Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Energetika naziri: “Son 10 ildə elektrik enerjisinin istehsalı 40% artıb”

20 Oktyabr 2020, 14:05 (GMT +4)

Bakı, 20 oktyabr, SalamNews."Energetika sektorunda həyata keçirilən kompleks tədbirlər hesabına son on ildə 2 055,4 MVt gücündə 23 yeni elektrik stansiyasının istismara verilməsi ilə ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 7 516,5 MVt-a çatdırılıb".

SalamNews-un məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibəti ilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Nazir qeyd edib ki, elektroenergetika sistemində ümumi gücü 6 237,7 MVt olan 18 istilik elektrik stansiyası, 1 278,8 MVt gücündə isə su və digər bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyaları fəaliyyət göstərir: “Reabilitasiya proqramı çərçivəsində "Azərbaycan" İES və digər elektrik stansiyalarının dayanıqlılığı, etibarlılığı, təhlükəsizliyi və səmərəliliyi yeni səviyyəyə yüksəlib. Ümumiyyətlə, son illər enerji sisteminə qoyulmuş investisiyalar, modernləşmə işlərinin aparılması nəticəsində səmərəlilik, elektrik enerjisinin keyfiyyət göstəriciləri nəzərəçarpacaq dərəcədə yüksəlib, itkilərin səviyyəsi isə aşağı düşüb. Son 10 ildə elektrik enerjisinin ötürülməsi və paylanmasında itkilərin 22,4%-dən 10,2%-dək, 1 kVt·st elektrik enerjisinin istehsalına yanacağın xüsusi sərfinin isə 305,6 qramdan 263,4 qrama qədər azaldılmasına nail olunub”.

Onun sözlərinə görə, respublikanın energetika sisteminin infrastrukturunda da ciddi dəyişikliklər edilib: “Belə ki, hazırda ümumi gücü 25 133,5 MVA olan 110-500 kV-luq 228 yarımstansiya fəaliyyətdədir”.

P. Şahbazov vurğulayıb ki, yeni istehsal güclərinin yaradılması hesabına son 10 ildə elektrik enerjisinin istehsalında 39,7% artım əldə edilib: “Ölkənin inkişafı, əhalinin artımı, sənayeləşmə prosesi ilə əlaqədar olaraq elektrik enerjisinin istehlakı 58,3 faiz artıb. 2019-cu ildə elektrik enerjisinin istehsalı 26,1 milyard kVt·st, istehlakı isə 21,6 milyard kVt·st təşkil edib”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Energetika Nazirliyi Dağlıq Qarabağ və ətraf regionların enerji potensialını açıqlayıb

Energetika Nazirliyi vətəndaş qəbulunu dayandırıb

Energetika Nazirliyi xarici tərəfdaşları Ermənistanın Azərbaycana qarşı təxribatları barədə məlumatlandırıb

Energetika Nazirliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən 3468 müraciətə baxılıb

Energetika Nazirliyi bu ilin 9 ayında 165 icazə verib

Energetika Nazirliyi Azərbaycan Ordusuna dəstək olub

Energetika Nazirliyi ilə MEDEF arasında onlayn görüş keçirilib

Energetika Nazirliyi: I yarımildə elektrik enerjisi ilə bağlı 2 700-dən çox müraciət olub

Bu ilin I yarısında Energetika Nazirliyi tərəfindən 119 icazə verilib

Energetika Nazirliyinin Çağrı Mərkəzinə 1 112 müraciət daxil olub

Energetika Nazirliyi "McKinsey&Company" ilə müqavilə imzalayıb

Energetika Nazirliyi qanvermə aksiyasında iştirak edib

Energetika Nazirliyi I rübdə inzibati xətalarla bağlı statistikanı açıqlayıb

Energetika Nazirliyi I rübdə 60 icazə verib

Energetika Nazirliyinə 2 000-dən çox müraciət daxil olub

Energetika Nazirliyi vətəndaş qəbulunun keçirilməsini dayandırıb

Energetika Nazirliyində qəbul keçirilib

Energetika Nazirliyi könüllü fəaliyyətinə başlayıb

Ötən il Energetika Nazirliyində inzibati xətalarla bağlı 686 işə baxılıb

Energetika Nazirliyinin Çağrı Mərkəzinə 1763 müraciət daxil olub

27 Noyabr 2020, 20:19 (GMT +4)
İranda tanınmış nüvə alimi terrora məruz qalıb (FOTO)

27 Noyabr 2020, 19:37 (GMT +4)
Malik Həsənov: Azərbaycan döyüş meydanında, informasiya məkanında və siyasi müstəvidə qələbə qazandı

27 Noyabr 2020, 18:03 (GMT +4)
Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib

27 Noyabr 2020, 18:00 (GMT +4)
Naftalanda itkin düşən şəxs tapılıb

27 Noyabr 2020, 17:49 (GMT +4)
Türkiyə xarici işlər naziri ərəb dövlətlərinin İsraillə yeni anlaşmasını qınayıb

27 Noyabr 2020, 17:45 (GMT +4)
Dövlət Vergi Xidməti “ƏDV geri al” layihəsi ilə bağlı açıqlama yayıb

27 Noyabr 2020, 17:34 (GMT +4)
ADA Universiteti Pakistanın Strateji Araşdırmalar Mərkəzi ilə birgə onlayn beynəlxalq konfrans təşkil edib

27 Noyabr 2020, 17:09 (GMT +4)
Vasif Talıbov yaralı hərbçilərlə görüşüb

27 Noyabr 2020, 16:57 (GMT +4)
XİN başçısı: “Münaqişənin həllində dinc birgəyaşayışın bərpası mərhələsinə qədəm qoymuşuq”

27 Noyabr 2020, 16:50 (GMT +4)
Avstraliya Əfqanıstanda mülki şəxsləri qətlə yetirən hərbçilərdən 10-nu kənarlaşdırıb

27 Noyabr 2020, 16:38 (GMT +4)
Bakı-Xırdalan-Sumqayıt qatarı yenidən xəttə buraxılır

27 Noyabr 2020, 16:25 (GMT +4)
DİM distant tədrisin inkişafı üçün beynəlxalq assosiasiyanın üzvlüyünə qəbul edilib

27 Noyabr 2020, 16:16 (GMT +4)
Lənkəran sakinindən tapança götürülüb

27 Noyabr 2020, 15:58 (GMT +4)
Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb

27 Noyabr 2020, 15:46 (GMT +4)
Rusiya XİN: Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdayıq

27 Noyabr 2020, 15:30 (GMT +4)
İranda bir günə 406 koronavirus xəstəsi dünyasını dəyişib

27 Noyabr 2020, 15:20 (GMT +4)
Paşinyan: Hazırda Ermənistan üçün ən vacibi Azərbaycanla sülhdür

27 Noyabr 2020, 15:10 (GMT +4)
“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planı” təsdiqlənib

27 Noyabr 2020, 14:55 (GMT +4)
Azərbaycanda son sutkada 3 712 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib

27 Noyabr 2020, 14:43 (GMT +4)
Neft yenidən ucuzlaşıb

27 Noyabr 2020, 14:27 (GMT +4)
Xaçmazda COVID-19 xəstəsi saxlanılıb

27 Noyabr 2020, 14:10 (GMT +4)
Azərbaycan və İspaniya gömrük orqanları anlaşma memorandumu imzalayıb

27 Noyabr 2020, 13:50 (GMT +4)
Rəsmi Moskva Pompeonun İsrailin işğal etdiyi Colana səfərini tənqid edib

27 Noyabr 2020, 13:40 (GMT +4)
Noyabrın 29-dan hava şəraiti qeyri-sabit keçəcək, yağış, qar yağacaq

27 Noyabr 2020, 13:30 (GMT +4)
Qadın sahibkarlığının inkişafına dair forum keçirilib

27 Noyabr 2020, 13:21 (GMT +4)
Masallıda karantin postundan keçmək istəyən koronavirus xəstələri saxlanılıb

27 Noyabr 2020, 13:07 (GMT +4)
Səudiyyə Ərəbistanı koalisiyası Yəmən paytaxtına 10-dan çox hava zərbəsi endirib

27 Noyabr 2020, 13:00 (GMT +4)
Bakıda növbəti dəfə dezinfeksiya işləri aparılacaq

27 Noyabr 2020, 12:57 (GMT +4)
Rusiyada son sutkada 27.543 nəfərdə koronavirusa yoluxma aşkar edilib

27 Noyabr 2020, 12:45 (GMT +4)
Anar Kərimov beynəlxalq təşkilatlara çağırış edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66