Rusiya XİN: Mnatsakanyanın Moskvaya səfəri zamanı əsasən Dağlıq Qarabağdakı vəziyyət müzakir ediləcək12 Oktyabr 2020, 10:37 (GMT +4) Bakı, 12 oktyabr, SalamNews. Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanın Moskvaya səfəri zamanı danışıqların mərkəzi mövzusu Dağlıq Qarabağdakı vəziyyət olacaq. SalamNews xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Açıqlamada qeyd edilir ki, Mnatsakanyan 11-13 oktyabr tarixlərində Moskvada rəsmi səfərdə olacaq. Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar keçiriləcək.
"Müzakirənin əsas mövzularından biri Dağlıq Qarabağ nizamlanmasının müzakirəsi olacaq. 9-10 oktyabr tarixlərində Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə Moskvada əldə edilən razılaşmaların daha da inkişaf etdirilməsi məqsədi ilə münaqişə bölgəsindəki gərginliyin azaldılması və əsaslı danışıqların bərpası üçün şərait yaradılmasına dair dialoq davam edəcək", Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
|