Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Millət vəkili Jalə Əhmədova estonliyalı həmkarlarına müraciət edib

29 Sentyabr 2020, 16:43 (GMT +4)

Bakı, 29 sentyabr, SalamNews. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, iki qeyri-daimi üzvü Estoniya və Almaniyanın təşəbbüsü ilə Dağlıq-Qarabağla bağlı qapalı şəkildə iclas keçirəcəkdir.

SalamNews xəbər verir ki, bu təşəbbüslə bağlı, Azərbaycan-Estoniya Parlamentlərarası İşçi Qrupunun rəhbəri Milli Məclisin deputatı Jalə Əhmədova öz estoniyalı həmkərlarına müraciət ünvanlayıb.

Müraciət məktubunda deyilir:

“Hörmətli həmkarlar,
27 sentyabr, saat 06:00 radələrində, Ermənistan silahlı qüvvələri geniş miqyaslı təxribatlar törədərək, Azərbaycan ordusunun mövqelərini müxtəlif iri çaplı silahlardan, minaatanlardan və artilleriya qurğularından intensiv atəşə tutmuşlar. Bütün cəbhə xətti boyu yerləşən ordu mövqelərimiz habelə cəbhəyanı bölgələrdə yerləşən mülki yaşayış məskənlərimiz atəşə məruz qalmışdır. Bundan əlavə mülki infrastruktura ciddi ziyan dəymişdir.
Bunun nəticəsində, Azərbaycan Ordusu, Ermənistan silahlı qüvvələrinin hücümlarını dayandırmaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün bütün cəbhə boyunca əks-hücum əməliyyatı keçirməyi qərara almışdır.”

Öz müraciətində döyüşlər zamanı, Azərbaycan tərəfinin Cenevrə Konvensiyası və beynəlxalq hüquq prinsiplərinə tam hörmətlə yanaşmasını vurğulayan deputat, Ermənistanın bütün beynəlxalq hüquq və normaları saymayaraq, BMT TŞ-nın 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsini (822, 853, 874, 884) indiyənədək icra etməməsini xüsusi qeyd etmişdir.
Azərbaycanın həyata keçirdiyi əks-hücüm əməliyyatını BMT Əsasnaməsi ilə əsaslandıran deputat onuda qeyd edib ki: “BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən: “Təhlükəsizlik Şurası müvafiq tədbirlər görməyənə qədər, Birləşmiş Millətlər Təşkilatının üzvünə qarşı silahlı hücum baş verərsə, hücuma məruz qalmış tərəf və ya tərəflər fərdi və ya kollektiv özünümüdafiə hüququndan yararlana bilər.”, - Azərbaycan özünümüdafiə hüququndan istifadə edir.”
Məktubun sonunda Estoniya tərəfinə dostluq münasibətlərinə görə təşəkkür edilir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın beynəlxalq sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyi nəzərə çatdırılır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Millət vəkili Jalə Əhmədovanın təşəbbüsü ilə Orduya dəstək aksiyası başlayıb

Jalə Əhmədova: Ulu öndər Azərbaycançılıq milli ideologiyasını yaradıb 

Jalə Əhmədova: Çoxşahəli uğurlu islahatlar sayəsində xoşagəlməz hallar minimuma endiriləcək

Jalə Əhmədova: Azərbaycan xalqının bütün uğurlarının təməlində xalq-iqtidar birliyi dayanır

24 Oktyabr 2020, 17:00 (GMT +4)
DİN: Əvvəlki dövrlərdən bağlı qalmış səkkiz cinayətin üstü açılıb

24 Oktyabr 2020, 16:47 (GMT +4)
Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə müraciət edib

24 Oktyabr 2020, 16:30 (GMT +4)
Hərbçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş mülki vətəndaşların kreditləri silinəcək

24 Oktyabr 2020, 16:21 (GMT +4)
MN: Ağdərə istiqamətində düşmən PUA-sı məhv edilib

24 Oktyabr 2020, 16:10 (GMT +4)
Azərbaycan əsgəri: Şuşada üçrəngli bayrağımızı dalğalandıracağıq! (VİDEO)

24 Oktyabr 2020, 15:57 (GMT +4)
MN: Düşmənin döyüş təyyarəsi məhv edilib

24 Oktyabr 2020, 15:46 (GMT +4)
Ərdoğan: Azərbaycan öz torpaqlarını işğalçılardan azad edir

24 Oktyabr 2020, 15:28 (GMT +4)
Azərbaycanda daha 792 nəfər COVID-19-a yoluxub

24 Oktyabr 2020, 15:14 (GMT +4)
Bakıda mənzildən 30 min manatlıq oğurluq edilib

24 Oktyabr 2020, 15:04 (GMT +4)
Nazir: Bu gün daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı olub

24 Oktyabr 2020, 14:58 (GMT +4)
Türkiyə MN: Ermənistan Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoymalıdır

24 Oktyabr 2020, 14:47 (GMT +4)
Bakıda onlayn yolla narkotik satan şəxs saxlanılıb

24 Oktyabr 2020, 14:32 (GMT +4)
Əkrəm İmamoğlu koronavirusa yoluxub

24 Oktyabr 2020, 14:20 (GMT +4)
Düşmən təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb

24 Oktyabr 2020, 14:06 (GMT +4)
Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur

24 Oktyabr 2020, 13:57 (GMT +4)
Kəlbəcərdə faydalı qazıntı yataqlarının ehtiyatı yenidən qiymətləndiriləcək

24 Oktyabr 2020, 13:42 (GMT +4)
DMX Azərbaycanda yaşayan əcnəbilərə müraciət edib

24 Oktyabr 2020, 13:24 (GMT +4)
TBMM sədri Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətdən danışıb

24 Oktyabr 2020, 13:18 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

24 Oktyabr 2020, 13:00 (GMT +4)
ƏƏSMN: Oktyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib

24 Oktyabr 2020, 12:45 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

24 Oktyabr 2020, 12:44 (GMT +4)
Rusiyada COVID-19-dan ölənlərin sayı 26 minə yaxınlaşıb

24 Oktyabr 2020, 12:35 (GMT +4)
Eldar Həsənovun həbs qətimkan müddəti uzadılıb

24 Oktyabr 2020, 12:25 (GMT +4)
Prezidentin köməkçisi işğal altındakı ərazilərdə yaşayan mülki insanları hərbi obyektlərdən kənar durmağa çağırıb

24 Oktyabr 2020, 12:24 (GMT +4)
Berlində COVID-19-un yayılmasına qarşı sərt tədbirlər qüvvəyə minir

24 Oktyabr 2020, 12:20 (GMT +4)
İqtisadiyyat Nazirliyi: Daha 72 obyektdə epidemiya əleyhinə rejimin pozulduğu müəyyən edilib

24 Oktyabr 2020, 12:13 (GMT +4)
Azərbaycanda sabahın hava proqnozu açıqlanıb

24 Oktyabr 2020, 12:00 (GMT +4)
DMX əcnəbilərə müraciət edib

24 Oktyabr 2020, 11:54 (GMT +4)
Fransada koronavirusa yoluxanların sayı 1 milyonu keçib

24 Oktyabr 2020, 11:34 (GMT +4)
MN: Ermənistan ordusu Ağdərə istiqamətindən Naftalan-Tərtər rayonlarının ərazisini atəşə tutur

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66