Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Azad Rəhimov beynəlxalq təşkilatlara məktub ünvanlayıb

01 Oktyabr 2020, 17:17 (GMT +4)

Bakı, 1 oktyabr, SalamNews. Gənclər və İdman naziri Azad Rəhimov xarici ölkələrin gənclər və idman sahələrinə məsul nazirliklərinə, beynəlxalq təşkilatlara və digər aidiyyəti qurumlara Ermənistanın Azərbaycana qarşı apardığı hərbi təcavüzü özündə əks etdirən məktub göndərib.

Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın SalamNews-a verdiyi məlumata görə, məktubda 30 ildir Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün davam etdiyi vurğulanıb. Onun sözlərinə görə, təcavüz nəticəsində ölkəmizin ərazilərinin 20 faizi, o cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) və digər 7 rayon işğal edilib, 20 min azərbaycanlı həlak olub, 50 min insan yaralanıb və müxtəlif dərəcəli xəsarət alıb, 5 mindən artıq azərbaycanlı əsir və itkin düşüb.

Bununla yanaşı, məktubda Ermənistanın öz ərazisində və işğal etdiyi Azərbaycan ərazilərində həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, 1994-cü ildə əldə edilmiş atəşkəs rejiminə baxmayaraq, Ermənistan silahlı qüvvələrinin davamlı olaraq Azərbaycan ərazisindəki mülki əhalini və hərbi mövqelərini hədəfə alması, nəticədə yüzlərlə vətəndaşımızın öldürülməsi və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması əksini tapıb.

1992-ci ilin fevralında Ermənistan ordusunun törətdiyi Xocalı soyqırımından da bəhs edən nazir Ermənistanın Cenevrə Konvensiyasını, o cümlədən, BMT-nin Uşaq Hüquqları Konvensiyasını və insan hüquqları sahəsində digər sənədlərin müvafiq müddəalarını kobud şəkildə pozduğunu xüsusi diqqətə çatdırıb.

Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin mühüm məqamlarını özündə əks etdirəm məktubun sonunda sentyabrın 27-də səhər saat 06:00-da Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozaraq bir neçə istiqamətdə müxtəlif növ silahlardan, o cümlədən, ağır artileriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini, eyni zamanda, hərbi mövqelərini atəşə tutması bildirilir. Nəticədə Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 5 ailə üzvü olmaqla bütövlüklə bir ailə, o cümlədən uşaqlar həlak olub, 19 nəfər mülki şəxs müxtəlif növ bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib. Mülki vətəndaşlar arasında itki sayının artdığı da bildirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

03 Dekabr 2020, 14:46 (GMT +4)
İsrailin Bəhreyndə səfirlik açması islam dünyası üçün matəm günü deməkdir – Ayətullah Nuri Həmədani

03 Dekabr 2020, 14:36 (GMT +4)
BNA: Paytaxtda 160-dan çox küçə və prospektdə 2 200-dən artıq pandus var

03 Dekabr 2020, 14:25 (GMT +4)
Suqovuşan və Talış kəndlərində sahə inspektorları təyin edilib, xidməti post qurulub

03 Dekabr 2020, 14:13 (GMT +4)
Bərdədə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi müəyyən edilib

03 Dekabr 2020, 13:54 (GMT +4)
Caspian Energy Club Yusif Abdullayevin iştirakı ilə onlayn B2G FORUM təşkil edib

03 Dekabr 2020, 13:46 (GMT +4)
Azərbaycanda Zəfər Günü noyabrın 8-də qeyd ediləcək

03 Dekabr 2020, 13:28 (GMT +4)
Zəngilanda yol qəzası olub, ölən var

03 Dekabr 2020, 13:10 (GMT +4)
Rusiyada son sutkada 28 mindən çox COVID-19-a yoluxma qeydə alınıb

03 Dekabr 2020, 13:01 (GMT +4)
Trampın müşaviri ərəbləri barışdırmaq üçün regionda səfərdədir

03 Dekabr 2020, 13:00 (GMT +4)
Müdafiə Nazirliyi Laçın rayonunun Hüsülü və Malıbəy kəndlərinin videogörüntülərini yayıb (VİDEO)

03 Dekabr 2020, 12:58 (GMT +4)
Ərdoğan Bakıda keçiriləcək Zəfər Paradında iştirak edəcək

03 Dekabr 2020, 12:45 (GMT +4)
Cəlilabad və Masallıda COVID-19 xəstələri yaşayış yerini tərk edib

03 Dekabr 2020, 12:37 (GMT +4)
Fransa DİN rəhbəri: Ölkədə 76 məsciddə reyd keçiriləcək

03 Dekabr 2020, 12:30 (GMT +4)
"Azəriqaz": Qarabağda ilkin texniki-iqtisadi əsaslandırmaya başlanılıb

03 Dekabr 2020, 12:10 (GMT +4)
Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb

03 Dekabr 2020, 12:09 (GMT +4)
ABŞ Qasim Süleymaniyə qarşı terrorun ildönümü ilə əlaqədar İraqdakı səfirliyinin işçilərini azaldır

03 Dekabr 2020, 12:00 (GMT +4)
Ötən gün evi tərk edən 2 koronavirus xəstəsi həyatını itirib

03 Dekabr 2020, 11:57 (GMT +4)
Dünyada COVID-19-a yoluxanların sayı 65 milyona yaxınlaşır

03 Dekabr 2020, 11:45 (GMT +4)
Dövlət Dəniz Agentliyinə yeni mətbuat katibi təyin olunub

03 Dekabr 2020, 11:40 (GMT +4)
NATO 2030-cu ilə qədər Rusiyanı əsas hərbi təhlükə hesab edir

03 Dekabr 2020, 11:30 (GMT +4)
Zərdabda COVID-19 virusunun daşıyıcısına cinayət işi başlanılıb

03 Dekabr 2020, 11:27 (GMT +4)
PKK Sincar rayonunu tərk edib, İraq Ordusu bölgəyə daxil olub

03 Dekabr 2020, 11:15 (GMT +4)
“Azərişıq” texniki itkilərin azaldılması ilə bağlı işləri davam etdirir

03 Dekabr 2020, 11:00 (GMT +4)
Vəkil Adil İsmayılov koronavirusdan vəfat edib

03 Dekabr 2020, 10:45 (GMT +4)
Fransanın keçmiş prezidenti koronavirusdan ölüb

03 Dekabr 2020, 10:45 (GMT +4)
Azərbaycan neftinin qiyməti 49 dollara yaxınlaşıb

03 Dekabr 2020, 10:35 (GMT +4)
Emanuel Makron beynəlxalq yardımların verilməsi üçün Livan qarşısında şərt qoyub

03 Dekabr 2020, 10:30 (GMT +4)
Qarabağda idmanla bağlı yeni təhsil klasterinin yaradılması təklif olunub

03 Dekabr 2020, 10:23 (GMT +4)
ABŞ-da koronavirusdan rekord ölüm qeydə alınıb

03 Dekabr 2020, 10:18 (GMT +4)
BMT Fələstinlilərin və Suriyanın lehinə 5 qərar qəbul edib, İsrail etirazını bildirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66