Sobyanin Moskvada koronavirus səbəbiylə qoyulan məhdudiyyətlərə münasibət bildirib16 Oktyabr 2020, 13:25 (GMT +4) Bakı, 16 oktyabr, SalamNews. Moskva rəhbərliyi, vəziyyəti nəzərə alaraq koronavirus pandemiyası səbəbindən şəhərdə məhdudiyyətlərin tətbiq edilməsinə qərar verir.
SalamNews -un məlumatına görə, bunu TASS-a müsahibəsində paytaxt meri Sergey Sobyanin bildirib.
"Bizim üçün vacibdir, müxtəlif tədbirlərlə koronavirusun yayılmasının qarşısını almaq son dərəcə vacibdir", o deyib.
Onun sözlərinə görə, "heç bir şey etməsək, sabah daha radikal, daha sərt, daha xoşagəlməz tədbirlər görməli olacayıq".
|