Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyev: Qarabağ bizim doğma, əzəli, tarixi torpağımızdır

30 Sentyabr 2020, 16:42 (GMT +4)

Bakı, 30 sentyabr, SalamNews. "Mən bir daha demək istəyirəm ki, Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında – Azərbaycan torpağında ölür. Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında? Biz öz torpağımızda vuruşuruq".

SalamNews xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə alan hərbçilərlə görüşü zamanı söyləyib.

Ölkə başçısı bildirib ki, bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik. Artıq dördüncü gün davam edən döyüşlərdə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri işğalçılardan azad edib, bir neçə yaşayış məntəqəsini işğaldan azad edib, uzun fasilədən sonra biz bu torpaqlara qayıtmışıq. Bu torpaqlarda öz bayrağımızı sancmışıq və artıq bu torpaqlardan bizi heç kim çıxara bilməz, biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Ona görə erməni xalqı bunu anlamalıdır. Anlamalıdır ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, orada bütün binaları, bütün tarixi abidələri dağıtmaq, 1 milyondan çox insanı öz doğma torpağından didərgin salmaq, Azərbaycan xalqına qarşı soyqırımı törətmək cinayətdir. Biz tarixi ədaləti bərpa edirik, tarixi ədaləti! Qarabağ bizim doğma, əzəli, tarixi torpağımızdır. Qarabağ xanlığının tarixinə baxmaq kifayətdir ki, hər kəs görsün, Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Bizim müqəddəs ocağımız Şuşa şəhəri azərbaycanlılar tərəfindən salınıb. Bu gün işğal altında olan torpaqlar bizim tarixi torpaqlarımızdır. Bizim işimiz haqq işidir. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, buna bizim haqqımız çatır, bunu edirik və edəcəyik.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

31 Oktyabr 2020, 16:26 (GMT +4)
MN: Düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edilib

31 Oktyabr 2020, 16:12 (GMT +4)
Müdafiə Nazirliyi: Düşmən yaşayış məntəqələrimizi atəşə tutur

31 Oktyabr 2020, 15:54 (GMT +4)
Ombudsman dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara videomüraciət ünvanlayıb

31 Oktyabr 2020, 15:43 (GMT +4)
Azərbaycanda son sutkada 1095 nəfər COVID-19-a yoluxub

31 Oktyabr 2020, 15:36 (GMT +4)
İsrail cari ildə Qüdsün Şərqində fələstinlilərin 129 evini söküb

31 Oktyabr 2020, 15:30 (GMT +4)
İlham Əliyev: “Biz heç bir muxtar rayon razılığına gəlməmişik”

31 Oktyabr 2020, 15:14 (GMT +4)
Prezidentin köməkçisi: “Ermənistan ərazisindən Azərbaycan Ordusunun mövqelərinə davamlı olaraq atəşlər açılır”

31 Oktyabr 2020, 15:06 (GMT +4)
Prezident İlham Əliyev alman telekanalına müsahibəsində müharibəni dayandırmağın yolu barədə fikirlərini açıqlayıb

31 Oktyabr 2020, 14:53 (GMT +4)
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt sakinindən iki kiloqrama yaxın tiryək götürülüb

31 Oktyabr 2020, 14:38 (GMT +4)
Hikmət Hacıyev: Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa meşələrində qəsdən yanğın törədilir

31 Oktyabr 2020, 14:35 (GMT +4)
İraqda qaz kəmərinin partlaması onlarla şəxsin ölməsi və yaralanması ilə nəticələnib

31 Oktyabr 2020, 14:30 (GMT +4)
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “Əsgərə məktub!” layihəsinə qoşulub

31 Oktyabr 2020, 14:21 (GMT +4)
Prezident İlham Əliyev: Müxtəlif tarixçilər var və bəzən tarix siyasi üstünlüklərlə motivasiya olunur

31 Oktyabr 2020, 14:13 (GMT +4)
İqtisadiyyat Nazirliyi: Daha 79 obyektdə epidemiya əleyhinə rejimin pozulduğu müəyyən edilib

31 Oktyabr 2020, 14:05 (GMT +4)
Prezident: Qarabağ resurslar məsələsi deyil, bu, ədalət, milli qürur və beynəlxalq hüquq məsələsidir

31 Oktyabr 2020, 13:58 (GMT +4)
İqor Korotçenko: Moskvadakı erməni lobbisi müvafiq informasiya mənzərəsi yaratmaq üçün 10 milyonlarla dollar sərf edib

31 Oktyabr 2020, 13:49 (GMT +4)
İran koronavirusa görə 25 əyalətdə karantin məhdudiyyətlərini yenidən bərpa edib

31 Oktyabr 2020, 13:47 (GMT +4)
Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibə davam edir: indiyədək 106 namizəd uğur qazanıb

31 Oktyabr 2020, 13:32 (GMT +4)
Prezident İlham Əliyev: Biz reallıqları dəyişdik və indi onlar bunu nəzərə almalıdır

31 Oktyabr 2020, 13:20 (GMT +4)
Prezident: Biz hər hansı üçüncü ölkənin cəlb olunmasını istəmirik

31 Oktyabr 2020, 13:10 (GMT +4)
Tacikistan hökuməti istefaya gedib

31 Oktyabr 2020, 13:00 (GMT +4)
Prezident: “Beş rayonun demək olar ki, hamısı işğaldan azad edilib”

31 Oktyabr 2020, 12:52 (GMT +4)
İran və Türkiyə xarici işlər nazirlərinin müavinləri Qarabağla bağlı müzakirə aparıblar

31 Oktyabr 2020, 12:50 (GMT +4)
MN: Düşmən Xocavənd istiqamətində fosfor tərkibli yük gətirməklə gələcək təxribatlarına zəmin yaratmağa çalışır

31 Oktyabr 2020, 12:45 (GMT +4)
Azərbaycan Prezidenti: “Birinci Ermənistan atəş açıb və bizim sübutumuz var”

31 Oktyabr 2020, 12:42 (GMT +4)
Türkiyədə zəlzələdə ölənlərin sayı 25-ə çatıb

31 Oktyabr 2020, 12:11 (GMT +4)
ÜST son sutkada rekord sayda koronavirusa yoluxa qeydə alıb 

31 Oktyabr 2020, 12:10 (GMT +4)
Hizbullah lideri Emanuel Makronu kəskin tənqid edib

31 Oktyabr 2020, 12:10 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

31 Oktyabr 2020, 11:55 (GMT +4)
Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə danışıb: Dəstəyimiz, dualarımız sizinlədir, qardaş Türkiyə!

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66