Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

ETSN beynəlxalq təşkilatlara müraciət edib

08 Oktyabr 2020, 13:58 (GMT +4)

Bakı, 8 oktyabr, SalamNews.Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Ermənistanın Azərbaycana qarşı son günlərdəki hərbi təxribatları və 30 ildən çox davam edən təcavüzü nəticəsində ölkəmizin təbiətinə və regionun ətraf mühitinə vurduğu ziyan barədə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

Bu barədə SalamNews-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, BMT-nin Ətraf Mühit Proqramı (UNEP), BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE), BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNİDO), Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (IUCN), Ümumdünya Meteorologiya Təşkilatı (WMO), Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JİCA), Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA), BMT-nin “İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyası” (UNFCCC), BMT-nin “Səhralaşma ilə mübarizə haqqında” Konvensiyasına (UNCCD) ünvanlanan müraciətdə Azərbaycan ərazilərinin uzun müddətdir ki, Ermənistan tərəfindən işğal edildiyi, ərazilərimizin ekoloji terrora məruz qaldığı, bir milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyi bildirilib.

Müraciətdə təcavüzkar Ermənistanın hərbi birləşmələrinin son günlər Azərbaycanın iri şəhər və kəndlərini, yaşayış məntəqələrini, mülki obyektləri məqsədyönlü şəkildə ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində dinc əhali arasında həlak olanlar və yaralananlar olduğu bildirilib.

BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin hələ də icra olunmadığı, əksinə, işğal olunmuş ərazilərdə cinayətkar və qondarma rejim yaradaraq qanunsuz fəaliyyət göstərdiyi qeyd olunub. Təəssüflə bildirilib ki, uzun illərdir işğalçı Ermənistan təkcə xalqımıza qarşı deyil, eyni zamanda təbiətimizə və təbii sərvətlərimizə qarşı da terror həyata keçirir.

İşğal olunmuş ərazilərdə təbii sərvətlərin talan olunması, ərazilərin yandırılması, su ehtiyatlarının çirkləndirilməsi, flora və faunanın məhvi erməni işğalçıları tərəfindən bu gün də davam etdirilir və regionun ekoloji durumuna böyük zərər vurulur. İşğal altında olan ərazilərdə yerləşən su anbarlarından cəbhə boyu yaşayan əhalinin istifadəsinə imkan verilmir və su anbarları vasitəsilə həyata keçirilən ekoloji terror yaxınlıqda məskunlaşan əhali üçün ciddi təhlükə yaradır.

Belə ki, suya tələbatın daha çox olduğu əkin-biçin mövsümündə su anbarlarının qarşısı kəsilərək sudan istifadədə maneələr yaradılır, əksinə suya ehtiyac olmayan yağışlı günlərdə isə anbarlardan böyük həcmdə suyun buraxılması ətraf rayonların təsərrüfatlarına ciddi ziyan vurur. İşğal olunmuş ərazilərin təbiətinin, endemik bitki və heyvan növlərinin, təbii ehtiyatların məqsədli və sistemli şəkildə məhv edilməsi bu gün bir daha bütün dünyanın, beynəlxalq ekoloji təşkilatların diqqətində olmalı, Ermənistan tərəfindən törədilən bu ağır ekoloji cinayətlərə nəhayət ki, son qoyulmalı, müvafiq beynəlxalq instansiyalar səviyyəsində hüquqi qiymət verilməlidir. Həmçinin qeyd olunub ki, Azərbaycan regionda ən çox beynəlxalq ekoloji konvensiyaları ratifikasiya edən ölkə olaraq Ermənistanın təcavüzü nəticəsində bu çoxtərəfli razılaşmalardan irəli gələn öhdəliklərin yerinə yetirilməsində ciddi maneələrlə üzləşir.

Müraciətdə ətraf mühit məsələləri üzrə beynəlxalq təşkilatlar, beynəlxalq ictimaiyyət uzun müddət davam edən təcavüz nəticəsində yaranmış vəziyyəti nəzərə alaraq, ədalət, sülh və əmin-amanlığın bərpa olunması naminə əməli iş görməyə, işğalçı tərəfə təzyiq göstərməyə, Ermənistanın ölkəmizə qarşı törətdiyi təcavüz aktlarını qınamağa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırılıb.

Müraciətin sonunda ətraf mühit məsələləri üzrə Azərbaycanla əməkdaşlıq edən beynəlxalq təşkilatların bu məsələyə biganə qalmayacaqlarına, beynəlxalq hüquq pozuntularına, ekoloji terrora qarşı öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görəcəklərinə əminlik ifadə olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ETSN-də Türkiyənin Azərbaycandakı səfiri ilə görüş keçirilib

ETSN: Gələcəkdə su çatışmazlığının qarşısını almaq üçün tədbirlər planlaşdırılır

ETSN: Axşam saatlarında küləyin tədricən zəifləyəcəyi gözlənilir

ETSN: Füzulidə 57 hektar meşə sahəsi və 11 təbiət abidəsi məhv edilib

ETSN: Külək gecəyə doğru səngiyəcək

ETSN Bakıda ağac kəsilməsi ilə bağlı prokurorluğa müraciət edəcək

ETSN: Havada toz dumanı müşahidə olunur

ETSN ərəb turistlərin görüntüləri ilə bağlı növbəti açıqlama yayıb

ETSN: Bu gün ölkə ərazisində 15 minə yaxın müxtəlif cinsli ağac əkilib

ETSN: Azərbaycanda dağlıq ərazilərdə martın əvvəlində qarölçmə işlərinə başlanılacaq

ETSN: Ən aşağı temperatur göstəriciləri şimal-şərq rayonlarında olub

ETSN: Dumanlı hava şəraiti sabah da davam edəcək

ETSN: Badamdardakı sürüşmə əsasən təbii amillərin təsirindən baş verib

ETSN: Azərbaycanda vəhşi heyvan və quşların sayı artıb

ETSN: Ermənilər Qubadlıda yaşı 150-300 il olan Şərq çinarlarını məhv ediblər

ETSN: Ermənilərin ekoloji terroru ilə bağlı 31 təşkilata müraciət edilib

ETSN Erməni təcavüzü barədə beynəlxalq konvensiyaların katibliklərinə müraciət edib

ETSN: Ölkədə vəhşi heyvan və quş növlərinin ovu müvəqqəti dayandırılıb

ETSN ətrafa tullantılar atan istixana ilə bağlı qərar verib

XİN və ETSN birgə bəyanat yayıb

20 İyun 2021, 14:12 (GMT +4)
Burak Elmas "Qalatasaray"ın yeni prezidenti seçilib

20 İyun 2021, 13:46 (GMT +4)
"Neftçi" yeni futbolçu ilə müqavilə bağlayıb

20 İyun 2021, 13:23 (GMT +4)
Portuqaliya - Almaniya oyununun ən yaxşı futbolçusu açıqlanıb

20 İyun 2021, 12:00 (GMT +4)
Güləşçimiz Avropa çempionu olub

20 İyun 2021, 09:51 (GMT +4)
Avro -2020: İspaniya və Fransa xal itirib, Almaniya qələbə qazanıb

19 İyun 2021, 17:42 (GMT +4)
İlham Əliyev İranın yeni seçilən prezidentini təbrik edib

19 İyun 2021, 17:02 (GMT +4)
Tədris digər dillərdə aparılan I siniflərə məktəb seçiminə başlanılır

19 İyun 2021, 16:56 (GMT +4)
Bakının iki rayonunda içməli suyun verilməsində məhdudiyyətlər yaranıb

19 İyun 2021, 16:50 (GMT +4)
Azərbaycana gətirilən 1.2 ton hind quşu dərisi yararsız çıxıb

19 İyun 2021, 16:45 (GMT +4)
Ceyhun Bayramov Rumıniya və Qabonun xarici işlər nazirlərilə görüşüb

19 İyun 2021, 16:40 (GMT +4)
Fransada yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb

19 İyun 2021, 16:31 (GMT +4)
Hərbi alpinistlərin iştirakı ilə “Qarabağ Azərbaycandır” adlı alpinist ekspedisiyası təşkil edilib

19 İyun 2021, 16:27 (GMT +4)
Putin İran seçkilərinin qalibi İbrahim Rəisini təbrik edib

19 İyun 2021, 16:21 (GMT +4)
Ceyhun Bayramov: "Şuşa Bəyannaməsi əməkdaşlığın dərinləşdirilməsi üçün əsas yaradır"

19 İyun 2021, 16:16 (GMT +4)
Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinatlar olub

19 İyun 2021, 16:09 (GMT +4)
Bakı Nəqliyyat Agentliyi azarkeşlərə müraciət edib

19 İyun 2021, 16:00 (GMT +4)
Yeni Zelandiyada tornado nəticəsində bir nəfər ölüb

19 İyun 2021, 15:45 (GMT +4)
NRYTN: "WhatsApp" və "Instagram"da yaranan problemlər lokal deyil

19 İyun 2021, 15:32 (GMT +4)
Ayətullah Xamenei İranda keçirilən prezident seçkilərinin nəticələrilə bağlı bəyanat verib

19 İyun 2021, 15:30 (GMT +4)
Müdafiə Nazirliyinin nümayəndə heyəti Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət edib (FOTO)

19 İyun 2021, 15:17 (GMT +4)
Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Azərbaycana səfər edəcək

19 İyun 2021, 15:05 (GMT +4)
Peruda avtobus dərəyə aşıb, ölənlər var

19 İyun 2021, 14:50 (GMT +4)
Şirvanda tanışını qətlə yetirən şəxs tutulub

19 İyun 2021, 14:38 (GMT +4)
Bu gün "Qalatasaray"ın yeni prezidenti seçilir

19 İyun 2021, 14:28 (GMT +4)
Britaniya səfiri Tehranda XİN-ə çağırılıb

19 İyun 2021, 14:20 (GMT +4)
Rusiyada son sutkada 17,906 koronavirusa yoluxma qeydə alınıb

19 İyun 2021, 14:08 (GMT +4)
Yanvar-may aylarında Azərbaycan ən çox Rusiyadan məhsul idxal edib

19 İyun 2021, 13:53 (GMT +4)
“Anadolu Qartalı - 2021” təliminə hazırlıq məşqləri keçirilib (FOTO)

19 İyun 2021, 13:42 (GMT +4)
Pakistanla Qarabağda yenidənqurma layihələri üzrə əməkdaşlıq müzakirə edilib

19 İyun 2021, 13:30 (GMT +4)
Yaltada daşqınlar nəticəsində xəsarət alanların sayı 18 nəfərə yüksəlib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66