Moskvada Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının üçtərəfli görüşü başlayıb09 Oktyabr 2020, 17:53 (GMT +4) Bakı, 9 oktyabr, SalamNews. Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin üçtərəfli görüşü başlayıb.
SalamNews-un verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində keçirilən görüşdə Sergey Lavrov, Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan iştirak edir.
Görüşün yalnız 30 saniyəlik protokol hissəsi mətbuata açıq olub.
|