Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

ANAMA: Goranboy rayonu ərazisində kasetli mərmi aşkarlanıb

06 Oktyabr 2020, 18:01 (GMT +4)

Bakı, 6 oktyabr, SalamNews. Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq iriçaplı silahlardan və artilleriya qurğularından bütün təmas xətti boyunca ordumuzun mövqelərini atəşə tutub. Dinc əhalini və mülki infrastrukturu hədəfə alan düşmən Azərbaycanın şəhərlərinə, rayonlarına, kəndlərinə raket və mərmilər atıb. Həmin tarixdən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil əməliyyat qrupları, həmçinin baş qərargahda operativ qərargah yaradılıb. Daxil olmuş çağırışlar və müraciətlər əsasında operativ şəkildə əməliyyat-axtarış çıxışları həyata keçirilir.

SalamNews xəbər verir ki, bunu ANAMA-nın operativ qərargahının rəisi İdris İsmayılov AZƏRTAC-a açıqlamasında deyib.

ANAMA-nın operativ qərargahının rəisi bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən atılan raketlərdə kaset döyüş başlıqlarından istifadə olunur. Hazırda Goranboy rayonu ərazində iki məntəqədə kasetli mərmi aşkarlanıb. Agentliyin əməliyyat qrupu hazırda həmin ərazidədir və axtarış tədbirləri davam edir. Axtarış işləri tam yekunlaşdıqdan sonra bu barədə ətraflı məlumat veriləcək.

İdris İsmayılov əlavə edib ki, əvvəllər Beyləqan rayonunda da kaset bombaların çanaq hissəsi aşkarlanmışdı. Bundan başqa, Gəncə şəhərinə raket zərbəsi endirən zaman beynəlxalq konvensiyalarla qadağan edilən kasetli bombalardan istifadə edilib. Ümumiyyətlə, kasetli bombalar qadağan olunmuş bombalar sinfinə daxildir. 1949-cu il tarixli Cenevrə Konvensiyasına uyğun olaraq onun yaşayış ərazisinə, dinc əhaliyə atılması qadağandır.

O vurğulayıb ki, ümumilikdə sentyabrın 27–dən oktyabrın 5-dək agentliyə 258 təxirəsalınmaz siqnal (əməliyyat çağırışı) daxil olub və bu çağırışlar əsasında operativ və əməliyyat-axtarış çıxışları olub. Nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Goranboy, Naftalan, Füzuli, Tərtər, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahələrə, neft kəmərinin yaxınlığına, Mingəçevir İstili Elektrik Stansiyasının ərazisinə, əkin və otlaq sahələrinə, yol kənarına və digər ərazilərə baxış keçirilib, 67 ədəd müxtəlif növ partlamamış hərbi sursat, hərbi məqsədlər üçün istifadə olunan 2 ədəd metroloji radiopelenqator, o cümlədən 94 ədəd partlamış mərmi qalıqları aşkarlanaraq götürülüb.

Hazırda agentliyin 24 əməliyyat-axtarış qrupu regionlarda əməliyyat axtarış tədbirlərini davam etdirirlər.

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindəki yaşayış məntəqələrinə, insanların sıx yaşadığı ərazilərə kasetli bombalar atması hərbi cinayətdir. Kasetli bombalar insan orqanizmi üçün olduqca zərərlidir. Bu bombalar çoxlu sayda kiçik bombalardan ibarətdir və məhz bu xüsusiyyətinə görə bu silah növü böyük əraziləri dağıda bilir. Ona görə kasetli bombaların insanların kütləvi şəkildə yaşadığı ərazilərə atılması qadağandır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

23 Yanvar 2021, 14:30 (GMT +4)
Azərbaycan nefti 1%-ə yaxın ucuzlaşıb

23 Yanvar 2021, 14:15 (GMT +4)
MN Cəbrayıl rayonunun Aşağı Maralyan kəndindən videogörüntülər yayıb (VİDEO)

23 Yanvar 2021, 14:15 (GMT +4)
 Almaniyada son sutkada 16.417 yeni koronavirusa yoluxma aşkar edilib

23 Yanvar 2021, 14:02 (GMT +4)
Yəməndən Səudiyyə Ərəbistanın paytaxtına ballistik raket atılıb (VİDEO)

23 Yanvar 2021, 14:00 (GMT +4)
Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçusu Qubada dəfn olunub (FOTO)

23 Yanvar 2021, 13:56 (GMT +4)
Kanada Baş naziri və Bayden fevral ayında görüşməyi planlaşdırır

23 Yanvar 2021, 13:45 (GMT +4)
Azərbaycanda ötən il 183 ton yod istehsal edilib

23 Yanvar 2021, 13:30 (GMT +4)
İsmayıllıda Vətən müharibəsinin qəhrəmanları və ailələri ilə görüşlər davam edir (FOTO)

23 Yanvar 2021, 13:24 (GMT +4)
ÜST COVID-19-un yeni növündən ölüm sayının artmasına münasibət bildirib

23 Yanvar 2021, 13:15 (GMT +4)
Hikmət Hacıyev: Məmurlar dürüst, xalqına, dövlətinə sadiq və peşəkar xüsusiyyətlərə malik olmalıdır

23 Yanvar 2021, 13:00 (GMT +4)
DİN sosial şəbəkə istifadəçilərinə müraciət edib

23 Yanvar 2021, 12:50 (GMT +4)
Rusiyada son sutkada təxminən 21 min nəfər koronavirusa yoluxub

23 Yanvar 2021, 12:49 (GMT +4)
Suriya İsrailin raket zərbələri və mülki insanların ölümü ilə bağlı beynəlxalq təşkilatların sükutunu pisləyib

23 Yanvar 2021, 12:30 (GMT +4)
“S & P Global Ratings” Azərbaycanın reytinqlərinə dair proqnozu artırıb

23 Yanvar 2021, 12:27 (GMT +4)
Rusiyada Aleksey Navalnıya dəstək mitinqi keçirilib

23 Yanvar 2021, 12:15 (GMT +4)
Paytaxta təmizliklə bağlı iməclik keçirilib (FOTO)

23 Yanvar 2021, 12:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

23 Yanvar 2021, 11:48 (GMT +4)
Yeni ABŞ hökuməti Tramp Administrasiyasının Talibanla sülh sazişinə yenidən baxacaq

23 Yanvar 2021, 11:45 (GMT +4)
Abşeron rayonunda 18 yaşlı şəxs qonşusunu boğaraq öldürüb

23 Yanvar 2021, 11:30 (GMT +4)
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs cəzalandırılıb

23 Yanvar 2021, 11:23 (GMT +4)
Conson koronavirusun "İngiltərə" növünü daha ölümcül adlandırıb

23 Yanvar 2021, 11:15 (GMT +4)
KOBİA və TÜMKİAD arasında anlaşma memorandumu imzalanıb (FOTO)

23 Yanvar 2021, 11:00 (GMT +4)
DİM fəlsəfə doktoru imtahanı verəcək iddiaçılara müraciət edib

23 Yanvar 2021, 10:56 (GMT +4)
Türkiyə COVID-19-un yeni növünün yayılmasına görə Braziliya ilə uçuşları dayandırıb

23 Yanvar 2021, 10:48 (GMT +4)
Bağdad partlayışını törədən kamkadzenin terror aktından az öncəki görüntüləri yayımlanıb (VİDEO)

23 Yanvar 2021, 10:45 (GMT +4)
“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda tarixi abidələr aşkarlanıb

23 Yanvar 2021, 10:38 (GMT +4)
Yeni ABŞ hökuməti Tramp Administrasiyasının Yəmən husilərilə bağlı qərarını ləğv edir

23 Yanvar 2021, 10:30 (GMT +4)
Daşkəsəndə qanunsuz silah saxlayan şəxslər məsuliyyətə cəlb olunub

23 Yanvar 2021, 10:18 (GMT +4)
Trampın  impiçment prosesinin başlayacağı tarix müəyyənləşib

23 Yanvar 2021, 10:15 (GMT +4)
İnam Kərimov Kənd Təsərrüfatı Nazirlərinin 13-cü Berlin Konfransında iştirak edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66