Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Müdafiə Nazirliyi “Elbrus” ballistik raket qurğusunun göstəricilərini açıqlayıb (FOTO)

14 Oktyabr 2020, 23:18 (GMT +4)

Bakı, 14 oktyabr, SalamNews.Azərbaycan Hərbi Hava Qüvvələrinin Qərargah rəisi, general-mayor İkram Əliyev mülki əhalini hədəfə alan Ermənistan silahlı qüvvələrinə məxsus operativ-taktiki komplekslərin taktiki xüsusiyyətləri və onların imkanlarını açıqlayıb.

Müdafiə Nazirliyindən SalamNews-a verilən məlumata görə, general-mayor 9K72 operativ-taktiki raket kompleksinin (OTZK) 8K14 raketi ilə birgə canlı qüvvəni, idarəetmə məntəqələrini, aerodromları və digər əsas obyektləri məhv etmək üçün təyin olunduğunu bildirib.

İ.Əliyev qeyd edib ki, bu kompleks silahlanmaya 1967-ci ildə qəbul edilib. Raketin atəş məsafəsi 50-300 kilometr, maksimal uzaqlığa uçma vaxtı 5 dəqiqə, start çəkisi 5 862 kiloqram, doldurulmamış raketin çəkisi isə 2076 kiloqramdır. Uzunluğu 11 metr 164 santimetrdir. Korpusunun diametri 881 metrdir. Kompleksin ümumi çəkisi 37 ton, döyüş heyəti 8 nəfərdən ibarətdir.

O vurğulayıb ki, 8K14 raketi reaktiv maye mühərrikli, ayrılmayan döyüş hissəli, avtonom idarəetmə və qəza partlayış sistemli ballistik raketdir. Raket fuqaslı 987 kiloqram həcmli partladıcı döyüş hissəsi ilə təchiz olunub. Həmin döyüş hissəsi bir hektara qədər ərazidə döyüş texnikasını və şəxsi heyəti məhv etməyə qadirdir. Uçuş trayektoriyasının hündürlüyü uzaq məsafəyə atılanda 86 kilometr, yaxın məsafəyə atış zamanı isə 24 kilometrdir. Uçuş vaxtı 165-313 saniyədir.

İ.Əliyev düşmənin silahlanmasında olan taktiki və operativ taktiki raket sistemlərinin hədləri barədə fotoslaydlar əsasında məlumat verərək diqqətə çatdırıb ki, oktyabrın 11-də Mingəçevir və Gəncə şəhərlərinə zərbələr endirilib. Fotoşəkillərdən də göründüyü kimi, əgər bu raket atılsaydı, o hətta Bakının da ətrafına düşə bilərdi. Burada böyük infrastrukturlar daxil olmaqla zərbə endirilə bilərdi. Ötən gün bu sistemlər Dağlıq Qarabağ ərazisinə keçsəydi, həmin sistemlərin atəş məsafəsi Bakını da ötə bilərdi. Əldə olunan kəşfiyyat məlumatları əsasında müəyyənləşdirilib ki, Ermənistan tərəfindən atılan “Toçka-U” raketi Xankəndi ətrafındakı Ballıca yaşayış məntəqəsinin yanından start mövqe tutaraq oradan zərbə endirib. Mülki yaşayış məntəqələrimizə atılan bu ballistik raketlərin bir hissəsi Azərbaycan Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri tərəfindən vaxtında aşkarlanaraq məhv edilib. Amma səmərəli mübarizə ondan ibarətdir ki, həmin ballistika raketlərin buraxıcı qurğuları raketlər buraxılmamışdan əvvəl yerdə məhv edilməsini nəzərə alaraq Azərbaycan Ordusu ballistik raketlərin buraxıcı qurğularına və onları dəstəkləyən infrastruktura qarşı müxtəlif növ kəşfiyyat və zərbə vasitələrindən istifadə edərək xüsusi əməliyyatlara başlayıb. Beləliklə, ballistik raketlərə qarşı xüsusi əməliyyatların nəticəsində oktyabrın 12-də saat 14 radələrində işğal altındakı Qubadlı rayonu ərazisində bir ədəd “Toçka-U” raketi məhv edilib. Oktyabrın 14-də gecə saat 01 radələrində iki ədəd və səhər 08:30 radələrində bir ədəd olmaqla ümumilikdə üç ədəd “Elbrus” ballistik raket qurğusunun raketləri ilə birlikdə ordumuz tərəfindən aşkarlanaraq məhv edilib.

General-mayor bildirib ki, 300 kilometr atış məsafəsinə malik “Elbrus” ballistik raketi kifayət qədər ön cəbhəyə gətirildiyi zaman Bakı şəhərinə çatacaq uçuş məsafəsinə də malikdir. Əgər Dağlıq Qarabağ ərazisinə o gətirilsəydi, hansı dağıntılara səbəb ola biləcəyi aydın təsəvvür etmək mümkündür. Əldə edilmiş kəşfiyyat məlumatları əsasında Dağlıq Qarabağda yerləşən 1-ci ümumqoşun ordusunun tərkibində belə hərbi hissənin olmadığını bilirik. Bu silah Ermənistanın 71-ci raket alayının tərkibindədir. Həmin hərbi hissə Stepanavan şəhərində yerləşir.

Qeyd edək ki, oktyabrın 14-də Hərbi İnformasiya Mərkəzində Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, ölkəmizdə akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri üçün brifinq təşkil olunub. Brifinqdə hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edilən həmin sistemlərin döyüş mövqeyi tutduğu, köməkçi avtomobillərin də yaxınlaşdığı və raketlərin atışa hazırlandığı əks olunan video nümayiş olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Türkiyə Müdafiə Nazirliyi Qarabağla bağlı bəyanat yayıb

Rusiya Müdafiə Nazirliyinin saytında Qarabağdakı sülhməramlılarla bağlı xüsusi bölmə yaradılıb

MN: Ermənistan müdafiə nazirliyi törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır

Müdafiə Nazirliyi: Düşmənin silah-sursat anbarı partlayıb

Müdafiə Nazirliyi: Düşmənin əlahiddə zirehli tank taborunun komandiri məhv edilib

Müdafiə Nazirliyi: “Düşmənin snayper qrupu məhv edilib”

Azərbaycan Müdafiə Nazirliyi yeni açıqlama yayıb

Müdafiə Nazirliyi: Düşmən yaşayış məntəqələrimizi atəşə tutur

Müdafiə Nazirliyi: Ordumuza məxsus PUA vurulmayıb

Müdafiə Nazirliyi: Azərbaycan tərəfinin hücum cəhdi olmayıb

Müdafiə Nazirliyi: Yaylım atəşli reaktiv sistemlərimizin hamısı tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir

Müdafiə Nazirliyi: Bugünkü döyüşlərdə aviasiya vasitələri tətbiq olunmayıb

Müdafiə Nazirliyi: Düşmənin yüksək rütbəli zabitləri məhv edilib

Müdafiə Nazirliyi rəsmi sosial şəbəkə hesablarının siyahısını yayımlayıb

Müdafiə Nazirliyi: Ordumuza məxsus PUA vurulmayıb

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb

Müdafiə Nazirliyi: Düşmən Tərtəri “Smerç” ilə atəşə tutub

Müdafiə Nazirliyi: Azərbaycanın hərbi aviasiyadan istifadə etməsi xəbəri yalandır

Müdafiə Nazirliyi: Tovuz, Gədəbəy və Daşkəsən rayonları Ermənistan ərazisindən atəşə tutulub

Müdafiə Nazirliyi: Düşmən Tərtər rayonunu atəşə tutub

27 Noyabr 2020, 12:30 (GMT +4)
DYP sürücülərə müraciət edib

27 Noyabr 2020, 12:24 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxmada yeni anti-rekord qeydə alınıb

27 Noyabr 2020, 12:15 (GMT +4)
BANM və Tallinn Texnologiya Universiteti arasında müqavilə imzalanıb

27 Noyabr 2020, 12:00 (GMT +4)
Bu il SOCAR-ın yeraltı qaz anbarlarına 2 milyard kubmetrədək qaz vurulub

27 Noyabr 2020, 11:45 (GMT +4)
Bakıda marşrut avtobuslarının dezinfeksiyasına nəzarət gücləndirilib

27 Noyabr 2020, 11:30 (GMT +4)
"Maestro Niyazi" gəmisi təmirdən sonra istismara qaytarılıb

27 Noyabr 2020, 11:23 (GMT +4)
Tramp Senatda respublikaçı namizədləri dəstəkləmək üçün Corciaya getmək niyyətindədir

27 Noyabr 2020, 11:15 (GMT +4)
Qubada yaşayış yerlərini tərk edən 3 aktiv COVID-19 xəstəsi aşkarlanıb

27 Noyabr 2020, 11:00 (GMT +4)
Şəmkirdə ev yanıb

27 Noyabr 2020, 10:45 (GMT +4)
Samuxda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib

27 Noyabr 2020, 10:45 (GMT +4)
Dünyada COVID-19-a yoluxanların sayı 61 milyonu keçib

27 Noyabr 2020, 10:33 (GMT +4)
Birləşmiş Ərəb Əmirlikləri İsrailə uçuşlarına rəsmən start verib

27 Noyabr 2020, 10:30 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

27 Noyabr 2020, 10:21 (GMT +4)
Paşinyan Putinlə bir saat ərzində iki dəfə telefonla danışdığını açıqlayıb

27 Noyabr 2020, 10:15 (GMT +4)
AQTA sahibkarlara çağırış edib

27 Noyabr 2020, 10:01 (GMT +4)
Azərbaycan banklarına qoyulan depozitlər azalıb

27 Noyabr 2020, 09:51 (GMT +4)
Sandu Moldova hökumətinin istefasından yanadır

27 Noyabr 2020, 09:50 (GMT +4)
Livana dəstək məqsədilə donorların toplantısı keçiriləcək

27 Noyabr 2020, 09:45 (GMT +4)
Qaxda yanğın hadisəsi baş verib

27 Noyabr 2020, 09:30 (GMT +4)
Azərbaycan və İtaliya XİN başçıları arasında telefon danışığı olub

27 Noyabr 2020, 09:23 (GMT +4)
ABŞ-ın növbəti hökumətindən İraqla bağlı fərqli rəftar görmək istəyirik - Rəsmi Bağdad

27 Noyabr 2020, 09:15 (GMT +4)
BDU Dövlət Bayrağını təhqir edən tələbə ilə bağlı məlumat yayıb

27 Noyabr 2020, 09:14 (GMT +4)
Buenos Ayresdə polislə Maradonanın azarkeşləri arasında toqquşma baş verib

27 Noyabr 2020, 09:00 (GMT +4)
Azərbaycanda simptomsuz şəxslərdən COVID-19 testi götürülməsi müvəqqəti dayandırılıb

26 Noyabr 2020, 19:31 (GMT +4)
Elxan Şahinoğlu: Azərbaycan-İran sərhədi dostluq sərhədinə çevriləcək

26 Noyabr 2020, 19:28 (GMT +4)
Azərbaycan Fransaya nota verib, səfir XİN-ə çağırılıb

26 Noyabr 2020, 18:23 (GMT +4)
“Azercell” “iPhone 12 Pro Max” və “iPhone 12 Mini”nin satışlarına başlayıb

26 Noyabr 2020, 17:59 (GMT +4)
Mikayıl Cabbarov: Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq

26 Noyabr 2020, 17:50 (GMT +4)
Azərbaycan manatının dövretmə sürəti cüzi artıb

26 Noyabr 2020, 17:43 (GMT +4)
Bu il əhali abonentlərinin 90 %-dən çoxu qazda güzəştli limiti keçməyib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66