Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

İlham Əliyev: Türkiyə dövlətinin və xalqının dəstəyi xüsusi önəm daşıyır

19 Oktyabr 2020, 14:22 (GMT +4)

Bakı, 19 oktyabr, SalamNews. "Çox şadam ki, Siz gəlmisiniz. Ölkəmiz üçün bu çətin bir dövrdə Sizin gəlişiniz xüsusi məna daşıyır. Bu, bir daha Türkiyənin Azərbaycana göstərdiyi qardaşlıq münasibətinin təzahürüdür, həmrəyliyin təzahürüdür. Biz bu hadisələr baş verəndən dərhal sonra Türkiyənin dəstəyini hiss etdik, bu gün də hiss edirik. Əziz qardaşım, hörmətli Prezident çox müsbət və çox dəqiq açıqlamalar vermişdir. Bu açıqlamalar Azərbaycan xalqını çox məmnun etdi, bütün dünyaya göstərdi ki, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq".

SalamNews xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

"Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər bu açıq mövqe göstərilməsəydi, bu gün başqa qüvvələr bu işlərə qarışa bilərdi. Onsuz da Ermənistanın məqsədi bundan ibarətdir, onlar bu münaqişənin coğrafiyasını genişləndirmək istəyirlər və çox yanlış yoldadırlar. Çünki görürlər ki, bizim qarşımızda təkbaşına duruş gətirə bilmirlər. Döyüş meydanında biz onları məğlub edirik. Hər gün cəbhədən çox gözəl xəbərlər gəlir. Bu gün səhər mən yeni kəndlərin azad edilməsi haqqında məlumat vermişəm. Azərbaycan Ordusu zəfər marşındadır və qarşımızda duran bütün vəzifələr yerinə yetirilir.

Türkiyə dövlətinin və xalqının dəstəyi xüsusi önəm daşıyır. Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkə tapmaq mümkün deyil. Hər zaman bir-birimizin yanındayıq. Bundan sonra da belə olacaq. Həm Türkiyə Böyük Millət Məclisinin açıqlamaları, Sizin, hörmətli cənab Sədr, açıqlamalarınız, nazirlərin açıqlamaları, Türkiyədən adi vətəndaşlardan mənə gələn məktublar böyük həmrəyliyin təzahürüdür.

Bu mövqeyə, qardaşlıq mövqeyinə görə və gəldiyiniz üçün bir daha Sizə təşəkkürümü bildirirəm. Əminəm ki, səfəriniz bizim qardaşlıq əlaqələrimizin tarixində yeni gözəl səhifə olacaqdır. Xoş gəlmisiniz", - dövlət başçısı əlavə edib.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

31 İyul 2021, 17:00 (GMT +4)
Bu gün Bakıda 546 küçə dezinfeksiya edilib

31 İyul 2021, 16:45 (GMT +4)
Bakıda iki avtomobil toqquşub, ölən var

31 İyul 2021, 16:40 (GMT +4)
Gürcüstanda son sutkada COVID-19-a yoluxanların sayı 3 mindən çox olub

31 İyul 2021, 16:35 (GMT +4)
“Şahdəniz”dən hasil edilən 98 mlrd kubmetr qaz ixrac edilib

31 İyul 2021, 16:24 (GMT +4)
İranda Qədir-Xum bayramı münasibətilə minlərlə məhbus əfv edilib

31 İyul 2021, 16:23 (GMT +4)
Prezident Ərdoğan meşə yanğınınlarının baş verdiyi bölgələri ziyarət edəcək 

31 İyul 2021, 16:15 (GMT +4)
“Müzəffər Sərkərdə, yenilməz Ordu” adlı vətənpərvərlik tədbiri keçirilib (FOTO)

31 İyul 2021, 16:00 (GMT +4)
Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub

31 İyul 2021, 15:50 (GMT +4)
AÇG və “Şahdəniz”dən 567 mln tondan çox neft hasil edilib

31 İyul 2021, 15:43 (GMT +4)
Bayden Kuba hökumətinə qarşı yeni sanksiyalar vəd edib

31 İyul 2021, 15:40 (GMT +4)
Azərbaycan Ordusunun əsgəri şəhid olub

31 İyul 2021, 15:30 (GMT +4)
FHN-də yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirilib

31 İyul 2021, 15:27 (GMT +4)
Tokio Olimpiadasında COVID-19-a yoluxanların sayı 246-ya çatıb

31 İyul 2021, 15:15 (GMT +4)
Bakıda onlayn yolla "patı" satan şəxs saxlanılıb

31 İyul 2021, 15:02 (GMT +4)
Əlcəzair Səudiyyənin əl-Ərəbiyyə telekanalının nümayəndəliyinin bağlanılması barədə qərar verib

31 İyul 2021, 15:00 (GMT +4)
Sabunçuda dənizdə batan şəxsin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib

31 İyul 2021, 14:50 (GMT +4)
Bu il Azərbaycanda 20,3 mlrd kubmetr qaz hasil edilib

31 İyul 2021, 14:44 (GMT +4)
Rusiyada son sutkada 23 807 koronavirusa yoluxma aşkar edilib

31 İyul 2021, 14:40 (GMT +4)
Azad edilən ərazilərdə 13 911 daşınmaz əmlakın inventarlaşdırılması tamamlanıb

31 İyul 2021, 14:30 (GMT +4)
İlham Əliyev İsveçrə Prezidentinə məktub göndərib

31 İyul 2021, 14:24 (GMT +4)
Çavuşoğlu: Azərbaycandan yanğınların söndürülməsinə kömək üçün 102 nəfər gəlib

31 İyul 2021, 14:20 (GMT +4)
Müəllim olmaq istəyənlər üçün təkrar imtahanların keçiriləcəyi tarix açıqlanıb

31 İyul 2021, 14:11 (GMT +4)
Tokio-2020: Çin medal sıralamasına liderlik edir

31 İyul 2021, 14:10 (GMT +4)
MN: "Azərbaycan Ordusunun atəşkəsi pozması barədə məlumat yalandır"

31 İyul 2021, 14:00 (GMT +4)
Yarım ildə Azərbaycanda 3,3 milyon ton neft emal edilib

31 İyul 2021, 13:52 (GMT +4)
Türkiyə Tokio-2020-də ilk qızıl medalını qazanıb

31 İyul 2021, 13:50 (GMT +4)
Bu il Azərbaycan 14 mln ton neft ixrac edib

31 İyul 2021, 13:40 (GMT +4)
Masallı polisi əməliyyat keçirib, saxlanılan var

31 İyul 2021, 13:38 (GMT +4)
Müəmmər Qəddafinin oğlu son 10 ildə ilk dəfə olaraq kamera qarşısına çıxıb (FOTO)

31 İyul 2021, 13:30 (GMT +4)
Polis akkumulyator oğrularını saxlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66