Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycan Prezidenti Türkiyə parlamentinin Sədrini qəbul edib

19 Oktyabr 2020, 14:15 (GMT +4)

Bakı, 19 oktyabr, SalamNews. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

SalamNews xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev deyib:

- Xoş gəlmisiniz. Sizi səmimiyyətlə salamlayıram.

Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop: Xoş gördük.

Prezident İlham Əliyev: Çox şadam ki, Siz gəlmisiniz. Ölkəmiz üçün bu çətin bir dövrdə Sizin gəlişiniz xüsusi məna daşıyır. Bu, bir daha Türkiyənin Azərbaycana göstərdiyi qardaşlıq münasibətinin təzahürüdür, həmrəyliyin təzahürüdür. Biz bu hadisələr baş verəndən dərhal sonra Türkiyənin dəstəyini hiss etdik, bu gün də hiss edirik. Əziz qardaşım, hörmətli Prezident çox müsbət və çox dəqiq açıqlamalar vermişdir. Bu açıqlamalar Azərbaycan xalqını çox məmnun etdi, bütün dünyaya göstərdi ki, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq. Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər bu açıq mövqe göstərilməsəydi, bu gün başqa qüvvələr bu işlərə qarışa bilərdi. Onsuz da Ermənistanın məqsədi bundan ibarətdir, onlar bu münaqişənin coğrafiyasını genişləndirmək istəyirlər və çox yanlış yoldadırlar. Çünki görürlər ki, bizim qarşımızda təkbaşına duruş gətirə bilmirlər. Döyüş meydanında biz onları məğlub edirik. Hər gün cəbhədən çox gözəl xəbərlər gəlir. Bu gün səhər mən yeni kəndlərin azad edilməsi haqqında məlumat vermişəm. Azərbaycan Ordusu zəfər marşındadır və qarşımızda duran bütün vəzifələr yerinə yetirilir.

Türkiyə dövlətinin və xalqının dəstəyi xüsusi önəm daşıyır. Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkə tapmaq mümkün deyil. Hər zaman bir-birimizin yanındayıq. Bundan sonra da belə olacaq. Həm Türkiyə Böyük Millət Məclisinin açıqlamaları, Sizin, hörmətli cənab Sədr, açıqlamalarınız, nazirlərin açıqlamaları, Türkiyədən adi vətəndaşlardan mənə gələn məktublar böyük həmrəyliyin təzahürüdür.

Bu mövqeyə, qardaşlıq mövqeyinə görə və gəldiyiniz üçün bir daha Sizə təşəkkürümü bildirirəm. Əminəm ki, səfəriniz bizim qardaşlıq əlaqələrimizin tarixində yeni gözəl səhifə olacaqdır. Xoş gəlmisiniz.

Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop: İnşallah. Xoş gördük, cənab Prezidentim. Əvvəla, Türkiyədən hörmətli Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırmaq istəyirəm. Türkiyə Böyük Millət Məclisindən deputatlarımızın hamısının Sizə salamları var, parlamentimizin duaları sizinlədir.

Burada fərqli partiyalardan dostlarımız var. Biz təmsilçilik qabiliyyəti yüksək olan bir heyətlə gəldik, dəstəyimizi ifadə etmək istədik.

Bunu Türkiyədə hər zaman deyirik, Tovuz hücumlarında da Məclisimizdə dörd siyasi partiya bir açıqlama vermişdi, 27 sentyabrdan sonra da bir daha açıqlama verdi. Amma bütün bunları bir də Bakıda təkrarlamaq, söyləmək istədik. Millətimizin də dəstək və duaları daim Azərbaycanladır, Sizinlədir. Azərbaycanın uğuru, müvəffəqiyyəti üçün dua edirik, o sevindirici xəbərləri aldıqca da bütün millət olaraq sevinirik. Allah müvəffəq etsin, zəfər nəsib etsin.

Təbii ki, Türkiyənin Azərbaycana dəstəyinin təməli dostluq və qardaşlıqdır. Zati-aliləri, Sizin də dediyiniz kimi, dünyada Azərbaycan-Türkiyə dostluğuna, qardaşlığına bənzər ikinci ölkə yoxdur. “Bir millət, iki dövlət” deyirik. Bunun tarixi əsasları var. Axşam Şəhidlər xiyabanında idik, orada Türkiyədəki 34 vilayətimizdən şəhidlər var, onlar burada uyuyurlar, adları məzar daşlarında var. Biz Türkiyə olaraq Azərbaycanın çətin günündə burada - Azərbaycanın yanında olmuşuq, onun kədəri bizim kədərimiz, sevinci isə bizim sevincimizdir. Bu, həm də sizin üçün də eynidir. Siz Yunanıstan səfirini qəbul edərkən verdiyiniz açıqlama Türkiyədə çox böyük diqqətlə, sevinclə izlənildi və çox yüksək dəyərləndirildi.

Bizim Azərbaycana dəstəyimiz təkcə dostluqla bağlı deyil, bu mübarizə Azərbaycanın haqlı mübarizəsidir. Həm tarixən haqlıdır, çünki Dağlıq Qarabağ tarix boyunca, yüz illərlə həmişə Azərbaycan torpağı, Azərbaycan Vətəninin bir hissəsi olub. Sovet dövründə də, Çar Rusiyası dövründə də belə olub. Azərbaycan beynəlxalq hüquq baxımından da haqlıdır.

Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.

Sonda xatirə şəkli çəkdirilib.

 

Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

03 Dekabr 2020, 14:25 (GMT +4)
Suqovuşan və Talış kəndlərində sahə inspektorları təyin edilib, xidməti post qurulub

03 Dekabr 2020, 14:13 (GMT +4)
Bərdədə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi müəyyən edilib

03 Dekabr 2020, 13:54 (GMT +4)
Caspian Energy Club Yusif Abdullayevin iştirakı ilə onlayn B2G FORUM təşkil edib

03 Dekabr 2020, 13:46 (GMT +4)
Azərbaycanda Zəfər Günü noyabrın 8-də qeyd ediləcək

03 Dekabr 2020, 13:28 (GMT +4)
Zəngilanda yol qəzası olub, ölən var

03 Dekabr 2020, 13:10 (GMT +4)
Rusiyada son sutkada 28 mindən çox COVID-19-a yoluxma qeydə alınıb

03 Dekabr 2020, 13:01 (GMT +4)
Trampın müşaviri ərəbləri barışdırmaq üçün regionda səfərdədir

03 Dekabr 2020, 13:00 (GMT +4)
Müdafiə Nazirliyi Laçın rayonunun Hüsülü və Malıbəy kəndlərinin videogörüntülərini yayıb (VİDEO)

03 Dekabr 2020, 12:58 (GMT +4)
Ərdoğan Bakıda keçiriləcək Zəfər Paradında iştirak edəcək

03 Dekabr 2020, 12:45 (GMT +4)
Cəlilabad və Masallıda COVID-19 xəstələri yaşayış yerini tərk edib

03 Dekabr 2020, 12:37 (GMT +4)
Fransa DİN rəhbəri: Ölkədə 76 məsciddə reyd keçiriləcək

03 Dekabr 2020, 12:30 (GMT +4)
"Azəriqaz": Qarabağda ilkin texniki-iqtisadi əsaslandırmaya başlanılıb

03 Dekabr 2020, 12:10 (GMT +4)
Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb

03 Dekabr 2020, 12:09 (GMT +4)
ABŞ Qasim Süleymaniyə qarşı terrorun ildönümü ilə əlaqədar İraqdakı səfirliyinin işçilərini azaldır

03 Dekabr 2020, 12:00 (GMT +4)
Ötən gün evi tərk edən 2 koronavirus xəstəsi həyatını itirib

03 Dekabr 2020, 11:57 (GMT +4)
Dünyada COVID-19-a yoluxanların sayı 65 milyona yaxınlaşır

03 Dekabr 2020, 11:45 (GMT +4)
Dövlət Dəniz Agentliyinə yeni mətbuat katibi təyin olunub

03 Dekabr 2020, 11:40 (GMT +4)
NATO 2030-cu ilə qədər Rusiyanı əsas hərbi təhlükə hesab edir

03 Dekabr 2020, 11:30 (GMT +4)
Zərdabda COVID-19 virusunun daşıyıcısına cinayət işi başlanılıb

03 Dekabr 2020, 11:27 (GMT +4)
PKK Sincar rayonunu tərk edib, İraq Ordusu bölgəyə daxil olub

03 Dekabr 2020, 11:15 (GMT +4)
“Azərişıq” texniki itkilərin azaldılması ilə bağlı işləri davam etdirir

03 Dekabr 2020, 11:00 (GMT +4)
Vəkil Adil İsmayılov koronavirusdan vəfat edib

03 Dekabr 2020, 10:45 (GMT +4)
Fransanın keçmiş prezidenti koronavirusdan ölüb

03 Dekabr 2020, 10:45 (GMT +4)
Azərbaycan neftinin qiyməti 49 dollara yaxınlaşıb

03 Dekabr 2020, 10:35 (GMT +4)
Emanuel Makron beynəlxalq yardımların verilməsi üçün Livan qarşısında şərt qoyub

03 Dekabr 2020, 10:30 (GMT +4)
Qarabağda idmanla bağlı yeni təhsil klasterinin yaradılması təklif olunub

03 Dekabr 2020, 10:23 (GMT +4)
ABŞ-da koronavirusdan rekord ölüm qeydə alınıb

03 Dekabr 2020, 10:18 (GMT +4)
BMT Fələstinlilərin və Suriyanın lehinə 5 qərar qəbul edib, İsrail etirazını bildirib

03 Dekabr 2020, 09:54 (GMT +4)
Azərbaycan Müdafiə Nazirliyi Laçın şəhərinin videogörüntülərini yayıb (VİDEO)

03 Dekabr 2020, 09:50 (GMT +4)
NATO Gürcüstana dəstəyini gücləndirəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66