Azərbaycan və Ermənistan Moskvadakı məsləhətləşmələrdə iştirakını təsdiqləyib09 Oktyabr 2020, 11:21 (GMT +4) Bakı, 9 oktyabr, SalamNews. Azərbaycan və Ermənistan Moskvadakı məsləhətləşmələrdə iştirakını təsdiqləyib.
SalamNews -un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərə verdiyi açıqlamasında bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin, cəsədlərin və əsirlərin mübadiləsi üçün Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki hərbi əməliyyatları dayandırmağa çağırıb.
Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri Rusiyanın Xarici İşlər nazirinin vasitəçiliyi ilə bu mövzularda məsləhətləşmələr aparmaq üçün Moskvaya dəvət olunub.
|