvlüyünə qəbul edilib

27 Noyabr 2020, 16:16 (GMT +4)
Lənkəran sakinindən tapança götürülüb

27 Noyabr 2020, 15:58 (GMT +4)
Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb

27 Noyabr 2020, 15:46 (GMT +4)
Rusiya XİN: Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdayıq

27 Noyabr 2020, 15:30 (GMT +4)
İranda bir günə 406 koronavirus xəstəsi dünyasını dəyişib

27 Noyabr 2020, 15:20 (GMT +4)
Paşinyan: Hazırda Ermənistan üçün ən vacibi Azərbaycanla sülhdür

27 Noyabr 2020, 15:10 (GMT +4)
“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planı” təsdiqlənib

27 Noyabr 2020, 14:55 (GMT +4)
Azərbaycanda son sutkada 3 712 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib

27 Noyabr 2020, 14:43 (GMT +4)
Neft yenidən ucuzlaşıb

27 Noyabr 2020, 14:27 (GMT +4)
Xaçmazda COVID-19 xəstəsi saxlanılıb

27 Noyabr 2020, 14:10 (GMT +4)
Azərbaycan və İspaniya gömrük orqanları anlaşma memorandumu imzalayıb

27 Noyabr 2020, 13:50 (GMT +4)
Rəsmi Moskva Pompeonun İsrailin işğal etdiyi Colana səfərini tənqid edib

27 Noyabr 2020, 13:40 (GMT +4)
Noyabrın 29-dan hava şəraiti qeyri-sabit keçəcək, yağış, qar yağacaq

27 Noyabr 2020, 13:30 (GMT +4)
Qadın sahibkarlığının inkişafına dair forum keçirilib

27 Noyabr 2020, 13:21 (GMT +4)
Masallıda karantin postundan keçmək istəyən koronavirus xəstələri saxlanılıb

27 Noyabr 2020, 13:07 (GMT +4)
Səudiyyə Ərəbistanı koalisiyası Yəmən paytaxtına 10-dan çox hava zərbəsi endirib

27 Noyabr 2020, 13:00 (GMT +4)
Bakıda növbəti dəfə dezinfeksiya işləri aparılacaq

27 Noyabr 2020, 12:57 (GMT +4)
Rusiyada son sutkada 27.543 nəfərdə koronavirusa yoluxma aşkar edilib

27 Noyabr 2020, 12:45 (GMT +4)
Anar Kərimov beynəlxalq təşkilatlara çağırış edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66