Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

YAP dünyanın 57 siyasi partiyasına və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

12 Oktyabr 2020, 16:58 (GMT +4)

Bakı, 12 oktyabr, SalamNews.Yeni Azərbaycan Partiyası (YAP) oktyabrın 11-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raketlərdən atəşə tutması nəticəsində dinc sakinlərin həyatını itirməsi, çoxlu sayda insanın yaralanması ilə nəticələnən hərbi təxribatla əlaqədar dünya ictimaiyyətinə, əməkdaşlıq etdiyi siyasi partiya bloklarına və siyasi partiyalara müraciət ünvanlayıb.

YAP-dan SalamNews-a bildirilib ki, erməni terrorçularının dinc insanlara qarşı törətdiyi növbəti vəhşilik və onun ağır fəsadları haqqında məlumatların yer aldığı müraciətdə bildirilir: “Ermənistan silahlı qüvvələrinin oktyabrın 11-i gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını “Toçka-U” raket sistemindən atəşə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16-sı qadın, 6-sı uşaq olmaqla 34 nəfər yaralanıb. Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Həmçinin Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 4 radələrində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını növbəti dəfə hədəfə almaqla cəbhə zonasından 100 kilometrdən çox uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atıb”.

Yeni Azərbaycan Partiyasının müraciətində, həmçinin qeyd olunur: “Ermənistanın bu barbarlığı Rusiya Xarici İşlər nazirinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Moskvada 11 saat davam edən gərgin danışıqlarının nəticəsində əldə olunan, oktyabrın 10-u saat 12:00-da qüvvəyə minən humanitar atəşkəs rejiminin növbəti dəfə kobud şəkildə pozulmasıdır.

Atəşkəsin ilk dəqiqələrindən etibarən Ermənistan silahlı qüvvələri Azərbaycanın şəhər və kəndlərini, mülki obyektlərini, dinc əhalisini atəşə tutmaqda davam edir. Bununla da işğalçı Ermənistanın siyasi-hərbi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, insanlıq əleyhinə yeni cinayətlərə imza atmaqdadır”.

Yeni Azərbaycan Partiyası erməni terrorunun insanlığa və bəşəriyyətə təhlükə olduğunu nəzərə çatdıraraq, müraciətdə daha sonra bildirib: “1990-cı illərin əvvəllərində, birinci Qarabağ müharibəsində Dağlıq Qarabağın və ətraf rayonların azərbaycanlı əhalisinə qarşı etnik təmizləmə həyata keçirən, minlərlə uşağı və qadını qətlə yetirən Ermənistan dinc sakinlərə qarşı sistemli terror əməllərini bu gün də davam etdirir. 1994-cü ildə əldə olunan və bu il sentyabrın 27-dək davam edən atəşkəs rejimi müddətində də Ermənistan dəfələrlə Azərbaycanın mülki əhalisini hədəfə alıb, onlarla uşağın ölümünə və yaralanmasına səbəb olan terror aktları həyata keçirib.

Sentyabrın 27-də Ermənistan tərəfindən növbəti hərbi təxribatın törədilməsindən etibarən isə bu ölkə tərəfindən Azərbaycanın dinc əhalisinə, əhalinin sıx məskunlaşdığı şəhərlərə və yaşayış məntəqələrinə hücumlar yeni mərhələyə yüksələrək daha geniş miqyas alıb. Ermənistanın bu cinayətkar hücumları nəticəsində aralarında məktəblilər də olmaqla 41 mülki şəxs öldürülüb, 200-dən artıq insan yaralanıb, mindən çox ev və digər mülki obyekt dağıdılıb”.

Yeni Azərbaycan Partiyasının müraciətində, həmçinin qeyd olunur: “Tərəfləri daim atəşkəsə çağıran beynəlxalq ictimaiyyət Ermənistanın beynəlxalq hüquqa və humanitar atəşkəs prinsiplərinə zidd olan bu əməllərinə münasibət bildirməlidir. Humanitar atəşkəs rejiminin qüvvəyə minməsindən cəmi bir neçə saat sonra Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrimizin hədəfə alınması, eləcə də Azərbaycan Silahlı Qüvvələrinə qarşı son hücumlar Ermənistanın beynəlxalq ictimaiyyətə hörmətsizliyinin, eləcə də bu ölkə rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığının göstəricisidir.

Ona görə də Yeni Azərbaycan Partiyası olaraq beynəlxalq ictimaiyyəti, o cümlədən tərəfdaş siyasi partiyaları və beynəlxalq siyasi partiya təşkilatlarını Ermənistanın humanitar atəşkəsi pozan əməllərini və dinc əhaliyə qarşı hücumlarını qəti şəkildə pisləməyə çağırırıq”.

Müraciət Avropa və Asiyanın 37 ölkəsindən 57 siyasi partiyaya, eləcə də bir sıra beynəlxalq təşkilatlara ünvanlanıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Yaponiyanın Baş naziri ölkədə koronavirusla bağlı vəziyyəti həyəcanverici adlandırıb

YAP Prezidentə müraciət edib

Yaponiya və Azərbaycan arasında mövcud turizm əlaqələri və əməkdaşlıq perspektivləri müzakirə edilib

Yaponiyanın NHK telekanalı Dağlıq Qarabağda davam edən müharibə barədə xüsusi veriliş yayımlayıb

Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib

Sahibə Qafarova Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada ilə görüşüb

Yaponiyanın Baş naziri Putinlə telefon danışığı keçirmək niyyətindədir

YAP-da sosial şəbəkələrin fəaliyyəti müzakirə edilib

YAP bəyanat yayıb

YAP İcra Katibliyində videokonfrans keçirilib

Prezident İlham Əliyev Yaponiyanın Baş Nazirini təbrik edib

Yosihide Suqa Yaponiyanın Baş naziri olub

Yaponiya hökuməti tam tərkibdə istefaya gedib

Yaponiyada 100 yaşdan yuxarı insanların sayı 80 mini keçib

YAP beynəlxalq təşkilatlara müraciət edib

YAP 10 tələbəyə təqaüd verəcək

Yaponiyada hakim partiyanın liderinin seçkiləri keçirilib

Yaponiyada 2 güclü zəlzələ baş verib

Yaponiyada sərnişin təyyarədə bomba olduğunu açıqlayıb

Yaponiyada təyyarə maskasız sərnişinə görə təcili eniş edib

04 Dekabr 2020, 18:03 (GMT +4)
Kəlbəcərin Yanşaq kəndinin görüntüləri yayımlanıb (VİDEO)

04 Dekabr 2020, 18:00 (GMT +4)
Bərdədə COVID-19 xəstəsinə cinayət işi başlanılıb

04 Dekabr 2020, 17:45 (GMT +4)
Bakıda məşhur mağazadan oğurluq edən şəxs tutulub

04 Dekabr 2020, 17:25 (GMT +4)
ATƏT-in rəhbər postlarına yeni təyinatlar təsdiqlənib

04 Dekabr 2020, 17:21 (GMT +4)
Azərbaycan növbəti dəfə Fransaya nota verib, səfir XİN-ə çağırılıb

04 Dekabr 2020, 17:10 (GMT +4)
Azərbaycan və Latviya XİN başçıları arasında telefon danışığı olub

04 Dekabr 2020, 16:58 (GMT +4)
Türkiyə Prezidenti: Dekabrın 8-də Azərbaycana səfər edəcəm

04 Dekabr 2020, 16:45 (GMT +4)
Türkiyə İranla sərhəddə 81 km-lik beton divarın tikintisini başa çatdırıb (FOTO)

04 Dekabr 2020, 16:36 (GMT +4)
Kürdəmirdə yük avtomobili velosipedçini vuraraq öldürüb

04 Dekabr 2020, 16:28 (GMT +4)
Ərdoğan: Fransa artıq vasitəçi kimi etibarlılığını itirib

04 Dekabr 2020, 16:18 (GMT +4)
Kürdəmir və Ağsuda şəhidlərin xatirəsi anılıb

04 Dekabr 2020, 16:07 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

04 Dekabr 2020, 15:51 (GMT +4)
BƏƏ F35 hərbi təyyarələrini ala bilməyəcəyi təqdirdə digər dövlətlərə üz tutacağını bəyan edib

04 Dekabr 2020, 15:43 (GMT +4)
Bakıda daha bir COVID-19 xəstəsinə cinayət işi başlanılıb

04 Dekabr 2020, 15:21 (GMT +4)
İlham Əliyev: "ÜST Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırıb"

04 Dekabr 2020, 15:10 (GMT +4)
Azərbaycan Ordusunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

04 Dekabr 2020, 14:58 (GMT +4)
Azərbaycan məscidlərində Vətən müharibəsi şəhidləri anılıb

04 Dekabr 2020, 14:50 (GMT +4)
AQTA 43 obyektdə pozuntu aşkarlanıb

04 Dekabr 2020, 14:37 (GMT +4)
Məşədi Dadaş məscidində Vətən müharibəsi şəhidləri anılıb

04 Dekabr 2020, 14:24 (GMT +4)
İranın Bakıdakı səfirliyi Azərbaycan xalqı və hökumətinə başsağlığı verib

04 Dekabr 2020, 14:18 (GMT +4)
DİN: 17 nəfər koronavirus xəstəsinə cinayət işi başlanılıb

04 Dekabr 2020, 14:07 (GMT +4)
QMİ sədri: Bu gün Türkiyənin 90 min məscidində şəhidlərimizin ruhu yad edilir

04 Dekabr 2020, 13:57 (GMT +4)
DİN: Ötən gün yol qəzalarında 4 nəfər ölüb

04 Dekabr 2020, 13:45 (GMT +4)
Şəhid Xudayar Yusifzadənin ailəsi üçün ev tikiləcək

04 Dekabr 2020, 13:24 (GMT +4)
Təzəpir məscidində Vətən müharibəsi şəhidləri anılıb

04 Dekabr 2020, 13:17 (GMT +4)
Heydər məscidində şəhidlərin anım mərasimi keçirilib, Vəhdət namazı qılınıb

04 Dekabr 2020, 13:14 (GMT +4)
Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq

04 Dekabr 2020, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

04 Dekabr 2020, 12:57 (GMT +4)
Səfir: Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır

04 Dekabr 2020, 12:45 (GMT +4)
Türkiyənin Bakıdakı diplomatları Vətən müharibəsi şəhidlərinin xatirəsini anıb (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66