Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

BNA Bakıda sərnişin axınının düzgün idarə olunması üçün nəqliyyat planı hazırlayıb

19 Oktyabr 2020, 11:00 (GMT +4)

Bakı, 19 oktyabr, SalamNews.Metro ilə sərnişindaşımaların müvəqqəti dayandırıldığında hazırda Bakı şəhərində sərnişindaşımaları avtobuslarla həyata keçirilir. Sərnişin axınının vaxtında və düzgün idarə olunması məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) nəqliyyat planı hazırlayıb.

Bu barədə SalamNews-a BNA-dan bildirilib.

Məlumatda deyilir ki, plana əsasən hazırda sərnişindaşımaları üzrə 153 müntəzəm və 10 ekspress marşrut xətti xidmət göstərir. Bu xətlər üzrə ümumilikdə 2100 ədədə yaxın avtobus cəlb olunub ki, bu da adi rejimlə müqayisədə 13-15 % çoxdur. Daha 70 ədəd avtobus isə ehtiyyat olaraq səhər və axşam pik saatlarında daşımalara cəlb olunacaq. Avtobusların sayı və intervalı sərnişin tələbatına uyğun olaraq tənzimlənir. Lakin daşımaların rahat və vaxtlı-vaxtında təmin olunması üçün avtobusların maneəsiz hərəkətinə ciddi zərurət vardır. Belə ki, bu gün səhər aparılan müşahidələr də onu göstərir ki, gün ərzində xüsusilə pik saatlarında nəqliyyatın hərəkətində yaranan sıxlıqlar avtobuslararası hərəkət intervalının pozulmasına, avtobusların uzun müddət tıxacda qalmasına səbəb olur. Bu isə öz növbəsində dayanacaq məntəqələrində gözləyən sərnişin sayının artmasına və avtobuslarda sərnişin sıxlığının yaranmasını qaçılmaz edir. Bunu nəzərə alaraq fərdi avtomobil sürücülərindən xahiş edirik ki, avtobusların hərəkət üstünlüyünə anlayışla yanaşsınlar. Xüsusən də avtobusların dayanacaq məntəqələrinə sərbəst giriş-çıxışına şərait yaradılmalıdır. Dayanma-durma və parklanma qaydalarına ciddi şəkildə əməl olunmalıdır. Nəqliyyat vasitələrinin dayanacaq məntəqələrinin ərazisində, avtobusların hərəkət trayektoriyasında park edilməsinə yol verilməməlidir. Məlumat üçün bildirim ki, sərnişindaşımaların təşkilində Bakı Nəqliyyat Agentliyinin 20 nəfərdən çox əməkdaşı iştirak edir. Bundan əlavə sərnişin axını yüksək olan 30-dan çox dayanacaq məntəqəsində 120 nəfərdən artıq nəzarətçi xidmət edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BNA: Paytaxtda 160-dan çox küçə və prospektdə 2 200-dən artıq pandus var

BNA: Paytaxtda bəzi yerlərdə parklanmanın pulsuz olması tıxaca səbəb olur

BNA: Bakının 100-dən çox küçəsində panduslar qurulub

BNA: Bakının bəzi yollarında tıxac yaranıb

BNA artan sərnişin tələbatını ödəmək üçün yeni hərəkət planını açıqlayıb

BNA: Avtobuslar adi rejimdə işləyəcək

BNA-nın taksilərlə bağlı açıqlama verən şöbə müdiri işdən çıxarılıb

BNA sədri Vüsal Kərimli koronavirusa yoluxub

BNA: Bakıda sərnişindaşımalarına 2,2 min avtobus çıxarılıb

BNA həftə ərzində daşınan sərnişinlərin statistikasını açıqlayıb

BNA: Xətlərə rekord sayda avtobus çıxarılıb

BNA sərnişindaşıma şirkətlərinə xəbərdarlıq edib

BNA: Həftə sonu marşrutlar fəaliyyətini dayandıracaq

BNA-nın mətbuat katibi koronavirusdan sağalıb

BNA rəsmisi və ailəsi koronavirusa yoluxub

BNA: Maskadan istifadə etməyən sərnişin olacağı halda avtobus hərəkət etməyəcək

BNA: Şəffaf arakəsmə quraşdırılmayan taksilərə fərqlənmə nişanı verilməyəcək

BNA: Avtobuslarda havalandırma sistemindən istifadə ilə bağlı qaydalar hazırlanır

BNA vətəndaşlara tibbi maska paylayıb

BNA və Bakı Şəhər Baş Polis İdarəsi birgə tədbirlərə başlayıb

04 Dekabr 2020, 18:03 (GMT +4)
Kəlbəcərin Yanşaq kəndinin görüntüləri yayımlanıb (VİDEO)

04 Dekabr 2020, 18:00 (GMT +4)
Bərdədə COVID-19 xəstəsinə cinayət işi başlanılıb

04 Dekabr 2020, 17:45 (GMT +4)
Bakıda məşhur mağazadan oğurluq edən şəxs tutulub

04 Dekabr 2020, 17:25 (GMT +4)
ATƏT-in rəhbər postlarına yeni təyinatlar təsdiqlənib

04 Dekabr 2020, 17:21 (GMT +4)
Azərbaycan növbəti dəfə Fransaya nota verib, səfir XİN-ə çağırılıb

04 Dekabr 2020, 17:10 (GMT +4)
Azərbaycan və Latviya XİN başçıları arasında telefon danışığı olub

04 Dekabr 2020, 16:58 (GMT +4)
Türkiyə Prezidenti: Dekabrın 8-də Azərbaycana səfər edəcəm

04 Dekabr 2020, 16:45 (GMT +4)
Türkiyə İranla sərhəddə 81 km-lik beton divarın tikintisini başa çatdırıb (FOTO)

04 Dekabr 2020, 16:36 (GMT +4)
Kürdəmirdə yük avtomobili velosipedçini vuraraq öldürüb

04 Dekabr 2020, 16:28 (GMT +4)
Ərdoğan: Fransa artıq vasitəçi kimi etibarlılığını itirib

04 Dekabr 2020, 16:18 (GMT +4)
Kürdəmir və Ağsuda şəhidlərin xatirəsi anılıb

04 Dekabr 2020, 16:07 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

04 Dekabr 2020, 15:51 (GMT +4)
BƏƏ F35 hərbi təyyarələrini ala bilməyəcəyi təqdirdə digər dövlətlərə üz tutacağını bəyan edib

04 Dekabr 2020, 15:43 (GMT +4)
Bakıda daha bir COVID-19 xəstəsinə cinayət işi başlanılıb

04 Dekabr 2020, 15:21 (GMT +4)
İlham Əliyev: "ÜST Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırıb"

04 Dekabr 2020, 15:10 (GMT +4)
Azərbaycan Ordusunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

04 Dekabr 2020, 14:58 (GMT +4)
Azərbaycan məscidlərində Vətən müharibəsi şəhidləri anılıb

04 Dekabr 2020, 14:50 (GMT +4)
AQTA 43 obyektdə pozuntu aşkarlanıb

04 Dekabr 2020, 14:37 (GMT +4)
Məşədi Dadaş məscidində Vətən müharibəsi şəhidləri anılıb

04 Dekabr 2020, 14:24 (GMT +4)
İranın Bakıdakı səfirliyi Azərbaycan xalqı və hökumətinə başsağlığı verib

04 Dekabr 2020, 14:18 (GMT +4)
DİN: 17 nəfər koronavirus xəstəsinə cinayət işi başlanılıb

04 Dekabr 2020, 14:07 (GMT +4)
QMİ sədri: Bu gün Türkiyənin 90 min məscidində şəhidlərimizin ruhu yad edilir

04 Dekabr 2020, 13:57 (GMT +4)
DİN: Ötən gün yol qəzalarında 4 nəfər ölüb

04 Dekabr 2020, 13:45 (GMT +4)
Şəhid Xudayar Yusifzadənin ailəsi üçün ev tikiləcək

04 Dekabr 2020, 13:24 (GMT +4)
Təzəpir məscidində Vətən müharibəsi şəhidləri anılıb

04 Dekabr 2020, 13:17 (GMT +4)
Heydər məscidində şəhidlərin anım mərasimi keçirilib, Vəhdət namazı qılınıb

04 Dekabr 2020, 13:14 (GMT +4)
Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq

04 Dekabr 2020, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

04 Dekabr 2020, 12:57 (GMT +4)
Səfir: Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır

04 Dekabr 2020, 12:45 (GMT +4)
Türkiyənin Bakıdakı diplomatları Vətən müharibəsi şəhidlərinin xatirəsini anıb (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66